Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                        İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO .....                        Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var .....                        Gəncədə fəhlə iş vaxtı öldü .....                        XİN-dən İran səfirinin təxribatçı çıxışlarına cavab .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı .....                       
Tarix : 16-03-2017, 20:02
İçərişəhərdə Novruz şənlikləri keçiriləcək

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub.
Butov.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Ölkə.Az"a verilən xəbərə görə, martın 19-dan 26-dək İçərişəhərdə, Qoşa Qala qapısı meydanında keçiriləcək “Bahar Qalası” adlı festivalda Novruz bayramını qeyd edən ölkələrin (İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistan) nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Festival günlərində "Qoşa qala qapısı" meydanında “Meydan bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq, qonaqlar həmçinin müxtəlif ölkələrin və Azərbaycanın milli mətbəxinin nümunələri ilə tanış ola biləcəklər.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 və 21 mart tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz bayramı şənliyi keçiriləcək. Tədbirdə qonaqlar konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, retro avtomobillərlə qoruq ərazisində gəzinti kimi tədbirlərdə iştirak edə biləcəklər. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından hər saatda yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!