Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
Tarix : 8-03-2020, 20:50
O, peyğəmbərin kəlamı, Cabbarlının məbədidir...

O, ayağının üstündə yatırdığı körpəsinə cənnəti bəxş edən əvəzsiz varlıqdır. O, məhəbbəti qarşılıqsız olan tək sevgilidir. Ona ithaf edilən saysız şeirlər, bəstələr məhz ünvanının böyüklüyündən xəbər verir. Bu gün mənim üçün ən müqəddəs varlıq olan o şəxsin - anamın doğum günüdür. Mənə görə bayramların ən gözəli onun dünyaya göz açdığı gündür.

Anamla bağlı uşaqlıqdan ən çox yadımda qalan bir nüansı tez-tez xatırlayıram. Mağazada gördüyüm sarı rəngli bir paltarı həmin gün almadığı üçün ona bir az haqsızlıq edib, səhərə qədər öz otağımda sakitcə ağlamışdım. Görünür, ağladığımdan xəbər tutub, səhər mən oyanmadan paltarı alıb, başımın üstündən asmışdı. Mənim isə o əlbisədən başqa düşündüyüm nəsə yox idi. Həmin dəqiqə geyinib sevincək olmuşdum. Amma o paltarı ya maddi, ya mənəvi çətinlik çəkərək alıbmı, deyə düşünməmişdim. İndi hadisələrə bu günki baxışımla nəzər edəndə çox utanıram. Onun mərhəmət dolu qəlbinə acı sözlər və etdiyim nadincliklərlə toxunduğumu yaxşı dərk edirəm. Əslində bu günə qədər həmin hadisədən peşmançılıq çəkdiyimi ona deməmişdim. Bəlkə də sonsuz məhəbbətinin bütün səhvlərimdən keçməyə qadir olduğunu bilirdim. Mən o məhəbbətə bütün həyatımı borcluyam. Hər nə qədər şablon olsa da bu ömrümün axırına qədər qaytara bilməyəcəyim bir borcdur.

Bəlkə bu sətirləri oxuyanda ağlayacaqsan, amma bəzi şeyləri ancaq bu cür dilə gətirə bilərdim. Həm də nə vaxtsa qələmindən mənə pay düşmədi deməməyin üçün ömrümü həsr etdiyim varlığına bu dəfə cümlələri həsr etdim.

Mənə heç vaxt başqa analara baxıb "kaş ki..." dedirtmədiyin üçün sənə minnətdaram.
Özüm kiməsə dayaq olanda belə sənin isti nəfəsinə hər zaman ehtiyacım olacaq. Hər zaman yanımızda olman diləyilə ad günün mübarək, Anam!..

Günel Abbas


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!