Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
24-01-2024, 15:32
Bakıda CANSO-nun himayəsi altında qurum rəhbərlərinin sammiti keçirilir


Bakıda CANSO-nun himayəsi altında qurum rəhbərlərinin sammiti keçirilir

23-25 yanvar tarixlərində Bakıda CANSO-nun himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.
Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə baş tutur.
CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.
Yanvarın 24-də keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış ediblər.
Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib.
Aeronaviqasiya xidməti təminatçıları aviasiya sənayesinin əsas iştirakçılarıdır. Onlar uçuşların təhlükəsizliyinin təmin edilməsinə, regionda hava nəqliyyatı dəhlizlərinin inkişafına və ölkələrin hava məkanı vasitəsilə tranzit axınının təşkilinə görə cavabdehdir. Həmçinin provayderlər qlobal aviadaşımalar zəncirinin təmin edilməsi, uçuşların səmərəliliyinin artırılması, davamlı inkişaf konsepsiyasının dəstəklənməsi və ətraf mühitə təsirin azaldılmasına şərait yaradır.
Sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.
Qeyd edək ki, digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir. Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir.
24-01-2024, 14:28
Azərbaycanda buğdanın qiyməti 20 faiz ucuzlaşıb


Azərbaycanda buğdanın qiyməti 20 faiz ucuzlaşıb

Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib.
Ekspertlər hesab edir ki, bu idxal miqdarında ciddi azalma deməkdir.
İqtisadçı ekspert Eldəniz Əmirov ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşıldığını bildirib:
“Belə ki, həcmlə ifadə etsək, təxminən 9,1 faiz az buğda idxal olunub. Ton ifadəsində isə 30 faiz azalma olub. Bu da biləvasitə Azərbaycanın ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşmasının nəticəsidir. 2022-ci ildə daha çox buğda idxal edərək qarşıdakı prespektivlərdə bir növ müəyyən problemlər yaşanarsa, onu sığortalamağa yönəlik addımlar idi”.
Ekspertlər bildirirlər ki, dünyada əkin sahələri artılır. Buna görə də, yaxın günlərdə buğdanın qiymətində artım olacağı gözlənilmir.
24-01-2024, 12:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
23-01-2024, 20:40
Lənkəranda baş vermiş qəzada məktəbli dünyasını dəyişdi


Lənkəranda baş vermiş qəzada məktəbli dünyasını dəyişdi

Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub.
23-01-2024, 20:14
Yeni təyin olunmuş səfirimiz Maya Sandu ilə görüşdü


Yeni təyin olunmuş səfirimiz Maya Sandu ilə görüşdü

Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Səfir etimadnaməsini Maya Sanduya təqdim edib.
Görüşdə Moldova və Azərbaycan arasında siyasi dialoqun, eləcə də ticari-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulanıb.
Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Maya Sandu azərbaycanlı diplomatı Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Ülvi Baxşəliyev səfirliyin önündə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

23-01-2024, 18:25
Müdafiə Nazirliyindən yeni məlumat


Müdafiə Nazirliyindən yeni məlumat

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqlara Müdafiə Nazirliyinin strukturuna daxil olan təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti arasında keçirilən görüşdə dövlətimizin başçısının hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda bu sahədə aparılan islahatlar, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı və Sərəncamı ilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaradılan xüsusi təyinatlı hərbi kolleclərin əhəmiyyəti, eləcə də hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin gənclərin hərbi xidmətə marağının əhəmiyyətli dərəcədə artmasına imkan verəcəyi qeyd olunub.
Görüşdə iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Təhsil müəssisələrini ziyarət edən professor E.Afyoncu xatirə kitablarına ürək sözlərini yazıb.
23-01-2024, 17:57
Türk Dövlətləri Rəqabət Şurası yaradıldı


Türk Dövlətləri Rəqabət Şurası yaradıldı

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının bir araya gətirilməsi təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edilib ki, ilk 3 il ərzində şuraya Türkiyə sədrlik edəcək.
Həmçinin əlavə edilib ki, şuranın növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır.
23-01-2024, 17:49
UEFA-nın qərarı ilə millimizə texniki məğlubiyyət verildi


UEFA-nın qərarı ilə millimizə texniki məğlubiyyət verildi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.
Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdır.
Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.
Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.
23-01-2024, 17:26
Magistratura üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı


Magistratura üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi magistratura səviyyəsi üzrə 14 yanvar 2024-cü il tarixində keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
Bu barədə DİM-dən xəbər verilib.
Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticəsi, cavab kartı və cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilər.
Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
23-01-2024, 17:13
Prezident bu qanunun tətbiqi barədə fərman imzaladı


Prezident bu qanunun tətbiqi barədə fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Qanun 12 fəsil, 84 maddədən ibarətdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!