Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 24-12-2019, 11:19
Mərkəzi Elmi Kitabxananın 2019-cu il üzrə hesabatı təqdim olundu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova MEK-in illik fəaliyyətini təqdim edib. Leyla İmanova çıxışında 2019-cu ildə MEK tərəfindən Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində “Nəsimi – 650”, “Həmid Araslı – 110”, “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin Tədbirlər planında müasir elektron dərsliklər” layihələrinin, eləcə də AMEA prezidenti sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının tam icra olunduğunu diqqətə çatdırıb.
Butov.az-a verilən məlumata görı, Leyla İmanova MEK-in 2019-cu ilin “ilklər”i sırasında Milli Rəqəmsal Yaddaş bazasına “Siyahilar” kateqoriyasına 2016 (144 adda), 2017 (92 adda) və 2018-ci (90 adda) illərdə, Azərbaycan və rus dillərində “Əqli mülkiyyət – rəsmi qeydə alınmış ixtiralar və faydalı model patentləri” siyahılarının, “Məzarı tapılmayan azadlıq və repressiya qurbanları” (576 adda), “Cümhuriyyət dövründə xaricdə təhsil almış Azərbaycanlı tələbələr” (100 adda), “Xaricdə təhsil almış tələbələr”, “Abidələr” (Şəki, Tovuz, Gədəbəy, Bakı, Şamaxı, Qazax, Xızı bölgələrində 21 adda məzar, monastır, kllsə, məbəd, qala, körpü, pir və s.), “Məzarları tapılmış Cümhuriyyət qurbanları”nın (60 adda) siyahılarının daxil edildiyini bildirib. Qeyd edib ki, “ilklər” sırasında MEK bazasında Qafqaz Tarixi Mərkəzi, UNESKO kafedrası, “Günəşin axtarışında” İşçi qrupu, vətəndaş təşəbbüsü qrupu və “Umay” Beynəlxalq Araşdırmalar Mərkəzi ilə birlikdə indiyə qədər qeydiyyata alınmayan, Azərbaycanın bölgələrində işğal altında olmuş ərazilərdə dağıdılmış mədəniyyət abidələri və unikal biritual məzarlıqların siyahıları xüsusi yer tutub. Bundan əlavə, “ilklər” sırasında Vikipediya fəaliyyətinin hərəkat formatına keçdiyini, erməni dilində təlimlər keçirildiyini və MEK fondlarında bu dildə olan 900 sənədin araşdırılaraq e - kataloqa daxil edildiyini, eləcə də “Fondların formalaşdırılması” modulunun hazırlandığını və “Elektron dərsliklər” bazasının yaradıldığını diqqətə çatdırıb.
Hesabatda il ərzində MEK tərəfindən yaradılmış yeni elektron resurslara xüsusi yer ayrılıb. Belə ki, təhsil sistemi qabaqcıl olan ölkələrin riyaziyyat, informasiya texnologiyaları, fizika, coğrafiya, kimya, biologiya fənləri üzrə 1429 sənəddən ibarət elektron dərsliklər bazası yaradıldığı bildirilib. Milli Rəqəmsal Yaddaş bazasının “Siyahılar” kateqoriyasına milli yaddaşa daxil olunması zəruri olan yeni məlumatlar, Azərbaycanın ictimai, elm və mədəniyyət xadimlərinin əsərlərinin elektron kolleksiyasiyaları – Heydər Əliyev, AXC, İmadəddin Nəsimi, Ramiz Mehdiyev, İsa Həbibbəyli, Kitab abidələri və s. elektron resurslar sırasına cəlb edildiyi deyilib. Həmçinin digər tamtəminatlı beynəlxalq elektron elmi resurslar, elektron kataloq, rəqəmsal baza, Vikipediyada “Macarıstan 261+1”, “Azərbaycan qadınları 250” layihələrindən də söz açılıb.
Hesabatda strateji hədəflər üzrə fəaliyyətin, MEK fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən standartlara uyğun fəaliyyət olaraq qiymətləndirilməsi, MEK-in Vikipediya təcrübəsinin yayılması, UNESCO nəzdində həyata keçirilən beynəlxalq əməkdaşlıq layihəsi üçün elmi bazaya çevrilməsi, MEK-in il ərzində keçirdiyi təlimlər, ali məktəblərlə informasiya resurslarının formalaşdırılmasına dair əməkdaşlıq, kitabxana-xidmət üzrə əsas göstəricilərin artım dinamikasının analizi, rəqəmsallaşdırma işinin MEK-in başqa fəaliyyətlərinə inteqrasiyası, ictimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlərə dair fəaliyyətin effektiv alqoritminin tətbiqi, yaranmış problemlərin həllinə dair təkliflər və növbəti illər üçün strateji hədəflər diqqətə çatdırılıb.
Hesabatın müzakirəsi zamanı AMEA vitse-prezidenti akademik İsa Həbibbəyli hesabatın tərtibat, məzmun və informasiya tutumu baxımından yüksək səviyyədə hazırlandığını bildirib. Akademik İsa Həbibbəyli MEK tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarının peşəkar səviyyədə icra edildiyini xüsusi vurğulayıb. İ.Həbibbəyli günün tələblərinə uyğun səviyyədə təşkil olunmuş nümunəvi kitabxana xidmətini, MEK-in müasir simasını formalaşdıran rəqəmsallaşdırma işini və kitabxananın fəaliyyətində digər əhəmiyyətli irəyililəyişlərin olmasını vurğulayaraq, MEK-in Azərbaycan kitabxanalarının ən yaxşılarından birinə çevrildiyini bildirib. Akademik “erməni dilinin tədrisi” kurslarının təşkil olunmasına, həmin dildə ədəbiyyatın araşdırılnasına diqqət çəkərək, bu fəaliyyətin tətbiqinə AMEA-nın digər elmi müəssisələrində də ehtiyac yarandığını deyib.
Vitse-prezident 2020-ci ilin fəaliyyət planına dair tövsiyyələrini də verib. Elektron kataloqun formalaşdırılması istiqamətində fəaliyyətin genişləndirilməsini, Vikipediya Metodik Mərkəzinin AMEA müəssisələrinin ictimaiyyətlə əlaqələr şöbələri ilə şəbəkə şəklində metodik yardım müstəvisində əməkdaşlıq etməsini, MEK-in viki-könüllüləri ilə elmi materialların əlaqələndirilməsini ön plana çəkib. Mübadilə fondunun fəaliyyətinə toxunan akademik AMEA-nın regional kitabxanalarının kitab fondlarının zənginləşdirilməsini, bu kitabxanalarda qiymətləndirmənin aparılmasını və metodik yardım göstərilməsini, regional nümayəndəliklər də daxil olmaqla əlaqələndirmə-hesabat konfransının keçirilməsini məqsədəuyğun hesab edib. Sadalananlar sırasında AMEA-nın elmi kitabxanalarının beynəlxalq qurumlara üzv olması məsələsi də vurğulanıb.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli MEK-in 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirib, hesabatın Rəyasət Heyətinə təqdim olunmasını tövsiyə edib.
Mərkəzi Elmi Kitabxananın 2019-cu il üzrə hesabatı təqdim olundu
Mərkəzi Elmi Kitabxananın 2019-cu il üzrə hesabatı təqdim olundu


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!