17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
13-03-2022, 09:49
Qazaxıstandan Rusiya ilə bağlı KRİTİK QƏRAR


Qazaxıstandan Rusiya ilə bağlı KRİTİK QƏRAR

Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşları ləğv edib.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda uçuşların dünəndən etibarən dayandırıldığı bildirilib.
“Qazaq Air” sığorta şirkətindən Rusiyada və onun hava məkanında sığorta təminatının verilməməsi ilə bağlı bildiriş alıb. Bu vəziyyəti nəzərə alaraq, aviaşirkət Rusiya ərazisi üzərində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilməz”, - məlumatda deyilib.
Bununla əlaqədar martın 12-də Novosibirskə uçan reys artıq ləğv edilib. Sərnişinlərə pulun geri qaytarılacağı vəd edilir.
İki gün əvvəl Qazaxıstanın digər aviaşirkəti “Air Astana” da Rusiyaya uçuşları dayandırdığını açıqlayıb. Uçuşların dayandırılmasına səbəb həm də Rusiya ərazisi üzərindən kommersiya uçuşlarının sığorta təminatının dayandırılması olub.
7-03-2022, 20:43
"Qazaxıstan Ukraynaya humanitar yardım göstərməyə hazırdır.


"Qazaxıstan Ukrayna xalqına dərman və digər zəruri ərzaqlar şəklində humanitar yardım göstərməyə hazırdır. Hazırda onların daşınması nəzərdən keçirilir".
Bu barədə Qazaxıstan Prezident Kasım-Jomart Tokayev Almaniya Prezidenti Frank Valter Ştaynmayerlə telefon danışığında bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, Qazaxıstan hökuməti 435 vətəndaşın vətəninə, 650-dən çox insanın isə Avropa ölkələrinə təxliyəsinə köməklik edib. Prezidentlər Ukrayna məsələsində birgə işləmək barədə razılığa gəliblər.
5-03-2022, 07:48
Axundovun xidməti xalqdan niyə gizlədilib?

Füzuli Baratov


Tariximiz
3-cü yazı
(Axundovun xidməti xalqdan niyə gizlədilib?)

Tarix elminin az öyrənilmiş problemlərindən biri şərqin dövlət birlikləri tarixidir. Belə ki, bütün dövrlərdə kənardan güclü görünən dövlət və ya dövlət birlikləri həmişə daxili sabitlikdən məhrum olublar. Hətta bəziləri güclü mərkəzi hakimiyyətə malik olsalar da daxili sabitlik olmadığına görə az vaxtdan sonra çökmə məcburiyyəti qaçılmaz olub. Qədim Azərbaycan ərazisində vahid Azərbaycan dövlətinin olmadığına görə və tariximizi başqa ölkələrin arxivlərindən axtarmalı olduğumuza görə həmişə çoxlu çətinliklərlə üzləşirik. Ən qaçılmazı isə daim mənfur qonşularımızın torpaqlarımıza sahib çıxmaq istəkləri olub. Onlar müxtəlif arxivlərdə mövcud olan Azərbaycan ərazisindəki dövlətlərə aid məlumatları öz xeyirlərinə dəyişdirmiş, qədim dövr hadisələrinin təsvirlərinə öz hay adlarını daxil edib böyük tirajla dərc edərək hər yerə paylaşıblar. Mərhum akademikimiz Ziya Bünyadovun Sankt Peterburq arxivində qorunan nəstəliq xətti ilə yazılmış əlyazmalardan tədqiq etdiyi məlumatları Azərbaycan Respublikası Elmlər Akademiyasının fondundan yoxa çıxmasına səbəb yuxarıda deyildiyi kimi güclü dövlətin daxilində olan xarici cəsuslara xidmət edən xainlərin işidir.
Sovet dövründə nəşr olunan tarix kitablarındakı məlumatları araşdırdıqda məlum olur ki, tarixi şəxsiyyətlərə marksizm – leninizm və ateist nöqteyi nəzərdən göstərilən münasibət və yanaşmalar bəzi tarixçilər tərəfindən qəsdli və qərəzli olub, sovet tarixçilərinin məqsədi həqiqəti xalqdan gizlətmək və xalqı tarixə laqeyd saxlamağa qulluq edib. O dövrdə dünya kitabxanalarında və arxivlərdə qorunan məlumatlar hamı üçün əlçatan deyildi. Gənc tarixçilərə məsləhət görərdim, Azərbaycanın görkəmli yazıçısı və filosofu olmuş Mirzə Fətəli Axundovun (1812 – 1878) Azərbaycanın Tiflis quberniyasında çarın canişininin dəftərxanasında tərcüməçi işlədiyi 1834 – 1836-cı illərdə üzərində işləyib imzaladığı sənədləri araşdırsınlar. Eşitdiyimə görə, o sənədləri ermənilərə verməyiblər. Qonşu ölkələrə göndərilən o sənədlərin arasında Azərbaycan haqqında məlumatlar və xəritələr var. Hansı ölkələrə göndərilməsini öyrənəndən sonra o ölkələrin arxivlərini də axtarmaq olar. Ümid edirəm damarlarında azərbaycanlı qanı axan tədqiqatçılarımız bu fikrə biganə qalmayacaqlar. Çünki Axundov Alban kilsəsinin IV-V əsrlərdə Roma kilsəsinin tabeçiliyindən sontrakı bütün dövrünün tarixini araşdırıb. O, Alban kilsəsinin Roma kilsəsindən (488) və Bizans kilsəsindən (551) ayrılıb tam müstəqil olmasını araşdırıb. Hayların Alban kilsəsinə sahib olmaq istədikləri ilkin vaxtlardan 705-ci ildə hay kilsəsinə tabe elətdirmələri və 1836-cı ildə hay katalikosluğunun rüşvəti ilə Peterburq Müqəddəs Sinodu Alban katalikosluğunun ləğv edilməsinə nail olduqlarını yazıb. Axundovun bu xidmətini xalqdan gizli saxlamaqda məqsəd nə olub?
Ziya Bünyadovun yazdığına görə Azərbaycan tarixində çoxlu açılmamış səhifələr var. Onu da qeyd etmək lazımdır ki, onun araşdırıb açılmamış səhifələrə yazdığı məlumatları xainlər təhrif edib.
Ziya Bünyadova görə Movses Kaqankatvatsinin “Ağvan tarixi” əsəri Azərbaycanın VII-IX əsrlərdəki tarixi barədə zəngin məlumat olan yeganə yerli mənbədir. Bu kitaba da müxtəlif dövrlərdə müdaxilələr olub. Hagiq Albaniya katalikosu kimi (948 – 962) bu kitabı yazmağa başlayanda eşitmişdi ki, Albaniya haylardan qabaq xristianlığı qəbul edib, ancaq hayların katalikosu bunu yazmağa icazə verməyib.
Ananiya demişdir ki, bu kitab səhih deyil, çünki Albaniya – arxiyepiskopluq, haylar isə - katalikosluqdur. “Ağvan tarixi” kitabı təsadüfən hay katalikosunun əlinə keçir və o görür ki, albanların xristianlığı qəbul etməsi haqqında orada yazılıb. O tələb edir ki, onlara əlverişli olan məlumat da “Tarix”dən tapılsın. Ananiya kitabdan bu parçanı oxudu: “Apostol Bartolemey və apostol Faddeydən 266 il sonra, hayların padşahı Trdatın və Albaniya padşahı Urnayrın hakimiyyəti günlərində Suraen Paxlav Arşakuni nəslindən olan hay maarifçisi müqəddəs Qriqori həmin apostollar tərəfindən taxta çıxarıldı. Hay və Alban padşahları Trdat və Urnayr hələ bütpərəst olaraq qalmışdılar.”
Ziya Bünyadovun araşdırmalarına görə bu məlumat “Ağvan tarixi”ndə yoxdur.
İndi keçək “Ağvan tarixi”nin müəllifləri haqqında yazılanlara:
Uxtanes öz “Alban tarixi” kitabına “Ağvan tarixi” kitabında olan mətnləri eynilə köçürüb. Araşdırma aparan Ziya Bünyadov belə qənaətə gəlib ki, “Ağvan tarixi”ni yazan Movses Kaqankatvatsi və “Alban tarixi”ni yazan Uxtanes eyni mənbədən istfadə ediblər. Yəni heç biri əsl müəllif deyil.
Orbelian Stepannos XIII əsrdə “Ağvan tarixi” əsərinin üzünü köçürüb öz əsəri kimi təqdim edib.
“Ağvan tarixi”nin yazıldığı təxmini vaxtı göstərən ilk tarixçi Mxitar Anetsi olub. O, kitabın VII əsr Sebeosla VIII əsr Gevond arasında yazıldığını qeyd edir.
Təxmini olaraq, “Ağvan tarixi”nin müəllifliyi iki Movsesə - Movses Kaqankatvatsi və Movses Dasxuranatsiyə istinad edilir. İndiyədək bu məsələ son dərəcə ziddiyyətli qalıb və qəti həll edilməyib.
Başqa tədqiqatçılardan fərqli olaraq Ziya Bünyadov belə qənaətə gəlir ki, “Ağvan tarixi”nin iki müəlifi olub: Dasxuren kəndindən olan Movses Dasxurantsi və Movses Kaqankatvatsi.
Z.İ. Jampolski başqa araşdırmaçılardan fərqli olaraq yazır ki, gətirilən dəlillər həqiqətdən uzaqdır, çünki bu vaxta qədər “Ağvan tarixi” tədqiqatçılarından heç biri əsərin əvvəlinə yaxşı diqqət yetirməmişlər. Halbuki, əsərin əvvəli onun müəllifinin adını dəqiq göstərir. Z.İ. Jampolskinin qeydi: “Bu sözləri yazan mən, Adrian siz oxuculardan xahiş edirəm ki, mən fəqiri xatırlayasınız.” Jampolskinin fikrincə, yazının üzünü köçürən Adrianın sözlərini heç cür artıra bilməz. Adrian özü haqqında yazıb: ”Kaqankaytuk kəndi həmin Uti vilayətindədir ki, mən özüm də ordanam, bizim Albaniya ölkəsində”.
Məncə Ziya Bünyadovun bu araşdırması hayların Movsesə sahib çıxmasına son qoymaq üçün kifayətdir.
Müəllifin Moisey Kalankatuklu, Movses Kaqankatvatsi, Movses Dasxurantsi və ya başqa biri olmasından asılı olmayaraq “Ağvan tarixi” başqa-başqa arxivlərdə qorunur.
Ermənilər hələ keçən əsrdən bu kitabı erməni dilinə tərcümə edib çoxlu əlavələr etməklə bütün dünyaya erməni tarixi kimi təqdim ediblər. Bizim tarixçilərimiz arasında hamı xain deyil. Buyursunlar, xain olmayanlar münasibət bildirsinlər. Albanların “Ağvan tarixi”ndən Azərbaycana aid məlumatları araşdırsınlar. Sübut eləsinlər ki, Azərbaycan ərazisində qədim hay dövləti olmayıb.
Ardı var...


26-02-2022, 12:47
Türkiyə ordusu PKK terrorçularını məhv etdi
Türkiyə ordusu PKK terrorçularını məhv etdi

Türkiyə ordusu PKK/YPG terrorçularına zərbələr endirməkdə davam edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəhrəman türk komandoları “Sülh çeşməsi” və “Fərat qalxanı” əməliyyat bölgələrində təxribata cəhd göstərən 3 PKK/YPG terrorçularını zərərsizləşdirib”, - məlumatda bildirilib.
25-02-2022, 23:05
Akif Rüstəmov yazır: "Əsrin cinayəti: Xocalı soyqırımı"


Xocalı -30

Əsrin cinayəti: Xocalı soyqırımı
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Əsrin cinayəti olan Xocalı soyqırımından 30 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecədə Xocalıda baş verənlər hər bir azərbaycanlının yaddaşına həkk olunub.
Ermənilərin xalqımıza qarşı törətdikləri bu cinayət dinc əhaliyə qarşı məqsədyönlü şəkildə aparılmışdır. Ermənistanın keçmiş prezidenti, əli xalqımızın qanına batmış Serj Sarkisyan 2000-ci ildə Xocalı hadisələri bərədə suala cavab verərkən demişdi: ”Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. Düşmənin bu vəhşiliyini 44 günlük Qarabağ müharibəsində də gördük.
Xocalı soyqırımını Xankəndində olan Rusiyanın 366-cı motoatıcı alayı həyata keçirib. Onu da bildirim ki, bu alayda xidmət edənlərin 80-85 faizi ermənilər idi. İki “qardaş”, erməni və rus birləşib bu soyqırımı həyata keçiriblər. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazır ki, Xocalıda azərbaycanlıların qətlinin bizimlə hec bir əlaqəsi yoxdu. Bunu Rusiya ordusunun 366-cı motoatıcı alayı törədib. Onu da qeyd edim ki, rusun qorxusundan yazını tələsik silib.
N.Paşinyanın bu həyasızlığına erməni yazıçısının cavabı çox çəkmədi. Yazıçı Anna Payatyan etiraf edir ki, Xocalı soyqırımı olub və bunun üçün quldurlar cavab verməlidirlər. O,quldur deyəndə
Sarkisyanı, Koçaryanı,Ter-Petrosyanı nəzərdə tutur və onları uşaq və qadınların qatili adlandırır. Hətta, Xocalıda, ümumiyyətlə Qarabağda azərbaycanlılara qarşı törədilən vəhşiliklərə görə bir erməni olduğu üçün utandığını deyir.
Xocalı soyaqırımı nəticəsində 63-ü uşaq, 106–sı qadın, 70-i qoca olmaqla 613 nəfər sakin qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib,25 uşaq hər iki valideynini itirib.
“Xocalı genosidi yoxdur” deyən Rusiya Dövlət Dumasının ermənipərəst mövqeyi ilə seçilən deputatı Konstantin Zatulini də başa düşmək olar. O, ermənilərin pulu ilə deputat seçilib və yumşaq kreslosundan ayrılmaq fikri yoxdu.
Çox təssüf ki, erməni vəhşiliyindən nəticə çıxarmayan bəzi insanlar başımıza gətirilən faciələri unutdurmağa çalışırlar. Biri deyir Azərbaycanda Ermənistana düşmən kimi təbliğata son qoyulsa daha gözəl olar, bir başqası isə gəncləri erməniyə düşmən kimi tərbiyə etməməyi lazım bilir. Belə “humanistlər”ə xatırlatmaq istəyirəm ki, 31 Mart soyqırımı barədə bir kəlmə də eşitməmişdim. Çünki onu xalqa unutdurmuşdular. Unutqanlıq bütün bəlalarımızın səbəbkarıdır. Əvəzinə erməni ilə bizi “dost”eləmişdilər. Yetmiş ildən sonra bu “dostluğun” nəticəsini gördük. Sözün qısası,ermənilərin xalqımıza vurduğu yaraların qərtməyi hələ sağalmayıb, ola bilsin nə vaxtsa münasibətlər qurulacaq, amma indi bu barədə danışmaq tezdir, şəhidlərin ruhu bizi bağışlamaz. Birdə ki, erməni bizi özünə düşmən bilir. Məsələn, Qarabağ separatçılarının nümayəndəsi M.Akopyan
düşmənçiliyini gizlətmir. 0, 44 günlük müharibədəki tarixi qələbəmizdən az sonra özünün “Facebook”səhifəsində yazıb:”Biz ağlamamalı və alçalmamalıyıq, düşmənlə bir yerdə yaşamağa və “bir damın altında dinc bir həyata” heç vaxt icazə verməməliyik Türklər və azərbaycanlılar bizim qəti düşmənlərimizdir və biz hər zaman müqavimət göstərməyə hazır olmalıyıq...yeganə vətəni xilas etmək üçün birləşməliyik”.
Bəli, Akopyan tək deyil, onun kimi düşünənlər çoxdur. Bu xalq həqiqəti inkar etməyi xoşlayır. Yeri gəlmişkən, sosial şəbəkələrdə bizimlə mehriban qonşuluq münasibətlərinin qurulmasını istəyən ermənilərin ara-sıra yazılarına rast gəlmək mümkündür. İnanmaq çox çətindir. Ona görə ki, bu millət xəstədir, torpaq xəstəsidir.
Türkmənçay müqaviləsinin hazırlanmasında yaxından iştirak edən, Aleksandr Sergeyeviç Qribayedov Rusiya çarına ünvanladığı məktubda yazırdı: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına izn verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim dədə-baba torpaqlarımızdır”.
Erməni faşizminin iç üzünü açan bəzi faktlara müraciət edək:
Qarabağ hadisələrinin iştirakçısı, erməni terrorçularının ideoloqlarından biri Zori Balayanın “Ruhumuzun dirçəlişi”, Livan ermənisi David Xeyriyanın “Xaç naminə”adlı kitablarında fəxrlə təsvir etdikləri insanlığa sığmayan, ürək dağlayan hadisələr bir daha erməni faşistlərinin vəhşiliklərindən xəbər verir.
Viktoriya Uvelovoy-rus jurnalisti - Ermənilər hamilə qadının qarnını yararaq körpəni ordan götürüb yerinə pişik qoyub tikdilər.
V.Bellax -“İzvestiya”qəzetinin müxbiri: Ağdama dayanmadan meyitlər gətirilirdi.Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi.
V.Savelyev – Xocalı soyqırımında iştirak edən hərbi hissənin kəşfiyyat şöbəsinin rəisi: Mən bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keşmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi.Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsinin generallarına göndərdim
Oxuyun, dedim! Biz rusların zabit şərəfi görün necə ləkələndi.
“Moskovskiy komsomolets” – Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın -buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar...Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə o qadər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı...
Faktların sayını artırmaq da olar.Onsuz da hər şey aydındır. Baxmayaraq ki, dünyanın 40-dan çox ölkəsində “Xocalıya ədalət” kampaniyası keçirilib,18 ölkə bu faciəni soyqırım kimi taniyıb,Avropa İttifaqı hələ də mövqe bildirməyib.
Mən inanıram, ikinci Qarabağ müharibəsində düşmən üzərində qələbə çalaraq tarix yazan Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında üçrəngli bayrağımızı Xocalıda dalğalandıracaq.

Redaksiyanın zəruri qeydi: Xocalıda azı 3813 nəfər qətlə yetirilib. Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
...Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman Xocalıda 8 min yerli əhali olub, 2 min nəfər də Ermənistandan qovulanlardan pənah gətirib. İndi deyə bilən varmı 10 min əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi:”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir”.
Belə məlum oldu ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min nəfərdən xəbər-ətər yoxdur…


Tamxil ZİYƏDDİNOĞLU
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri
25-02-2022, 09:00
Tariximiz

Füzuli Baratov


Tariximiz
2-ci yazı
Çox zaman tarix tədqiqatçılarımız araşdırma apararkən hadisələri, adları, tarixi qeyd etməklə işlərini bitmiş hesab edirlər. Ancaq sonradan məlum olur ki, həqiqət heç də qeyd olunduğu kimi deyil. “Niyə belə olur ?” - sualına cavab olaraq əlavə etmək lazımdır ki, tarixi mənbələrdəki yazılar araşdırılarkən hansı dövrdə yaşamış tarixçinin, hansı dildə, hansı əlifba ilə yazdığı tədqiq olunmayıb. İlkin variantda yazılar imkan daxilində həmin dövrə aid maddi mədəniyyət abidələri, daş yazılar, zinət, məişət əşyaları və həmin dövrdə buraxılmış pul sikkələri üzərindəki yazılarla tutuşdurulmalıdır.
Dövrümüzün tanınmış tarix tədqiqatçısı Ziya Bünyadovun araşdırmalarından məlumdur ki, tariximizin XIII əsrdən sonrakı dövrü nisbətən öyrənilmiş, V - VII əsrlər səthi öyrənilmiş, VII – IX əsrlər daha az tədqiq edilmiş, tarixin əsas aspektləri araşdırılmamış, sadəcə Azərbaycan ərazilərində yaşayan xalqlar haqqında və mövcud dinlər haqqında ötəri məlumat verilmişdir. Həqiqətdə isə Azərbaycan ərazisi arxeoloji cəhətdən, maddi mədəniyyət və dini abidələri ilə, arxeoloji qazıntılar nəticəsində tapılmış qiymətli tarixi nümunələri ilə çox zəngindir.
Azərbaycan VII əsrdə ərəblər tərəfindən işğal olunana qədər onun Həmədan, Əzhər, Zəncan, Arran (Albaniya), Şirvan, Sünik, Arsax, Uti, Girdiman, Kasal (Qazax), Amaras, Şamxor, Mingəçevir, Şəki, Car, Qəbələ, Bərdə, Beyləqan, Şamaxı, Quba, Dərbənd, Çoqa, Kürə, Tabasaran, Qumuq, Muğan, Bəzzeyn, Naşava (Naxçıvan), Gilan, Şabran, Niyazabad, Nərəcan (Təbərinin qədim ərəb müəlliflərinə istinadən verdiyi məlumatda deyilir ki, ölkənin 4 əyalətə bölünməsi hələ I Xosrovdan əvvəl mövcud idi, Xosrov taxta çıxandan sonra ölkəsini idarə edən Sepəhbudlara məktublar göndərib. Məktublardan biri Azərbaycan və qonşu ölkələrin Sepəhbudu Zədüyyə ibn ən – Nahiracana göndərilib. (Ət – Bəlazuri, səh. 194 – 195, Ət - Təbəri, I cild, səh. 893) (Nərəcan kəndinin adı buradan yaranıb və əsası 550 – 560-cı illərdə qoyulub. – F.B.), Xudat, Qıraqlı, Dədəli, Yamqaya (Sumqayıt ərazisində olub, naməlum səbəblərə görə tarixdən silinib. Sumqayıt təzə salınmış şəhərdir. - F. B.), Bakı, Ərdəbil, Andia, Zamya, Qobustan, Azıx və başqa kimi coğrafiya tarixinə düşən əraziləri vardı. Ərəb tarixçiləri Azərbaycanın Həmədandan Dərbəndə qədər olduğunu yazır, Arranı bəzi yazılarda Ərməniyyə kimi qeyd ediblər. Ərməniyyənin Ermənistanla heç bir əlaqəsi yoxdur. Mənfur ermənilər ərəblərin bu sözündən yapışıb özlərinə bu ərazidə tarix axtarırlar. Bizim üzdəniraq tarixçilərimiz isə onlara təklif olunan erməni qızlarına görə güzəştə gediblər. Tarix tədqiqatçılarının araşdırmalarına diqqət etsək görərik ki, Ərməniyyə xristian türk dövləti olub, haylar isə onların arasında çox az sayda, əhəmiyyətsiz, qaraçıya oxşar köçəri azlıq kimi mövcud olub. Bizə gəlib çatan Parfiya sikkələri üzərindəki yazılar arami əlifbası yazılarıdır, sonralar farslar (Sasani dövrü) bu əlifbanı parfiyalılardan götürüb öz dillərinə uyğunlaşdırıblar (fars, tat). Parfiya əlifbası ilə yazı V əsrə qədər Albaniyada, Azərbaycanda, Xəzər xaqanlığında da istifadə edilib. VII əsrdən sonra qədim Urartu və Şərqi Anadoluda yaranmış türk dövlətlərinin əcdadları olan sak əhalisinin Ərməniyyə tarixini öyrənən haylar XX əsrdə rusların onları erməni adlandırdıqdan sonra addakı oxşarlığa görə (Bəlkə də bu rusların siyasətidir. – F.B.) Ərməniyyə tarixini öz qədim tarixləri kimi təqdim etməyə başladılar. Ancaq tezliklə bütün dünya tarixçiləri qarşısında gülünc vəziyyətdə qaldılar. Bəzi gülünc erməni tarixçiləri Adəm peyğəmbərin onların babası olduğunu iddia edirlər. Başqa bir erməni tarixçisi sübut etməyə çalışıb ki, Ərməniyyə ölkəsi hayların ata yurdu yox, ana yurdudur. İzahat da verir ki, Xəzər xaqanları olmuş türk (sak) mənşəli Yafəs və Toqarmanın şəcərələrində onların hay arvadları olduğu barədə qeydlər var. Hələ bunun da dəqiq olması məlum deyil. Tarixdə mövcud olan 1259-cu ildə yazılmış “Təbakəti Nəsəri” əsərində verilmiş şəcərəyə hay adları artırmağa çalışan ermənilər Altay türklərinin “Alp Manas”, özbək türklərinin “Alpamış” dastanlarında da öz babalarından danışıldığını yazırlar. Qədim tarixə aid kitablarda bu ərazilərin adları, dilləri arasında Midiya, Atropatena, Albaniya, Azərbaycan, Ərməniyyə, Arran dili, ərəb dili, əcəm dili sözlərinə rast gəlinir, hay sözünə, hay dilinə heç vaxt.
XI əsrə aid Mahmud Qaşğarlının xəritəsində bütün Qafqaz ərazisi “Dərbənd – Xəzəran” kimi qeyd edilib. Bu xəritədə heç Gürcüstan da yoxdur.
Qədim Ərməniyyə və Anadolu ərazilərinin tədqiqi ilə məşğul olan türk alimi Fuad Köprülü yazıb: “Osmanlı dövləti tərəfindən qədim Ərməniyyə və Şərqi Anadolu əraziləri fəth edilənə qədər həmin ərazilərdə Azəri ləhcəsi hakim olub və indiyə qədər də bu ərazilərdə Azərbaycan dili şivələri işlənir.”

“Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı. Azərbaycanın şimal sərhədinin Sasanilər dövründə Dərbəndədək uzandığı barəsində həmin şəhərin hasarlarındakı pəhləvi yazıları məlumat verir: bu yazılar bizim eranın 553-cü ilində Azərbaycandakı Sasani mərzbanı Bərzini tərəfindən tərtib edilib.” Ziya Bünyadov “Azərbaycan VII – IX əsrlərdə. Elm – 1965, Azərnəşr 1989. səh.126.
Qeyd. 1989-cu ildə kitabın Azərnəşr tərəfindən təkrar nəşri zamanı yeri gəldi, gəlmədi, demək olar hər səhifədə VII əsrə aid hadisələrə Ermənistan sözü əlavə ediblər. (Ermənistan respublikası 29 noyabr 1920-ci ildə rusların himayəsi ilə İrəvan, Yelizavetpol, Tiflis quberniyalarının və Qars vilayətinin əraziləri hesabına yaranıb. O tarixdən əvvəl onların adı hay olub.– F.B.)
İslam dinini bütün yer üzündə yaymaq üçün dinc missionerlərdən sonra ərəb sərkərdələrinin rəhbərliyi ilə orduların hücumları Azərbaycandan da yan keçməyib. İstila edilən ölkələrin əhalisi ərəblərə düşmən nəzəri ilə baxmaması üçün xəlifə Əbu Bəkrin (632 – 634) ərəb əsgərlərinə verdiyi əmrin Azərbaycan dilindəki variantı qorunur. Əmrdə deyilir: “Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin. Xurma və başqa meyvə ağaclarını tələf etməyin. Yemək üçün lazım olandan başqa qoyun, inək, dəvələri kəsməyin. Atəşgahlarda, hücrələrdə dini ayinlə məşğul olanları rahat buraxın. Sizi qəbul edən xalqla müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq qalın. Sizi qəbul etməyənlərlə mübarizə aparın.”
Ərəblərin Azərbaycana hücumu zamanı əmrdə yazılanların əksinə, ərəblərin törətdiyi vəhşiliklərə aid çoxlu yazılı məlumatlar qorunur.
Əksəriyyəti köçəri olan ərəblərin özləri hələ İslamı yetərincə mənimsəmədiklərinə görə ilk vaxtlar Azərbaycan əhalisini İslamı qəbul etməyə məcbur etmirdilər. “Kitab əhli” - xristianlarla və atəşpərəstlərlə mülayim rəftar edirdilər.
Bu mənbələrdə də haylara aid dövlət haqqında məlumat yoxdur.
IX əsrdə ərəb işğalına son qoyulandan sonra ərazidə yaradılmış Məzyədilər, Şeybanilər, cənubda Sacilər dövlətlərinin əmələ gəlməsi barədə çox az məlumatlar öyrənilib. Ərazi türk tayfalarının məskəni kimi öyrənilir, ancaq qədim moğol tayfalarından olan azərlər haqqında olan məlumatlar tədqiq olunmamış qalıb. Nədənsə tarixçilərimiz Azərbaycan adının yaranmasını mənfur qonşuların saxta tarixçilərinin yazılarından götürülmüş Atropaten sözünə daha yaxın olduğunu göstəriblər. Doğruçu, qədim moğol tayfalarından olan azərlərin adlarını isə əfsanə kimi qəbul ediblər. Azərbaycanda odla – azərlə bağlı atəşgahlar haqqında tədqiqatlar aparılmayıb.
İbn Hordadibehin yazılarında Sasani şahı Ərdəşirin dövründə Azərbaycan ərazisinin Dərbənddən şimalda Atil çayına (İndiki Volqa), hun məmləkətlərinə qədər uzandığı bildirilir...
Mir Cəfər Bağırov dövründə yaradılmış arxivlər, akademiya arxivləri keçən əsrin 70 – 80-ci illərində məhv edilmiş, tariximiz, xəritələrimiz ermənilər tərəfindən və sapı özümüzdən olub ermənilərə xidmət edən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Orta əsrlər şöbəsində və Azərbaycan Tarixi kafedrasında fəaliyyət göstərən alçaq alimlərimiz tərəfindən təhrif edilmişdir. Azərbaycan tarixinə aid olan qədim yazılar, qiymətli faktlar qeyrətsiz alimlərimizin gözü önündə məhv edilmişdir. Əvəzində isə öz tariximiz içərisində ermənilərə aid olan saxta tarixi materiallarla zənginləşdirilmiş tarix kitabları yer almışdır. Hətta Azərbaycan tarixinə də saxta materiallar artırılmışdır.
Tarixi mənbələrdən Xaçmaz haqqında araşdırma apararkən maraqlı faktlarla rastlaşdım. Orta məktəbdə oxuyanda Azərbaycan tarixi dərsliyi təzə çıxmışdı. O kitabda Şirvanşahların qədimliyi barədə oxumuşdum. Hər il Azərbaycan tarixi dərsliyi təzələnirdi. Sonrakı kitablar əvvəlkilərlə düz gəlmirdi. Bir müddət bu fikirlərdən tamam kənar idim. Özüm araşdırma işinə başlayanda tarix kitablarındakı təhrifləri və səhvləri öyrənməyə başladım. Sovet dövründə kitabın sonunda balaca vərəqdə düzəliş yapışdırılardı. Xatırlayanlar varsa, həmin düzəlişdə kitabda səhv getmiş sözlərin düzgün oxunuşu göstərilirdi. İndiki kitablarda texniki səhv N qədər, üslub qüsurları da həmçinin. Ən təsiredicisi isə bilə - bilə, tarixi səhvləri düzəltmədən gələcək nəsillər üçün saxlamaqdır. Bir kitabdan Şirvanşahlar haqqında səhv fikirlər oxudum. Ziya Bünyadovun yazılarını oxumağa başladım.
Sasanilərin hakimiyyəti zamanı 224 – 241-ci illərdə Quba, Şabran, Niyazabad, Xudat, Dərbənd ərazilərində şimal sərhədlərini qorumaq üçün hakimlər təyin edəndə nədənsə Şirvan adı çəkilmir. Sonradan Ziya Bünyadovun yazılarından öyrəndim ki, Şirvan bir vilayət kimi VI əsrin başlanğıcında yaranıb.
Həm də ədalətli araşdırmaçıların qənaətinə görə tarixdə düzgün araşdırılmamış dövrlərin qalmasına səbəb elə tarixçilərin özləri olublar. Tarix araşdırmaçısı uzun, əziyyətli çox cüzi mənbələrdən aldığı məlumatları araşdırıb işıqlandırmaqda ciddi çətinliklərlə qarşılaşır. Belə ki, keçmişdə feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti hakim sinfin nümayəndələrinin tərifinə və təsvirinə yönəldirdilər. Nəticədə döyüş meydanlarında igidlik göstərənlər kənarda qalıb, kölgədə keflə məşğul olanlar tarixə düşüb.
Azərbaycan adının yaranmasına təkrar – təkrar müraciətlər olub. Hər dəfə türk mənbələrindəki Aderbican, fars mənbələrindəki Azərbayqan yazılışında dayanılıb. Strabon ölkənin adını Atropatın adı ilə bağlamışdı.
Müasir dövrdə Azərbaycan tarixinə müdaxilə etmiş ermənilərin müdafiəçiləri elə məmurların arasında, hətta akademiyanın daxilindədir.
ADU-nun tanınmış professoru İmaməddin Zəkiyev uzun müddət araşdırma apardığı Dəvəçinin Sumaqoba kəndində anadan olmuş Əli Hilmi barədə mənə məlumat verdi. Əli Hilmi XIX əsrdə 15 il hərbi məktəbdə işlədikdən sonra Misirdəki Xiliviyyə kitabxanasına işə dəvət olunub. Böyük kitabxanada işə başlayan Əli Hilmi XII – XIX əsrlərdə yazılmış Azərbaycan alimlərinin kitablarını orada görəndə qürur hissi keçirib. 1880 – 1888-ci illərdə o, Azərbaycan alimlərinin işləri barədə iki cilddən ibarət möhtəşəm kataloq hazırlayıb Amirə mətbəəsində çap etdirib. Onun araşdırmaları arasında qədim Azərbaycan əraziləri haqqında dəqiq məlumatlar var.
İmaməddin müəllim bu barədə özünün “Azərbaycan kitabının inkişaf yolu” kitabında məlumat verib. Doğrusu mən də bundan qürur hissi keçirdim.
Tarixçilərimiz arasında Azərbaycana gəlmiş moğollarla monqolları qarışdıranlara da rast gəlmək olur. Moğol tayfaları türklərin bir qolu olmaqla, atəşpərəst olublar. Monqolların əcdadları da türkcə danışıblar. Tarixçilər sübut edib ki, XIII əsrdə Bütün Avrasiya, Çingiz Xan da daxil olmaqla türklərdən ibarət olub. Tatarlar, Kereylər, Cəlairlər, Nayman oğulları və başqa az saylı xalqlar türkcə danışıblar. Monqolustan sözü isə “Menqu” - əbədi, “kol” – ordu sözlərindən yaranıb. XVII əsrə, Çini işğal edənə qədər monqollar türkcə danışıb. 100 il müddətində monqollar Çində hakimlik ediblər. Çingiz Xanın ölümündən sonra çinlilər qətliam etdilər, monqol əhalisinin yarısını qılıncdan keçirdilər. Vəziyyətdən istifadə edən mancurlar zəifləmiş ölkəyə hücum etdilər və Monqolustanı ələ keçirdilər. 100 ildə mancurların hökmranlığı altında dillər qarışıb hazırkı Xalxa – Monqol dili kimi tanınan Tunqus – Türk – Mancur dili formalaşdı. Əvvəllər monqollar tenqriçilər – Gök Tanrıya inananlar idilər. Sonradan buddizmi qəbul etdilər. Maraqlısı odur ki, Əli Hilminin kitablarında Azərbaycan haqqında Tunqus – Türk – Mancur dilində yazılar mövcuddur. Yəqin müasir dövrdə o dilləri öyrənən mütəxəssislərimiz olacaq.
25 min illik türk mədəniyyət tarixinin tərkibində Azərbaycan kimi tanınan dövlət eradan əvvəl 323-cü ildən eramızın II əsrinə qədər mövcud olub. Ondan əvvəl Azərbaycan ərazisində Aratta, Kuti, Lullu, Elam, Manna dövlətlərinin olduğu barədə tarixi sənədlər mövcuddur. Ancaq heç bir qədim yazılı abidələrdə hay dövlətinin mövcudluğu haqqında məlumat yoxdur.
1747 - 1828-ci illərdə mövcud olmuş İrəvan xanlığının tarixini araşdıranlar heç bir erməni – hay dövlətinin mövcudluğundan xəbər vermirlər.
Xronologiyadan kənar olsa da, eradan əvvəl VIII – VII əsrlərdən mixi yazılıarında müxtəlif ölkələrdə, müxtəlif dillərdə qorunan tarixi mənbələrdə adı Aderbayqan, Adirpatan, Azərbaycan kimi tanınan ölkənin ərazisi Dərbənddən cənuba Andia (Xəzər dənizinin cənubunda vilayət), Qəzvin, Zamya (Urmiya gölündən cənubda), Zəncana, qərbdə İrəvan, Göyçə, Tiflisə qədər olan ərazi kimi göstərilib. Tiflisin Azərbaycan şəhəri olması barədə yazılı tarixi məlumatlar da mövcuddur. Bu mixi yazılarında da hay dövlətinin mövcudluğu barədə heç bir işarə belə yoxdur.
Ardı var...
23-02-2022, 20:18
“TARİXİMİZƏ SAHİB ÇIXAQ”


“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Layihəsinə start verildi:
Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin
“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, “Tarixinə sahib çıx” tarixi abidələrimizin gənc nəsil arasında eləcə də xaricdə tanıdılması və təbliği” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin tarixi-mədəni irsin qorunub saxlanması problemlərinə cəlb edilməsi, onların tarixi və milli kimliyinin formalaşması, tarixi-mənəvi mənsubiyyət hissinin inkişafı, xaricdə Azərbaycanın tarixi abidələrinin, qədim özkeçmişinin təbliği, tanıdılmasıdır.




Addım atdığımız hər qarış torpaqda ulu əcdadlarımızın bir xatirəsi yatır. Bu xatirələr gənc nəslin diqqətinə düzgün formada çatdırılmalıdır. Bu onlarda həm Vətənə məhəbbəti artırar, həm də milli kimliyə sahib çıxmalarına, onu xaricdə düzgün təbliğ etmələrinə, dostla, düşmənlə disskusiyalarda doğru fikir söyləmələrinə yardım etmiş olar.
Təşkilat layihə çərçivəsində 22 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən 313 saylı tam orta məktəbdə tarixi abidələrimizin tanıdılması, sevilməsi, mühafizəsi istiqamətində tədbir keçirdi. Tədbir Azərbaycan respublikasının Dövlət himninin oxunması ilə başlandı. I və II Qarabağ döyüşlərində şəhid olanların xatirəsi sükutla anıldıqdan sonra məktəbin direktoru Zakir Bayramov tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin gənc nəsil üçün əhəmiyyəti haqqında danışdı. O belə tədbirlərdə gənc nəsli daha da fəal iştirak etməyə dəvət etdi.
Təşkilatın sədri, məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında ətraflı məlumat verdi. Tədbirə məktəbin VIII sinif şagirdləri çox yaxşı hazırlaşmışdılar. Onlardan - 8a sinifi şagirdi Quliyeva Ayişə - Şirvanşahlar saray kompleksi, 8b sinifi şagirdi Vəzirova Əsli - Atəşgah məbədi, 8c sinif şagirdi Mehdiyeva Nigarə Ramana qalası, 8ç sinif şagirdi Əliyev Uğur - Abşeron abidələri, 8d sinif şagirdi Quliyeva Röya - Qız qalası, 8e sinif şagirdi Mehdizadə Solmaz - Qobustan haqqında slayd təqdimat və 8ç sinif şagirdləri Abdurahmanlı Vüsat, Pənahalıyeva Nurican, Ağayeva Dilşad, Nurullazadə Fidan və Adgözəlov Çingiz video təqdimat hazırlamışdılar.





Tədbirin sonunda çıxış edən tarix üzrə fəlsəfə doktoru, ADPU Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasınin müəllimi Sevil Bəhrəmova və tarix üzrə fəlsəfə doktoru Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, dosent İdris Əliyev Bakinskiy şagirdlərin çıxışlarından çox razı qaldıqlarını bildirdilər. Təbii ki, onlara öz tövsiyyərini də verdilər. Sonda tədbirdə fəal iştirak edən şagirdlərə diplomlar təqdim olundu. Ümumilikdə belə daha 5 tədbirin keçirilməsi nəzərdə tutulur.







21-02-2022, 14:25
Tokayevin İsveçrə banklarında hesabları yoxdur - Uali[/color]
Tokayevin İsveçrə banklarında hesabları yoxdur

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İsveçrə bankında hesabları yoxdur və xaricdə daşınmaz əmlaka sahib deyil.
Bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali bildirib.
“Mətbuatın yazdığı kimi, Tokayevin İsveçrə banklarında hesabı, ofşor şirkətləri yoxdur. Qasım-Jomart Tokayevin keçmiş həyat yoldaşının da hesabları olmayıb”, - Uali bildirib.
19-02-2022, 18:24
Türkiyənin yeni raketi: hədəfi dəqiqliklə vurdu
Türkiyənin yeni raketi: hədəfi dəqiqliklə vurdu

Türkiyənin milli texnikası olan HİSAR-RF hava hücumundan müdafiə sistemi təlimlər zamanı hədəfləri tam dəqiqliklə vurub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib.
“Yeni HİSAR-RF 2022-ci ilə sürətli şəkildə başlayıb. Aparılan təlimlər zamanı adıçəkilən texnika hədəfləri tam dəqiqliklə vurmağı bacarıb”, - İ.Dəmir bildirib.
19-02-2022, 08:29
Türkiyə nəyi bacarır? Bilmirsiniz...
Türkiyə nəyi bacarır?

Türkiyənin nəyi bacarıb-bacarmadığını bilmirsiniz. Kimsə sizi aldada bilər, amma bu gün hər şeyi görmək imkanınız var. Bunları gördüyünüz halda hələ də əksini deyirsinizsə, inandırıcı bəhanə deyil.
Bunu türkiyəli ekspert Mete Yarar ölkə daxilində inkişafa əngəl olmağa çalışan qruplar barədə danışarkən deyib.
“Yüzilliyə gedərkən uçmağımızı gözləyirsiniz. Biz uçuruq, amma hər dəfə qanadlarımızı qoparan bir qrup var. Bu qrup xaricdə deyil, bu ölkədədir. İmperializm adlı anlayış xaricdən gəlib sizinlə vuruşmur. 2100-cü ilə doğru gedirik, amma ölkədə yerli və milli olmaq üçün mübarizə aparanlarla onlara qarşı olanların mübarizəsi əvvəlki kimidir. Biz vətənpərvərlər sayca çoxuq, amma unutmayaq ki, camaat döyüşmədikcə, danışmadıqca, sadəcə, say olaraq qalırıq. Dayanmağımız yaxşı deyil. Bu, doğru ilə yanlışın mübarizəsidir. Susma, sussan, itirəcəksən”, - türkiyəli ekspert qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!