Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
22-01-2024, 17:43
Səməd Seyidov yenidən AŞPAnın vitse-prezidenti seçildi


Səməd Seyidov yenidən AŞPAnın vitse-prezidenti seçildi

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilib.
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası çərçivəsində AŞPA-nın 19 vitse-prezidenti seçilib.
22-01-2024, 17:27
Bu rayonlara qar yağır


Bu rayonlara qar yağır

Yanvarın 22-si saat 17:00-a olan məlumata əsasən ölkədə qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba, Kişçay (Şəki), Şahdağ, Qrız, Gədəbəy, Daşkəsən, Göygöl, Yardımlı, Lerik, Qobustan, Şamaxıda qar yağıb.
Ağdam, Goranboy, Zərdab, Naftalan, Hacıqabul, Şəmkir, Zaqatala, Göyçay, Lənkəran, Yevlax, Şəki, Kürdəmir, Naxçıvan, Şahbuz, Culfa, Astara, Balakən, Ağstafa, Oğuz, Mingəçevir, İsmayıllı, Tərtər, Sabirabad, Beyləqan, Pirallahıda yağış yağıb.
Bakıda və Abşeron yarımadasında və bölgələrdə yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.
22-01-2024, 16:41
Ödənişli yola radar və videokamera quraşdırıldı


Ödənişli yola radar və videokamera quraşdırıldı

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu üç aydır istifadəyə verilib. Amma indiyə kimi sürücülər arasında yolda maksimal sürət həddi ilə bağlı müzakirələr aparılır.
Artıq ödənişli avtomobil yolunda maksimal sürət həddini göstərən yol nişanları quraşdırılıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində ən yüksək sürət həddi 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Bununla yanaşı yaxın vaxtlarda yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması da nəzərdə tutulub. Artıq yolboyu radar və videokamera nişanları yerləşdirilib.
Hazırda ödəmə məntəqələrində də yalnız POS-terminal vasitəsilə nağdsız qaydada ödəniş etmək mümkündür. Yeni yolda hələlik yanacaqdoldurma və təmir məntəqələri fəaliyyət göstərmir.
Hazırda yoldan daha çox yük avtomobilləri istifadə edir. Həftəsonları isə yolda minik avtomobillərinin sayı da çoxalır. Şimal bölgəsinə istirahətə gələnlər yeni yoldan istifadə etməyə üstünlük verirlər.




22-01-2024, 16:03
Tərtərdə bədbəxt hadisə: 3 övladı olan ana intihar etdi


Tərtərdə bədbəxt hadisə: 3 övladı olan ana intihar etdi

Tərtərdə intihar hadisəsi olub.
Hadisə rayonun Qaynaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini - 1991-ci il təvəllüdlü Bəhmənli Pərvanə Sovet qızı yaşadığı evdə intihar edib. Onun 3 övladı var.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
21-01-2024, 19:52
F.Mustafanın vəkili təhsil sisteminin yeniləşməsi və islahatların aparılmasının vacibliyindən danışıb

Fazil Mustafanın vəkili təhsil sisteminin yeniləşməsi və islahatların aparılmasının vacibliyindən danışıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İTV-nin radiosunda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Könül Quliyeva namizədin seçki platformasında təhsil sisteminin formalaşdırılması, yenidən qurulması və islahatların aparılması üçün vacib, əhəmiyyətli məqamlara toxunub.
O, qeyd edib ki, F.Mustafanın seçki platformasında təhsil sistemində yeniliklər formalaşdırılması xüsusi yer tutur: "Təhsilin keyfiyyyətinə nəzarət–bu təhsil müfəttişlərinin yoxlaması demək deyil! Fazil Mustafa üçün həyati məsələ təhsildir. Həm də Siam ekizləri kimi bir-birindən ayrılmaz təlim və təhsil.
Bu gün ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsindən çox danışılır. Amma necə? Şübhəsiz ki, təhsilin keyfiyyətinin yüksəl- dilməsi, ümumilikdə, bir çox amillərlə bağlıdır. Ancaq bu amillərdən mühüm olanlarından biri də keyfiyyətə nəzarət mexanizmləri ilə bağlıdır.
Artıq müəllimlik şagirdi bazar şərtlərinə və rəqabətə hazır- layan texniki bir iş səviyyəsinə salınmışdır. Bu müəllim tipi ictimai məsuliyyətlərdən uzaqlaşmış, vəzifəsi şagirdləri mərkəzi imtahanlara hazırlamağa bərabər olan mexaniki bir texnik-müəllim olaraq tanına bilir. Etik və ədalət cavabdehliyi daşımayan bir müəllimlik modeli ortaya çıxmışdır".
Vəkil vurğulayıb ki, sivil dünya təcrübəsinə görə təhsilin keyfiyyətinə ən effektiv nəzarət müstəqil ekspertlər və bütövlükdə vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilənidir. Belə ki, dövlət tərəfindən müəyyən edilən standartlar əsasında apanlan təhsil prosesinin keyfiyyətinin konkret nəticələr əsasında obyektiv şəkildə qiymətləndirilməsi üçün heç bir tərəfdən asılı olmayan müstəqil qiymətləndirməyə ehtiyac var: "Yalnız dövlət tərəfindən təhsilin keyfiyyətinə nəzarət edilməsi iki səbəbə görə effektiv deyil. Birincisi, təhsil standartlarını dövlət özü müəyyən edir ki, əgər təhsilin keyfiyyətsizliyi bununla bağlı olsa obyektiv və subyektiv olaraq bu ortaya çıxarılmayacaq. İkincisi, dövlət nəzarəti heç də şəffaf olmadığından, bu nəzarətin təhsilin keyfiyyətinə də real olaraq heç bir müsbət təsiri olmur.
Bir sözlə, ölkədə təhsilin keyfiyyətinin təmin edilməsinin zəruri şərtlərindən biri kimi keyfiyyətə müstəqil nəzarət mexanizmləri formalaşdırılmalıdır"
K.Quliyeva onu da qeyd edib ki, platformada 2005-ci ildən qoşulduğumuz Boloniya prosesindən ya imtina etməli, ya da ciddi şəkildə onun prinsiplərinə əməl etməliyik: "Ali məktəblərdə müəllim hazırlığına xüsusi diqqət yetirilməlidir. Tədris proqramları köklü şəkildə yenilənməli, öyrənilməsi gələcək pedaqoji fəaliyyətdə önəmli əhəmiyyət kəsb etməyən fənlər ümumiləşdirilməli və ya ixtisara düşməli, müasir çağırışlara cavab verə biləcək yeni fənlər əlavə olunmalıdır. Bu baxımdan gələcək müəllimlərin tədris edəcəkləri fənndən asılı olmayaraq sosiologiya, uşaq və yeniyetmə psixologiyası, məktəb gigiyenası, ailə təsərrüfatının idarə olunması, dünya xalqlarının mədəniyyəti və milli mədəniyyət, ünsiyyət mədəniyyəti, natiqlik qabiliyyəti kimi sahələri əhatə edən fənlərin tədrisi faydalı ola bilər".
21-01-2024, 17:10
Azərbaycan Premyer Liqası “100-lük”də yer alıb


Azərbaycan Premyer Liqası “100-lük”də yer alıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı yüksək liqalarını açıqlayıb.
"100-lük"də Azərbaycan Premyer Liqası da yer alıb.
Ölkə çemponatı 2023-cü ilin yekunlarına əsasən, 429,75 xalla 40-cı olub. Yüksək dəstə 2022-ci illə müqayisədə bir pillə irəliləyib.
Qeyd edək ki, İtaliya A Seriyası 1619,5 xalla siyahıya başçılıq edir. İngiltərə Premyer Liqası 1567 xalla ikinci, İspaniya La Liqası 1447 xalla üçüncü sıradadır.
21-01-2024, 16:42
Maralgöl hava şəraitiylə əlaqədar donub


Maralgöl hava şəraitiylə əlaqədar donub

Azərbaycanın dağ göllərindən biri olan Maralgöl donub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “facebook” səhifəsində paylaşım edib.
Hazırda gölün üzərində təxminən 5 sm qalınlığında buz qatı yaranıb.

21-01-2024, 16:21
Mina partlayışıyla bağlı araşdırma aparılır - Baş Prokurorluq


Mina partlayışıyla bağlı araşdırma aparılır - Baş Prokurorluq

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
21-01-2024, 14:38
Biləsuvarda qanunsuz silah-sursat aşkarlandı


Biləsuvarda qanunsuz silah-sursat aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
21-01-2024, 14:07
Ağdamda mina partladı - Xəsarət alan var


Ağdamda mina partladı - Xəsarət alan var

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.
Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!