21-07-2023, 18:39
Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldurAzərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Transxəzər qaz kəməri layihəsindən danışıb.
Dövlətimizin başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib.
Prezident Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə bunları deyib: “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”.
21-07-2023, 18:06
Daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək - PrezidentCənub Qaz Dəhlizi layihəsi artıq müvəffəqiyyətlə icra olunub və artıq iki ildir ki, Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji üzrə komissarının isə ölkəmizi Panavropa qaz tədarükçüsü adlandırdıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib: “Sözsüz ki, bizim Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir. Ümidvaram ki, ilin sonuna qədər daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.
18-07-2023, 17:05
Azərbaycanla Özbəkistan arasında Protokol imzalandı[/size]
Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla keçirdiyi görüşdə iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə müzakirə aparıb, birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.
Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə əsasən iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.
"Görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, iqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin, biznesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanmağa dəvət ediliblər", - məlumatda deyilir.
Tərəflər iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarov tədbirin Şuşada təşkil olunmuş ilk hökumətlərarası komissiya iclası olduğunu vurğulayıb və Özbəkistandan olan dostlarla birgə keçirilməsindən məmnunluğunu ifadə edib. M. Cabbarov, Azərbaycan və Özbəkistan xalqlarının və ölkələrin dostluq münasibətləri, ortaq tarix, kök, ənənələr və mədəniyyətin birləşdirdiyini qeyd edib, əlaqələrin genişləndirilməsi məqsədilə reallaşdırılan tədbirlərin önəmini diqqətə çatdırıb. Bildirilib ki, Özbəkistanla qarşılıqlı faydalı əlaqələr yüksələn xətlə inkişaf edir.
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlərdəndir.
İclasda Azərbaycanda əlverişli biznes mühiti, iqtisadi fəallığın artırılması yönündə tətbiq edilən mexanizmlər, azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya tədbirləri barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, Qarabağın bərpasında iştirak etdiyinə görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub.
Ləziz Kudratov hökumətlərarası komissiyanın Şuşada təşkilindən məmnunluğunu ifadə edib, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır. L. Kudratov iki ölkə arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.
İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, nəqliyyat-tranzit, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
17-07-2023, 16:36
Azərbaycan və İran Dövlət Komissiyasının iclası baş tutduAzərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası keçirilir.
Sərhəddə keçirilən iclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən isə yol və şəhərsalma naziri Mehrdad Bazarpaş həmsədrlik edir.
Dövlət Komissiyasının iclasında əməkdaşlıq məsələləri, o cümlədən dəmir və avtomobil yolları layihələri müzakirə edilir.
17-07-2023, 16:02
Türkiyə ilə Ticarət Sazişinə dəyişiklik təsdiqləndi“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanmış Protokol təsdiq edilib.
Bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.
11-07-2023, 18:13
Manatın məzənnəsi altı ildir ki, sabitdir - İlham ƏliyevÖlkəmizdə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Dövlətimizin başçısı deyib ki, bu düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. “Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”, - deyə Prezident İlham Əliyev qeyd edib.
11-07-2023, 17:57
Hazırda ölkəmizin büdcəsi 36 milyard manatdan çoxdur - İlham ƏliyevOnsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.
11-07-2023, 17:49
Qeyri-neft sənayemiz 6,5 faiz artıb - PrezidentAzərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən amillər arasında dövlətimizin başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib. “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
7-07-2023, 20:15
Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdiAzərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. “Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
4-07-2023, 13:40
Prezident bu avtomobil yolunun tikintisiylə bağlı Sərəncam imzaladıPrezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.