Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
Tarix : 30-09-2015, 18:14
“Prezidentlərə təkliflər hazırlanaraq qəbul ediləcək”

Əli Həsənov: Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir

Avrasiya regionunda Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Rusiya-Azərbaycan regionlararası forumuna münasibət bildirərək deyib.
“Bu münasibətlərə uyğun olaraq biz bu foruma önəm veririk. Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq 6 dəfədir ki, Azərbaycan-Rusiya regionlararası forumuna müraciət ünvanlayır və bu müraciətlərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığına mühüm önəm verilir”, - deyə Əli Həsənov vurğulayıb.
Prezidentin köməkçisi xatırladıb ki, ilk Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildə Bakıda keçirilib və ardıcıl olaraq bir dəfə Rusiyada, bir dəfə Azərbaycanda keçirilir.
Foruma hər iki ölkənin prezidentləri müraciətlərini ünvanlayır. Bu müraciətlərdə Azərbaycan-Rusiya münasibətlərinin bütün aspektlərinə toxunulur və qiymət verilir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında birbaşa iqtisadi, siyasi, sosial əlaqələr hər iki ölkənin maraqlarına cavab verir və bu maraqlara müvafiq olaraq müzakirələr aparılır.
Bugünkü forumda beş “dəyırmi masa”nın keçirildiyini deyən Əli Həsənov gənclər arasında foruma xüsusi toxunaraq bildirib ki, Azərbaycanın və Rusiyanın gələcəyini quran nəslin nümayəndələri birlikdə bu əlaqələrin bugünkü vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.
“Forumun sonunda aparılan müzakirələr, səslənən fikirlər və rəylər əsasında Azərbaycan və Rusiya prezidentlərinə təkliflər hazırlanaraq qəbul ediləcək”, - deyə Əli Həsənov bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!