"Number one" Beynəlxalq mükafatlandırma mərasimi baş tutub. Butov.az-ın Axşam.az-a istinadən məlumatına görə, tədbirin aparıcılığını Tural Ozan edib.
Mərasimə sənət aləminin tanınmış simaları, aparıcılar qatılıb.
Gecədə çıxış edən T.Ozan artıq üçüncüsü keçirilən "Number one"dan bəhs edib:
"Ötən ilki mükafatlandırma mərasimindən fərqli olaraq, bu dəfə tədbiri qapalı məkanda keçirməyi planlaşdırdıq. Artıq 3 ildir ki, xalq artisti Faiq Ağayev "Number one" mükafatına sahib olur".
Mərasimdə tanınmış simalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Gecədə Axşam.az saytı da mükafata layiq görülüb.
Qeyd edək ki, layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozan, prodüseri isə Təranə Səmədovadır.