Qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb... .....                        Hərbçinin ölümü ilə bağlı vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Qəzzada ölənlərin sayı 55 minə çatır .....                        Hərbçimiz Biləsuvarda dəfn olundu .....                        Çinlə ABŞ arasında görüşlərin ikinci mərhələsi başlayıb .....                        Putin beynəlxalq olimpiya təşkilatlarını tənqid etdi .....                        Bir ayda eyni məkanda dönərdən ikinci dəfə ZƏHƏRLƏNMƏ .....                        AFFA azarkeşlərə müraciət etdi .....                        ABŞ-Rusiya münasibətləri 180 dərəcə dönüb .....                       
Tarix : 7-01-2017, 10:27
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən növbəti yaşayış binasının yanvarın 6-da açılışı həyata keçirilib.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Nazir bildirib ki, yeni binaların istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının yüksəldilməsi istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır.
Dövlətimizin qayğısı nəticəsində son illərdə mindən çox hərbi qulluqçunun daimi mənzillə, 1400-dək hərbi qulluqçunun isə xidməti mənzillə təmin olunduğu və bu işlərin cari ildə də davam etdiriləcəyi diqqətə çatdırılıb.
Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlığın alınaraq silahlanmaya daxil edilməsini xatırladan general-polkovnik Z.Həsənov görülən kompleks tədbirlərin ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.
Yeni tikili ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli, 50 mənzilli bina tam təmirli üçotaqlı mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında onlarla söhbət edib.
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR
Hərbi Hava Qüvvələrinin aviabazasında növbəti yeni yaşayış binasının açılışı olub - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!