Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
7-12-2024, 12:56
Gürcüstandakı aksiyalarda 50 nəfər saxlanılıb

Gürcüstandakı aksiyalarda 50 nəfər saxlanılıb

Tbilisinin Rustaveli prospektində gecə saatlarında keçirilən etiraz aksiyası zamanı polis əməkdaşlarının tələblərinə tabe olmama və xırda xuliqanlıq ittihamı ilə 48 nəfər saxlanılıb.
Daha 2 nəfər qrup halında zorakılıqda iştirak ittihamı ilə həbs olunub.
Həbs edilənlərdən biri 1997-ci il təvəllüdlü əcnəbi vətəndaşdır.
Gürcüstan DİN-in məlumatına əsasən, etiraz aksiyalarının başlanmasından bu yana zorakılıq faktlarının araşdırılması çərçivəsində ümumilikdə 28 nəfər saxlanılıb.
7 dekabr gecə saatlarında baş verən hadisələrlə bağlı Gürcüstan DİN bildirir ki, bəzi qrupların hərəkətləri zorakılıq xarakteri alıb. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexnika vasitələri, daş və müxtəlif əşyalar atıblar.
Qeyd edilib ki, pirotexnikadan istifadə nəticəsində bir polis əməkdaşı xəsarət alıb.
7-12-2024, 12:47
Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.

7-12-2024, 12:15
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Dekabrın 08-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

6-12-2024, 23:42
Ağdamda yeni yaşayış binaları tikilir - 137 milyon manata

Ağdamda yeni yaşayış binaları tikilir - 137 milyon manata

Ağdam şəhərində 4 nömrəli yaşayış massivi üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri həyata keçiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, yaşayış binalarının tikintisi qeyd olunan yaşayış massivinin 1,2,3,4,5,6,7 və 8-ci məhəllələri üzrə aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin 4 nömrəli yaşayış massivinin 1 və 2-ci məhəllələri üzrə 42.479.710,84 AZN-ə (42 milyon 479 min 710 manat 84 qəpik), 3 və 4-cü məhəllələri üzrə 21.863.890,11 AZN-ə (21 milyon 863 min 890 manat 11 qəpik), 5 və 6-cı məhəllələri üzrə 42.881.950,42 AZN-ə (42 milyon 881 min 950 manat 42 qəpik), 7 və 8-ci məhəllələri üzrə isə 29.947.783,41 AZN-ə (29 milyon 947 min 783 manat 41 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Beləliklə, sözügedən ünvanlar üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə qurum 137 milyon 173 min 334 manat 78 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.
6-12-2024, 22:35
Bəşər Əsəd Suriyadan qaçıb - İDDİA

Bəşər Əsəd Suriyadan qaçıb - İDDİA

Suriyada müxalif silahlı qüvvələrin irəliləyişi fonunda prezident Bəşər Əsədin ölkədən qaçdığı iddia edilir.
Bu iddia ilə tanınmış ərəb jurnalist Hassan İbrahim çıxış edib.
O bildirib ki, Bəşər Əsədin ailəsi ilə birgə Suriyadan ayrıldığı rəsmən təsdiqini tapıb.
Ancaq hələlik bu barədə rəsmi açıqlama verilməyib.
Bundan əvvəl bir sıra ərəb mənbələri Əsədin İrana səfər etdiyi barədə məlumat yayıb.
6-12-2024, 21:49
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı

Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı

Lerikdə vəzifəli şəxs vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib.
Şəfiq Əliyevin intihar etdiyi deyilir. Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb.
Lerik Rayon İcra Hakimiyyətindən hadisəni təsdiq ediblər.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
6-12-2024, 20:42
Gənc qız dəm qazının qurbanı oldu

Gənc qız dəm qazının qurbanı oldu

Samuxda 18 yaşlı gənc qız dəm qazında boğulub.
Hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü F.Abbasova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
6-12-2024, 20:38
HƏMAS-ın daha bir komandiri öldürüldü

HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın daha bir komandirini öldürüb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
HƏMAS hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin komandiri Nidal Əl-Nəccarın məhv edildiyi açıqlanıb.
Mətbuat xidməti qeyd edib ki, Əl-Nəccar müharibə boyu İsrail Dövlətinə və İsrail Müdafiə Qüvvələrinə partlayıcılarla dolu pilotsuz uçuş aparatlarının köməyi ilə hücum edənlərdən biri olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!