Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-09-2024, 16:51
Şəhidimizin qardaşı deputat seçildi


Şəhidimizin qardaşı deputat seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən şəxslərdən biri şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədovdur.
O, 22 saylı Şıxmahmud seçki dairəsində lider namizəddir.
Toğrul Səyyad oğlu Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.
2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülən T. Məmmədov 2016-cı il “Aprel döyüşləri”ndə iştirak edib. T. Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
2-09-2024, 16:02
İlham Əliyev və xanımı Kəlbəcərdə açılışda


İlham Əliyev və xanımı Kəlbəcərdə açılışda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Kəlbəcərdə yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.
Ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.
Bildirildi ki, “Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kiber təhlükəsizlik tədbirləri görülüb.
Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.
Bu stansiyanın layihəsi "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Aparılan işlərdə yerli mütəxəssislərlə yanaşı, Avstriya və İtaliya şirkətlərinin mütəxəssisləri də iştirak ediblər
Prezident İlham Əliyev “Yuxarı Vəng” Su Elektrik Stansiyasını işə saldı.
Bildirildi ki, “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.
Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "Yuxarı Vəng" SES "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.
Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.




2-09-2024, 15:59
REAL-ın namizədi MSK-nı məhkəməyə verdi


REAL-ın namizədi MSK-nı məhkəməyə verdi

Real Partiyasının 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədi Mahmud Mahmudov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib.
Namizəd seçki (referendum) hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
İşə Pərviz Hüseynovun sədrlik etdiyi hakimlər heyəti tərəfindən baxılacaq.
Qeyd edək ki, şifahi məhkəmə baxışı, bu gün saat 17:00-a təyin edilib.
2-09-2024, 15:18
Ceyranbatanda yaşayış binasında yanğın


Ceyranbatanda yaşayış binasında yanğın

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın olub.
Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkan qəfəsində quraşdırılan 3 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-09-2024, 15:03
Əli İnsanov mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik etdi


Əli İnsanov mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik etdi

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etmişdir. Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-i namizədlərini irəli sürmüş və onlar qeydə alınmışdır. Seçki prosesinin təşkili ilə bağlı seçki qanunvericiliyinə uyğun olaraq namizədlər üçün bütün imkanlar təmin edilmişdir.
Bu barədə Haqq Ədalət Partiyasının mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir.
“Seçkilərdə iştirak etmək istəyən şəxslər üçün bütün imkanlar yaradılmış, toplanmış imzaların yoxlanması, namizədlərin qeydə alınması qanunvericiliyə uyğun və qərəzsiz şəkildə aparılmışdır.
Namizədlərin təbliğat-təşviqat işləri aparması üçün açıq və qapalı məkanlar ayrılmış, məhəllədaxili və evlərdə görüşlərin keçirilməsinə maneələr olmamışdır. MSK əhalinin seçkilərə gəlməsini təşviq etmək üçün bütün mümkün vasitələrdən istifadə etmiş, vətəndaşların seçkiyə gəlməsi təmin olunmuşdur. Namizədlərin təbliğat işləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam etmişdir.
Səsvermə günü hər bir seçki məntəqəsində onlarla yerli və beynəlxalq müşahidəçi seçkini izləmişdir. Siyasi partiyaların 70.000-dən çox müşahidəçisi və məşvərətçisi seçkiləri birbaşa məntəqə və dairələrdə canlı izləmişdir. 600-dən çox beynəlxalq müşahidəçinin böyük əksəriyyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bildirmişdir. Səsvermə məntəqələrində hər kəsin gizli səsverməsi üçün imkanlar yaradılmışdır.
Seçki dairələrin mütləq əksəriyyətində ekzit-polların nəticələri seçkinin ilkin nəticələri ilə eyniyyət təşkil etmişdir. Təbliğat-təşviqat işlərində aktivliyi ilə seçilən namizədlərin əksəriyyəti ilkin nəticələrə əsasən rəqiblərini üstələmişdir.
Haqq Ədalət Partiyasının bütün üzvləri adından mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik edir və deputat fəaliyyətlərində böyük uğurlar arzulayırıq”, - qeyd olunub.
2-09-2024, 14:47
Bakının 28 May küçəsi bağlanır


Bakının 28 May küçəsi bağlanır

Sentyabrın 3-də saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir.
Bu, həmin hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.
2-09-2024, 14:42
Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi


Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"
2-09-2024, 13:37
Bakıdan Maldivə birbaşa uçuş


Bakıdan Maldivə birbaşa uçuş

"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətin tarixində ilk dəfə olaraq Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-də həyata keçiriləcək.
Bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, bu, sərnişinlərə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək. Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın.
2-09-2024, 13:30
Ceyhun Bayramovdan Ermənistana mesaj - Yaxın günlərdə...


Ceyhun Bayramovdan Ermənistana mesaj - Yaxın günlərdə...

Azərbaycan və Ermənistanın sülh sazişi üzərində çalışır. Amma Ermənistan tərəfi həqiqətən sülh üçün addımlar atmalıdır.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfi iyun ayında sülh sazişi öz təkliflərini verib.
"Ondan sonra 30 avqustda Baş nazir Nikol Paşinyanın mətbuat konfransından bir neçə saat əvvəl öz versiyalarını göndəriblər. Burada Ermənistan tərəfi isə sadəcə önəmli məqamları çıxarıb. Önəmli məqamlara saziş layihəsində yer ayrılmayıb və bizə məsələnin həllinin bu olduğu deyilib.
Azərbaycan tərəfi yaxın zamanda sülh sazişi üzərində öz düzəlişlərini qarşı tərəfə göndərəcək. Sazişin mətnindən əlavə Ermənistan ərazi iddialarından əl çəkməlidir. Bununla bağlı əlavə işlər sadəcə zaman və enerjinin itirilməsidir. Mətbuat konfransı zamanı konstitusiyalar arasında müqayisələrin də aparılması tamamilə absuddur. Azərbaycan konstitusiyasında heç bir ölkəyə ərazi iddiası yoxdur”.
2-09-2024, 13:20
Ermənistanın hərbi büdcəsi 50 faiz artıb


Ermənistanın hərbi büdcəsi 50 faiz artıb

“Ermənistan Konstitusiyasında, eyni zamanda, bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir:
“Eyni zamanda, Ermənistanın çox instensiv silahlandırılmasını mən qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Təbii ki, bütün bu proseslərə ölkəmiz tərəfindən nəzarət edilir, müşahidələr aparılır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir. Və biz burada ciddi dəyişikliklər gözləyirik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!