Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Nazirlik Türkiyə-Rusiya Mərkəzi barədə məlumat yaydı .....                        Sabahın hava proqnozu .....                        Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi .....                        Bakıdan Avropa Parlamentinə etiraz: qətnamə əsassızdır! .....                        Biz yaxşı nəticələr əldə etməliyik - Prezident .....                        Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                       
Tarix : 20-11-2018, 09:42
Azərbaycan mediasında mənəvi dəyərlərin təbliği sistemli və ardıcıl formada deyil, pərakəndə şəkildə aparılır
Son illərdə müşahidə edilən müsbət tendensiyalardan biri də milli-mənəvi dəyərlərimizin geniş şəkildə təbliğ olunmasıdır. Xüsusilə, bir müddət əvvəl Milli Mənəvi Dəyərlər Fondunun yaradılması bu prosesin sürətlənmnəsinə təkan verib. Sözügedən Fond fəaliyyət göstərdiyi qısa müddət ərzində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Nəzərə alsaq ki, kütləvi informasiya vasitələri cəmiyyətin maarifləndirilməsi və həyata keçirilən tədbirlər, görülən işlərin ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır, o zaman medianın bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bəs görəsən, bütün kütləvi informasiya vasitələri, media qurumları milli=mənəvi dəyərlərimizin təbliğində aktiv rol oynayırlarmı?
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova deyir ki, bir neçə media qurumunu çıxmaq şərtilə, Azərbaycan mediasında mənəvi dəyərlərin təbliği sistemli və ardıcıl formada deyil, pərakəndə şəkildə aparılır. Onun sözlərinə görə, bu gün media qurumlarında mənəvi dəyərlərin təbliği məsuliyyəti şəriklidir: "Yəni media qurumları ilə eyni dərəcədə elm, təhsil, mədəniyyət və dini qurumların üzərinə düşür. Televiziyada, çap mediasında, sosial şəbəkələrdə mənəvi dəyərlərin təbliği bir çox hallarda ziyalı qələm sahibləri tərəfindən aparılır. Media qurumlarının, verilişlərin, rubrikaların və qəzet-saytların adını çəkmədən demək olar ki, bu istiqamətdə niyyət güclü duyulur - bu müsbətdir. Ancaq bu gün təbliğ olunmalı o qədər sahə və mövzu açılır ki, dünya informasiya məkanından Azərbaycana böyük həcmdə informasiya axını olur və bu da biçilməmiş zəmiyə bənzəyir. Bu situasiyada, əlbəttə, fərd olaraq jurnalistin, qələm sahibinin ümumi mənzərəni görməsi, lazımi hədəfi düzgün seçməsi çətinləşir. Bu, məsələnin mənfi tərəfidir, narazılıq doğurmasa da, narahatlıq yaradır. Narahatlıq da oradan irəli gəlir ki, mediada səsləndirilmiş ziddiyyətli fikirlər, mübahisələr, münaqişələr Azərbaycan mədəniyyəti və tarixi barədə məlumatların nizamsız şəkildə, etibarlı mənbələrə əsaslanmadan yayılmasına, son nəticədə isə Azərbaycanın informasiya təhlükəsizliyinə zərbə vurur".
MEK direktoru bildirib ki, mövcud problemləri aradan qaldırmaq üçün mənəvi dəyərlərin təbliğinin sistemli şəkildə, "Milli yaddaş" modelinə söykənərək aparılmasının tərəfdarıdır. O, qeyd edib ki, bu modelə əsasən, elmin müxtəlif sahələrini - tarix, dil, ədəbiyyat, folklor, memarlıq, incəsənət, cəmiyyətşünaslıq, hüquq, fəlsəfə, media, psixologiya, marketinq, informasiya texnologiyaları, tərcümə və s. təmsil edən mütəxəssislər ekspert mərkəzində birləşir: "Sahələr üzrə müstəqil ekspert şuraları və bütün şuraların tabe olduğu vahid idarə heyəti və ya əlaqələndirmə şurası yaradılır. Şura tərəfindən "Milli yaddaş" (və ya "Milli yaddaşın konseptual əsasları") adlı Azərbaycan tarixi və mədəniyyətinin əsas prinsipial məqamlarını əks etdirən, mübahisəli sualları birmənalı cavablandıran sənəd tərtib olunur. Etibarlı və kəsərli "Milli yaddaş: istinadlar, mənbələr" əlavəsi ilə təmin edilir. Əlaqələndirmə şurasının imzaladığı və təsdiqlədiyi "Milli yaddaş" sənədi öz əlavəsi (istinadları) ilə birlikdə "Milli yaddaş" rəsmi dövlət portalında müxtəlif dillərə tərcümə olunmuş şəkildə açıq istifadəyə verilir".
Leyla İmanova deyib ki, ilk növbədə dövlət qurumlarına bazanın elektron ünvanı bildirilir və istifadəsi mütləq şəkildə tövsiyə olunur: "Bazanın strateji əhəmiyyətini nəzərə alsaq, ilk növbədə dövlət müəssisələri, diplomatik nümayəndəliklər, diaspor təmsilçiləri, xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, Azərbaycan tarixinə və mədəniyyətinə dair ictimai açıqlama, intervü verən məmurlar, müzakirə və mübahisə edən istənilən rəsmi və ya mülki şəxslər, turizm sahəsinin mütəxəssisləri, televiziya, radio, qəzet redaktorları, jurnalistlər, sosial şəbəkə administratorları istifadə edir. "Milli yaddaş" sənədi etibar və təsir qüvvəsinə görə "ana sənəd"ə çevrilir və müəssisələrdə işçi heyətə, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə verilən təlimatlarda, dərsliklərdə istifadə olunur. Sənəd "Biz kimik, haradanıq, köklərimiz nədir?", "Yaşımız və ərazimiz nədir?", "Əlifbamız, dinimiz, dilimiz, mədəniyyətimiz nədir?", "İnkişaf istiqamətimiz və məqsədimiz nədir?", "Bizim üçün hansı vətəndaş və insani keyfiyyətlər əhəmiyyət kəsb edir?", "Dəyərlərimiz nədir?" suallarını cavablandırır, mövcud və formalaşdırılması arzu edilən vacib prinsipləri əks etdirir. "Milli yaddaşın konseptual əsasları"nın tezislərinin istifadə olunması vətəndaş borcu və vəzifə öhdəliyi kimi qəbul edilir, icrası nəzarətdə saxlanılır, təhrif olunduqda cəza tədbirləri görülür".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!