Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                        Polis çimərliklərdə tədbirləri davam etdirir - VİDEO .....                        Arif Babayevin vəziyyəti ağır olaraq qalır .....                        Yunanıstanda meşə yanğınları davam edir .....                        Rusiyada “görünməz” dron .....                        Tayland-Kamboca sərhədində gərginlik - Qarşılıqlı hücumlar .....                        Məbəddə izdiham - 8 nəfər öldü .....                        Anası ilə birlikdə baltalanan qadın öldü .....                       
Tarix : 16-06-2016, 11:39
Daha bir idmançımızda dopinq aşkarlandı


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.

Butov.az Publika.az-a istinadən xəbər verir ki, 10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var. Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb. Svetlana Podobedova, Mayya Maneza, İlya İlyin, Zulfiya Çinşanlo (hamısı Qazaxıstan), Dina Sazanavets, Marina Şkermankova, Yevgeni Jarnasek (hər üçü Belarus), Apti Auxadov (Rusiya) və Yuliya Kalina (Ukrayna) da eyni aqibətlə üzləşib.

İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar bütün 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Ehtimallar təsdiqlənsə, müvaqif cəza tədbiri görüləcək və dərc olunacaq.

Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi iş aparır.

Qeyd edək ki, Boyanka Kostova "London-2012"-də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında itirakı hələ təsdiqlənməyib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!