Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Müraciət səfirliyin “Twitter” hesabında dərc edilib.
Müraciətdə deyilir:
“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.
Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.
Qeyd edək ki, yanvarın 5-i səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə etmişdi.
Metbuat.az xəbər verir ki, hərbçilər səsgücləndiricilər vasitəsilə nümayişçilərə Respublika meydanından çıxması, əks halda atəş açılacağı barədə xəbərdarlıq edib. Ardınca ərazidə atışma səsləri eşidilib. Ölənlərin və yaralıların olduğu bildirilir. Ümumiyyətlə aksiyalar başlayandan bəri Almatı şəhərində baş verən toqquşmalar zamanı onlarla etirazçı həlak olub. 1000-dən çox yaralı var.
Türkiyənin Milliyet qəzetinin məlumatına görə, etirazçıların əksəriyyəti dövlət binalarına daxil olmağa çalışarkən baş verən qarşıdurma zamanı həlak olublar. Şəhərdə gərginlik davam edir. Qeyd edək ki, rəsmi açıqlamalara görə, toqquşmalar zamanı 18 hüquq-mühafizə əməkdaşı həlak olub. 300-dən çox polis xəsarət alıb.
Qazaxıstanın Almatı şəhərində toqquşmalar yenidən başlayıb.
Bütöv.az xəbər verir ki, şəhərdə intensiv silah səsləri eşidilir. Aksiya iştirakçıları “Mir” telekanalının binasını ələ keçirərək, barikadalar qurublar. Həmçinin, Respublika meydanında da barrikadalar qurulub. Hərbçilərə ciddi müqavimət göstərilir. Toqquşmalar zamanı çox sayda insanın həlak olduğu deyilir. Cəsədlərin küçələrədə qaldığı deyilir. Rəsmi açıqlama yoxdur.
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş toplantısında çıxış edərək ökədəki iqtisadi vəziyyətə toxunub.
O, bildirib ki, Türkiyə hökuməti xalqı valyuta bazarındakı çalxalanma və süni qiymət artımı yükündən azad etməkdə qərarlıdır.
“Elan edilmiş iqtisadi tədbirlər paketi sayəsində biz valyuta məzənnələrindəki dalğalanmaların qarşısını ala bildik. Ümid edirik ki, ən qısa müddətdə inflyasiyanı da nəzarət altına ala biləcəyik və o zaman ölkə layiq olmadığı vəziyyətdən çıxacaq”, - deyə dövlət başçısı bildirib.
O, vurğulayıb ki, ilin yekununda qeydə alınan 225 milyard dollarlıq ixrac göstəricisi Türkiyənin doğru yolda olduğunu nümayiş etdirir.
Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar.
Bütöv.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb. Bildirilib ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib.
Sakinlər ağ örtüyə bürünmüş dağların ətəyində tonqal qalayıb, Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Qonşu ölkə Qətərdən də turistlər Cəbəl Əl-Ləvz bölgəsinə axın ediblər. Onlar bu ərazidə özlərini Avropadakı kimi hiss etdiklərini deyiblər.
Meteoroloqlar Tabuk regionunda qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı açıqlamalar verib.
Bütöv.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında ilk toplantı Moskvada baş tutacaq: “Hər iki tərəf xüsusi nümayəndələri təyin etdi. İlk toplantı Moskvada baş tutacaq. Biz ilk toplantıdan əvvəl birbaşa əlaqənin qurulmasını istəyirik. Qarşılıqlı səfərlər də daxil olmaqla təmas qurularaq, yol xəritəsinin müəyyən edilməsini istəyirik”.
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.
Bütöv.az xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyanın, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüş tələb edirlər.
Etirazçılar seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Onlar bildiriblər ki, N.Paşinyan kimi V.Qriqoryan da xalqın səsini qazanıb və seçkilərdə qalib gəlməlidir.