Arda Gülərdən YENİ REKORD .....                        Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdı .....                        Rusiyada dollar qadağası - RƏSMİ .....                        Millimiz məğlubiyyətlə başladı .....                        "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib" .....                        Mirzoyan: "İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır" .....                        "ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir" .....                        Xaçmazda meşədə gənc oğlan meyiti tapıldı .....                        Livanda ölənlərin sayı 1094-ə çatıb .....                       
6-08-2024, 19:12
İçki içib "Tarqovı"da söyüş söydü, həbs edildi


İçki içib "Tarqovı"da söyüş söydü, həbs edildi

Səbail rayonu, Fəvvarələr Meydanında söyüş söyən şəxs həbs edilib.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Lerik rayon sakini H.M. saxlanılıb.
O, avqustun 2-də, saat 11:45 radələrində Səbail rayonu, Fəvvarələr Meydanında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub.
H.M. içkinin təsiri altında olduğunu və özündən aslı olmayaraq, söyüş söydüyünü bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.
6-08-2024, 19:09
3 ölkənin enerji sistemlərinin birləşdirilməsinə dair protokol imzalandı


3 ölkənin enerji sistemlərinin birləşdirilməsinə dair protokol imzalandı

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.
Hər iki tədbirdə çıxış edən nazir müavini ölkələr arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri ilə bağlı dövlət başçılarının siyasi iradələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulayıb. O, COP29 çərçivəsində "yaşıl enerji" keçidi ilə bağlı qlobal təşəbbüslərin və yüksək səviyyəli tədbirlərin planlaşdırıldığını, bu çərçivədə "Mərkəzi Asiya və Azərbaycan Enerji İnvestisiyaları Forumu"nun keçiriləcəyini qeyd edib.
Tədbirdə Azərbaycan-Mərkəzi Asiya-Avropa "yaşıl enerji" dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.
Bildirilib ki, üç ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsi razılaşdırılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıq təsdiqlənib. Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkəti seçilib və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub.
Səfər çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Qazaxıstanın energetika nazirinin müavini Erlan Akkenjenovla ikitərəfli görüşlər də keçirilib
6-08-2024, 16:26
Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü


Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü

6 avqust 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Qərbi Azərbaycandan deportasiya olunan bir qrup ziyalı ilə görüş keçirildi.
Görüşdə Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi “Əməkdar müəllim” Bilman Vəliyev çıxış edərək “Qaydış konsepsiyası” barədə ətraflı məlumat verdi.
Sonra görüşdə iştirak edənlər: Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev,Ziyalılar: Eldar Həziyev,Hikmət Ağayev,Fərhat Rzayev,Bəxtiyar Bəxtiyarov,İslam Mahmudov,Musa Kazımov,Ədilxan Mustafayev çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma zəruriliyi və fəaliyyəti barədə öz fikirlərini bildirdilər.
Görüş geniş müzakirələr ətrafında keçirildi.


6-08-2024, 15:46
İtkin düşən hərbçilərimiz donvurmadan ölüblər - RƏSMİ


İtkin düşən hərbçilərimiz donvurmadan ölüblər - RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb. Məlumatda deyilir:
“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.
Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilmişdir ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüb.
Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.
Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
6-08-2024, 15:30
DİM taksi sürücüləri üçün imtahan keçirəcək - Tarix məlum oldu


DİM taksi sürücüləri üçün imtahan keçirəcək - Tarix məlum oldu

Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək.
Mərkəzdən verilən xəbərə görə, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.
İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar.
6-08-2024, 15:22
Peşə məktəblərində də təhsil haqqı artırılıb? - AÇIQLAMA


Peşə məktəblərində də təhsil haqqı artırılıb? - AÇIQLAMA

Peşə təhsilində ödəniş haqlarında bir dəyişiklik yoxdur. Lakin növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, son iki ildə peşə təhsilində adambaşına maliyyələşmə metodundan istifadə edilir.
"Adambaşına maliyyələşməyə keçid bizə imkan verir ki, peşə təhsili müəssisələrində tələbə hazırlığına lazım olan xərclər daha real qiymtləndirilsin. Gəlin razılaşaq ki, Azərbaycanda ödənişli əsaslarla peşə təhsilində tələb olunan ödəniş haqqı təhsil üçün çox aşağıdır. Yəni, 650 manata keyfiyyətli qaynaqçı hazırlamaq mümkün deyil. Amma hazırda qaynaqçı ixtisası üzrə təhsil haqqı 650 manatdır. Bir çox hallarda müəyyən edilən ödənişlər bizə müəllimlərin əməkhaqlarını ödəməyə imkan vermir. Bu reallıqdır və bir çox müəssisəmizdə bu kimi hallar mövcuddur.
Adambaşı maliyyələşməyə keçdiyimiz müəssisələrdə bir sıra ixtisaslarda artıq qiymətlər fərqlənir. Məsələn, qaynaqçı, kompüterlərin təmiri üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisaslarında qiymətlər fərqlidir. Biz bilirik ki, kargüzarlıq üzrə mütəxəssis hazırlanması ilə qaynaqçı hazırlanmasının qiymətləri eyni deyil. Çünki kargüzarlıqda istifadə etdiyimiz material, elektrik enerjisi sərfiyyatı çox aşağı olduğu halda, qaynaqçı ixtisasında bu daha çoxdur. Eynilə kibertəhlükəsizlik üzrə texnik hazırlayırıqsa, başa düşməliyik ki, bu sahədə keyfiyyətli tədris keçə bilən müəllimlərin əməkhaqqı tələbləri daha yüksəkdir. Bu baxımdan növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var", - deyə C.Kərəmov "Trend"ə açıqlamasında bildirib.
Xatırladaq ki, bəzi universitetlərdə illik təhsil haqqı artırılıb.
6-08-2024, 14:31
Paris-2024: Güləşçimiz erməni rəqibini məğlub etdi


Paris-2024: Güləşçimiz erməni rəqibini məğlub etdi

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Yunan-Roma güləşinin 1/8 final mərhələsində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşıb.
Görüşün ilk dəqiqələrində zədələnən təmsilçimiz əzmkarlıq nümayiş etdirərək qarşılaşmanı qalib başa vurmağı bacarıb: 2:0
6-08-2024, 14:22
Deputatların 74 faizi yenidən namizəddir


Deputatların 74 faizi yenidən namizəddir

VI çağırış Milli Məclisin 90 deputatı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
2020-ci ildə keçirilən parlament seçkilərində deputat seçilən 121 nəfərin 74%-i yenidən namizəddir.
Belə ki, 2020-ci ildə baş tutan parlament seçkilərində 121 deputat seçilib. 4 seçki dairəsində isə nəticələr ləğv olunub. Sonuncu çağırışda deputat seçilən 3 nəfər – Qənirə Paşayeva, Madər Musayev, Fəttah Heydərov vəfat edib.
Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
VI çağırışın deputatlarından Ramin Məmmədov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, Adil Əliyev isə Suraxanı rayonunun icra başçısı təyin edildiyi üçün mandatdan məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilən Şahin Seydizadə isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ancaq o, sentyabrın 1-də keçiriləcək parlament seçkilərindən yenidən namizəd olacaq.
Sonuncu çağırışın 25 deputatı isə seçkilərdə namizəd kimi iştirak etməyəcək. Onlardan bəzilərinin namizədliyi partiyalar tərəfindən irəli sürülməyib, bəziləri şəxsi təşəbbüsü ilə namizəd olmayıb.
6-08-2024, 14:06
Heydər Əliyev prospektində maşın tüstülədi, tıxac yarandı


Heydər Əliyev prospektində maşın tüstülədi, tıxac yarandı

Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
6-08-2024, 12:48
4 hərbçimizin həlak olduğu "İstisu"yun üzəri bağlandı


4 hərbçimizin həlak olduğu "İstisu"yun üzəri bağlandı

Laçında "İstisu"yun üzərinə dəmir tor çəkilib.
Bir neçə gün əvvəl 4 hərbçimiz həmin yerdə kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənərək həlak olublar.
Qeyd edək ki, Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun - Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!