Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                       
Tarix : 30-04-2019, 11:35
MEK-də akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunmuş sərgi açılıb
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb. Sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) və onun haqqında yazılmış “Zərifə Əliyeva biblioqrafiya”, “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları nümayiş olunur. Bundan əlavə sərgidə Ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş olunur. Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. MEK tərəfindən alimin həyatı və yaradıcılığı haqqında videofilm hazırlanaraq kitabxananın videodivarında nümayiş olunur. Oxucular və istifadəçilər uzun müddət davam edəcək sərgi ilə tanış ola bilərlər.
MEK-də akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunmuş sərgi açılıb


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!