“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 24-06-2021, 22:01
MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub - FOTOLAR

İyunun 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri Röksanə Səfərzadə, Milli Məclisin deputatları Anar İsgəndərov, Tamam Cəfərova və digərləri çıxış ediblər.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın yenilməzliyini, birliyini, iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının borcu ödənilməzdir.
Qeyd edilib ki, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. “Qarabağ müharibəsi qəhrəmanları” fondu kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz iz qoyan, adlarını xalqımızın şanlı tarixinə əbədi yazan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq. Fondda birinci və ikinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, şəhid olmuş mərd oğulların şəxsi kitabxanalarındakı kitablar fondda sərgilənəcək. Fonda rəhbərlik şanlı Qələbəmizdə xüsusi xidmətləri olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə olunub.
Diqqətə çatdırılıb ki, fondun zənginləşdirilməsi istiqamətində müharibə iştirakçıları və ailələri ilə əlaqələr qurulub. Birinci və ikinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb və bu proses davam edir. Bundan əlavə, fondda olan nəşrlər və ədəbiyyatlar e-kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, birinci və ikinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alır.
Mərasimdə Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərindən də söz açılıb. Bildirilib ki, bu əlaqələr ikinci Qarabağ müharibəsi dövründə daha da gücləndi. Türkiyə həm siyasi, həm də mənəvi cəhətdən hər zaman Azərbaycanın yanındadır. Bu dəstək iki ölkə arasında qardaşlıq mövqeyinin təzahürüdür.
Tədbirdə, həmçinin şəhid polkovnik Babək Səmidlinin qardaşı, birinci Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant Müşviq Səmidli, qazi Ceyhun Məmmədov, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, dosent Xanım Sultanova, Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, Xocalı sakini Mürvət Məmmədov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın döyüş yolundan, uşaqlıq xatirələrindən söz açıb, onların adlarının əbədiləşdirilməsi istiqamətində MEK-in gördüyü işləri və fondun yaradılmasını yüksək qiymətləndiriblər.
Mərasimdə Beynəlxalq Muğam Mərkəzinin solisti, Almaxanım Əhmədli “Xudayar təsnifi”ni və gənc xanəndə Anar Məmmədov “Qarabağ” mahnısını ifa edib, MEK tərəfindən Silahlı Qüvvələr Günü və “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışına həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra iştirakçılar fondla tanış olublar. Fondda ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkilləri, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, Azərbaycan Respublikasının xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, birinci və ikinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı 500-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyat yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq kitab, qəzet, jurnal, məqalə, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib. Fondda, həmçinin oxucuların rahatlığı və tədbirlərin təşkili üçün lazımi şərait yaradılıb.













Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!