Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” ictimai birliyi tərəfindən “Smart Mən” layihəsi həyata keçirildi“Smart Mən” layihəsi 45 gün müddətində 80 nəfərin iştirakı ilə davam edən tədbirlər toplusundan ibarət bir çalışma oldu. Layihə nəticəsində bu sahəyə marağı olan gənclər bir yerə toplanaraq və biliklərini bir-birləri ilə paylaşaraq yeni-yeni nailiyyətlər əldə etdilər. Bu zaman onlara İKT sahəsində özünü sübut etmiş yüksək ixtisaslı mütəxəssislər tərəfindən vireless şəbəkəsi (1G, 2G, 3G, 4G), planlaşdırılan vireless şəbəkələri, mobil şəbəkənin inkişaf xidmətləri, RFID (radio siqnallarının müəyyən edilməsi), Zigbee (yüksək səviyyəli rabitə əməliyatlarının həyata keçirilməsi), M2M (machine to machine), Smart Grid (ağıllı şəbəkə) və Cloud sistem haqqında təlim və seminarlar keçirildi. Bu təlim və seminarların nəticəsində iştirakçılar hazırda dünyada trend olan proqramlarla tanış oldular. Layihədə nəzərdə tutulmuş müsabiqə sayəsində təlim və seminarlarda özünü yaxşı cəhətdən göstərən iştirakçılar müəyyən olundu.
Bu işlərin görülməsi üçün öncə layihəyə müraciət edən namizədlər arasından informasiya kommunikasiya texnologiyaları üzrə müəyyən biliklərə malik 80 iştirakçı seçildi, onlara daha İKT və onun qarşısında duran problemlər mövzusunda təlim məşq seminarları keçirildi. Daha sonra təlimlər 8 nəfərlik 10 qrup üzrə davam edildi. Təlimlər nəticəsində ən yaxşı nəticə göstərən 32 iştirakçı növbəti mərhələdə davam etmək üçün haqq qazandı və onlardan hər biri 4 nəfərdən ibarət olan 8 qrup yaradıldı. Müsabiqənin yekununa əsasən bu qrupların hər birindən ən çox xal toplayan iki nəfər iştirakçı növbəti mərhələyə keçdi.
Ən sonda birinci, ikinci və üçüncü yerə layiq görülmüş şəxslərə fərqlənmə sertifikatı və qiymətli hədiyyələr verildi. Layihənin digər üzvləri isə iştirakçı sertifikatı ilə təltif edildilər.
Müsabiqənin daha çox insanı əhatə etməsi üçün video və foto çəkilişlər aparıldı. Daha sonra video çəkilişlər internetə yükləndi və bununla da daha çox insanın müsabiqədən faydalanmasına şərait yaratdı.
“Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” ictimai birliyinin katibliyi.