İsrail Müdafiə Qüvvələri İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Qəzza zolağında yerləşən Rəfahdakı quru əməliyyatını təxirə salıb. Bu barədə CNN telekanalının iki israilli mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail bu həftə Rəfahda qurudan hücumda ilk addımları atmağa hazırlaşır. Telekanalın mənbələrindən birinin məlumatına görə, bu gün, aprelin 15-də İsrail Hərbi Hava Qüvvələri şəhərə yerli sakinlər üçün təxliyənin zəruriliyi barədə vərəqələr səpməyi planlaşdırıb. CNN-ə danışan başqa bir mənbə iddia edir ki, mülki şəxslərin təxliyə vaxtının müəyyən edilməməsinə baxmayaraq, İsrail hələ də Rəfahda əməliyyata başlamaqda “qətiyyətdədir”.
Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır - Abdullahian
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian britaniyalı həmkarı Devid Kemeron ilə telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Abdullahian bildirib ki, Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır. "İran İslam Respublikası regionda gərginliyin artmasına müsbət yanaşmır, lakin İsrail rejimi təxribatlar törətmək istəsə, bizim növbəti cavabımız dərhal, daha sərt və genişmiqyaslı olacaq", -o qeyd edib.
Görkəmli qırğız yazıçı Çingiz Aytmatovun Bakıda ucaldılacaq abidəsi quraşdırılıb. Abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parka gətirilib. Abidənin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun da iştirakı gözlənilir. Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.
Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı
Türkiyə xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib. Bununla yanaşı, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb. Nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib. "Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.
Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb. Nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib. "Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.
İtaliyanın Tehranda konsulluğu 14 aprel tarixindən naməlum müddətədək bağlanıb. Bu barədə İtaliyanın Tehrandakı Səfirliyi “X” şəbəkəsindəki hesabında paylaşım edib. Məlumata görə, zəruri məsələlər olduğu halda, İtaliya vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya bilərlər. Qeyd edək ki, aprelin 14-də Niderland Xarici İşlər Nazirliyi İran və İsrail arasında artan gərginlik fonunda Niderlandın Tehrandakı səfirliyini bağladığını elan edib.
Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyasının sıralarına Kanadanın nümayəndəsi də qoşulub. Bu, kanadalı ekspert Aleksandr Qruşevskidir. Məlumatı Aİ-nin müşahidə missiyası “X” sosial şəbəkəsində yayıb. Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa Birliyi üzvü olmayan ölkədir. Xatırladaq ki, Aİ-nin missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyası 209 nəfərə çatdırılıb. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirib.
ABŞ-da itlər üçün oyuncaq istehsal edən “Bark” şirkəti yalnız itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulan “Bark Air” aviakompaniyasını yaradıb. Aviakompaniya hələlik Nyu-Yorkdan Los-Ancelesə və Londona uçuşlar həyata keçirəcək. Nəşrin məlumatına görə, birtərəfli daxili uçuş it və sahibi üçün 6 min dollara, transkontinental uçuş isə 8 min dollara başa gələcək. Aviakompaniya yeddi it və on insanın daşınması üçün uyğunlaşdırılan “Gulfstream G500” biznes-reaktiv təyyarəsinə malikdir. Onun göyərtəsində heyvanlar üçün ədyal və yastıqlar, yeməklər, oyun meydançası, səs-küyün qarşısını alan qulaqcıqlar və sakitləşdirici jiletlər olacaq. “Bark Air” aviakompaniyası ilk uçuşunu may ayında həyata keçirməyi planlaşdırır.
Ukraynada yaşayan soydaşımız Avropa çempionu oldu - VİDEO
Aprelin 2-dən 14-nə kimi Xorvatiyada keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında Ukraynada yaşayan soydaşımız Rəsul Tural oğlu Quliyev 57 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub. Qeyd edək ki, idmançımız xeyriyyəçi Şamil Quliyevin prezidenti, Ukraynanın əməkdar idman və mədəniyyət işçisi Azər Mustafayevin icraci direktoru və Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəylinin baş məşqçisi olduğu "Levşa" boks klubunun yetirməsidir. Klubun daha bir yetirməsi, 92 kq çəki dərəcəsində döyüşən Oleksandr Slesarev söügedən turnirdə üçüncü yeri tutaraq bürünc medal qazanıb. Qeyd edək ki, "Levşa" klubu Ukraynanın Odessa şəhərində fəaliyyət göstərir. Yuxarıda adları çəkilən idmançılar və məşqçilər də Odessa təmsilçilərdir. Yarış barədə danışan Azər Mustafayev Rəsul Quliyevin turnirdə 4 döyüş keçirdiyini bildirib. İlk döyüşdə Moldova təmsilçisini məğlub edən azərbaycanlı boksçu ikinci yarışda Azərbaycan idmançısına qalib gəlib. Yarımfinal döyüşündə Rəsul Avropa çempionu olan Ermənistan idmançısı üzərində qələbə qazanıb. Finalda isə Albaniyadan olan ikiqat Avropa çempionunu məğlub edən Rəsul Quliyev turnirin qalibi olub. Azər Mustafayevin sözlərinə görə, bu vaxta qədər gənclər arasında cəmi iki Avropa çempionu olub, Rəsul üçüncüdür. Bundan başqa o, İtaliyada və Ermənistanda keçirilən iki Avropa çempionatına Rusiya və Belarus idmançıları iştirak etdiyinə görə qatılmayıb. Qeyd edək ki, Ukrayna çempionu, dünya üçüncüsü Camal Quliyev də "Levşa" klubunun yetirməsidir. Ümumiyyətlə "Levşa" klubu Ukraynada iki əməkdar idman xadiminin olduğu tək klubdur. Fəxr edirik ki, hər ikisi soydaşımızdır. Həm məşqçi, həm idmançı həmyerlilərimizə uğurlar arzulayırıq.