Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
Tarix : 2-02-2021, 10:23
MEK Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa start verib - FOTOLAR

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov və mərkəzin direktor müavini Aleksandr Kalamin ilə görüşüb.

Görüşdə iştirak edən AMEA Prezidenti Katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov qonaqları AMEA prezidenti akademik Ramiz Mehdiyev adından salamlayaraq, akademiya ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın tarixi və fəaliyyəti barədə qısaca məlumat verərək burada iki milyona yaxın kitabın saxlandığını, müxtəlif dövrlərə və dillərə aid nəşr və əlyazmaların qorunduğunu bildirib. Həmçinin qorunan nəşrlərin ən qədiminin XVI əsrin əvvəllərinə aid olduğunu qonaqların diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edən MEK rəhbəri bu çərçivədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq məsələlərinə dair qonaqlarla fikir mübadiləsi aparıb.

Görüş zamanı İrek Zinnurov Rusiyanın tarixini əks etdirən dəyərli nəşri – “Россия Державная” adlı kitabı MEK-ə hədiyyə edib.

Sonra qonaqlar kitabxananın müxtəlif şöbə və fondları ilə tanış olublar. Professor Məmməd Əliyev 44 günlük Vətən müharibəsi zamanı əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunmasında göstərdikləri şücaətlərə görə ölkəmizin igid oğullarının adlarını əbədiləşdirmək üçün MEK tərəfindən yaradılacaq “Qarabağ qəhrəmanları fondu” haqqında rusiyalı qonaqlara məlumat verib. Bununla yanaşı, qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərinin büstləri, təsisçi və akademiklərin portretlərinin olduğu akademik zal, Ümummilli liderin, ölkə başçısı İlham Əliyevin fəaliyyətini əks etdirən kitablar əsasında qurulan Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, ölkəmizin xaricdəki nümayəndəliklərinin kitabxanaya etdikləri hədiyyələrdən ibarət diplomatik və “Müasir Rusiya nəyi oxuyur?” adlı rus klassiklərinin əsərlərindən bəhs edən guşələrlə də tanış olublar.

Kitabxananın direktoru Məmməd Əliyev Qarabağın tarixindən bəhs edən “Qarabağ - əsrlərin salnaməsi” və Çingiz Qacarın Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhəri barədə “Köhnə Şuşa” adlı dəyərli kitabları qonaqlara hədiyyə edib.

İrek Zinnurov MEK-in xatirə kitabında öz ürək sözlərini bölüşərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirib.

Sonda qonaqlar yüksək səviyyədə təşkil olunan görüşə və qonaqpərvərliyə görə Milli Elmlər Akademiyası və kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib.




Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!