Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB .....                        Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio .....                        Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                       
Tarix : 1-07-2016, 17:51
İraq prezidenti İlham Əliyevdən xahiş edib


İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Butov.az-ın AzVision.az-a istinadən xəbərinə görə, Prezident Fuad Məsum İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş edib.

Qeyd olunub ki, İraq dövləti yeddi ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.

Bildirilib ki, 2016-cı il iyulun 10-20-də Türkiyənin İstanbul şəhərində Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçiriləcək. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rolu oynadığı və buna görə də UNESCO Ümumdünya İrsi Komitəsinə üzv seçildiyi vurğulanan müraciətdə qeyd edilib ki, İraq dövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!