“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
Tarix : 1-06-2017, 19:53
Almas İldırımın 110 illiyi qeyd edildi

Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib.

Butov.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas Yıldırım özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Altı il sürgün həyatı yaşayan Almas Yıldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin bir çox şeirlərinin, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeirinin dillər əzbərinə çevrildiyini vurğulayıb. O, şairin ən sevilən şeirlərini səsləndirib.

Tədbirlə əlaqədar Bakıya gəlmiş şairin oğlu Azər Almaszadə tədbirin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, atası hər zaman Vətənini azad görmək istəyirdi. Almas Yıldırım daim təqib və haqsız təhdidlər içində yaşayıb-yaratsa da, qəlbindəki istiqlal sevgisi heç zaman azalmayıb. Bu gün Azərbaycan xalqı Almas Yıldırımın arzu etdiyi azad və müstəqil dövlətdə yaşayır.

Tədbirdə Almas Yıldırımın unudulmaz şeirləri Əməkdar artist Şövqi Hüseynovun, Hikmət Rəhimovun, Şəbnəm Hüseynovanın ifasında səsləndirilib.

Gecədə xanəndələr İlkin Əhmədovu və Vəfa Zeynalovanı tarda Rövşən Qurbanov, kamançada isə Ceyhun Muradov müşayiət edib.
Almas İldırımın 110 illiyi qeyd edildi
Almas İldırımın 110 illiyi qeyd edildi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!