Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.
Bu fikirləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər
ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qaziantepin bələdiyyə sədri Fatma Şahin arasındakı dialoq gündəm olub.
Bütöv.az xəbər verir ki, Qazintep Universitetində baş tutan açılış mərasimi zamanı dövlət başçısı bələdiyyə sədrindən “Rektordan şikayətiniz varmı?” deyə soruşub. Fatma Şahin isə “Çox pis, çox pis. Tam bir dəlidir” - deyə cavab verib. Mikrofon açıq olduğuna görə, dialoq eşidilib.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın məlumat verib.
“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik”, - deyə İbrahim Kalın vurğulayıb.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb.
Bütöv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Milli Təhüləsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri Anuar Sadıkulov və Daulet Yeqorjin dövlətə xəyanətdə ittiham olunurlar.
Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov dövlətə xəyanət maddəsi ilə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Ermənistanda Azərbaycanla sərhəddə yaranmış gərginliyə görə etiraz aksiyası keçirilib.
Bütöv.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi və digər ictimai fəallar İrəvanın sərhəd təxribatına görə hökumət binasının qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər.
Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Müraciət səfirliyin “Twitter” hesabında dərc edilib.
Müraciətdə deyilir:
“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.
Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.
Qeyd edək ki, yanvarın 5-i səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə etmişdi.
Metbuat.az xəbər verir ki, hərbçilər səsgücləndiricilər vasitəsilə nümayişçilərə Respublika meydanından çıxması, əks halda atəş açılacağı barədə xəbərdarlıq edib. Ardınca ərazidə atışma səsləri eşidilib. Ölənlərin və yaralıların olduğu bildirilir. Ümumiyyətlə aksiyalar başlayandan bəri Almatı şəhərində baş verən toqquşmalar zamanı onlarla etirazçı həlak olub. 1000-dən çox yaralı var.
Türkiyənin Milliyet qəzetinin məlumatına görə, etirazçıların əksəriyyəti dövlət binalarına daxil olmağa çalışarkən baş verən qarşıdurma zamanı həlak olublar. Şəhərdə gərginlik davam edir. Qeyd edək ki, rəsmi açıqlamalara görə, toqquşmalar zamanı 18 hüquq-mühafizə əməkdaşı həlak olub. 300-dən çox polis xəsarət alıb.
Qazaxıstanın Almatı şəhərində toqquşmalar yenidən başlayıb.
Bütöv.az xəbər verir ki, şəhərdə intensiv silah səsləri eşidilir. Aksiya iştirakçıları “Mir” telekanalının binasını ələ keçirərək, barikadalar qurublar. Həmçinin, Respublika meydanında da barrikadalar qurulub. Hərbçilərə ciddi müqavimət göstərilir. Toqquşmalar zamanı çox sayda insanın həlak olduğu deyilir. Cəsədlərin küçələrədə qaldığı deyilir. Rəsmi açıqlama yoxdur.
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş toplantısında çıxış edərək ökədəki iqtisadi vəziyyətə toxunub.
O, bildirib ki, Türkiyə hökuməti xalqı valyuta bazarındakı çalxalanma və süni qiymət artımı yükündən azad etməkdə qərarlıdır.
“Elan edilmiş iqtisadi tədbirlər paketi sayəsində biz valyuta məzənnələrindəki dalğalanmaların qarşısını ala bildik. Ümid edirik ki, ən qısa müddətdə inflyasiyanı da nəzarət altına ala biləcəyik və o zaman ölkə layiq olmadığı vəziyyətdən çıxacaq”, - deyə dövlət başçısı bildirib.
O, vurğulayıb ki, ilin yekununda qeydə alınan 225 milyard dollarlıq ixrac göstəricisi Türkiyənin doğru yolda olduğunu nümayiş etdirir.