Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
5-12-2023, 15:27
Hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır


Hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır

“Müdafiə Nazirliyində hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır. Ola bilsin bu ilin axırına, yaxud gələn ilin əvvəlinə hökumət bu sənədi təqdim etsin”.
Bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, bu sənəddə hərbi şəhərciklərin yaradılması nəzərdə tutulur.
"Hökumət hərbçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, onların mənzil məişət şəraitini daha gücləndirmək istiqamətində tədbirlər görür, mühüm bir proqram hazırlanır. Ola bilsin, daha çox hərbçiyə mənzil verilməsi bu sənəddə öz əksini tapsın. Hələ bu sənəd ilkin mərhələdədir. Bu gün Milli Məclisdə də məsələ qaldırıldı ki, hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi, bu qanun onların bu hüququnu məhdudlaşdırır. Bu belə deyil. Bu təminat dəyişiklikdən sonra 25 ilə uzanmayacaq", - deputat vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, mənzil təminatı tamamilə başqa sənədlərlə, başqa qanunvericilik aktları ilə tənzimlənir:
"Həmin hərbi qulluqçular indiki qaydada olduğu kimi 20 il xidmətkeçmə müddətindən sonra xidməti və yaxud şəxsi mənzillərlə təmin olunacaqlar, əsas məqsədimiz milli Ordunun peşəkar, təcrübəli və hazırlıqlı kadrlarla komplektləşdirmə səviyyəsinin yüksəldilməsidir. Azərbaycan Ordusu son 3 ildə böyük qalibiyyətlər əldə edib. Amma təəssüflər olsun ki, kapitulyasiya aktına imza atmış Ermənistan hələ də sülh danışıqlarından yayınır və hələ də bölgədə gərginlik yaratmağa çalışır. Buna görə də bizim milli maraqlarımız tələb edir ki, Ordumuzun gücləndirilməsi üçün hər şeyi edək.
5-12-2023, 14:56
ANAMA əməkdaşının xəsarət almasıyla bağlı Baş Prokurorluqda araşdırma aparılır


ANAMA əməkdaşının xəsarət almasıyla bağlı Baş Prokurluqda araşdırma aparılır

Ağdam rayonu ərazisində şəxsin mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
5-12-2023, 14:39
Şuşada yaşayış kompleksinin inşası başa çatıb - Yeni evlər belə olacaq - VİDEO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaşayış kompleksinin inşası başa çatıb.
Bu barədə Azərbaycan Televiziyası (AzTV) birbaşa bağlantıda, Şuşaya ezam olunmuş müxbiri vasitəsilə xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən bu şəhərdə quruculuq-abadlıq işlərinin gedişatı barədə xəbər verib.
Bildirilib ki, Şuşanın Baş Planına uyğun olaraq yaşayış kompleksində 3, 4 və 5 mərtəbəli binalar inşa edilib.
Müasir standartlara uyğun inşa olunan binalarda Şuşaya məxsus memarlıq mühiti nəzərə alınıb.
Yaşayış kompleksində 23 binanın inşası başa çatıb və bu binalarda 450 ailə məskunlaşacaq.
Mənzillər 1, 2, 3, 4 və 5 otaqlıdır. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sakinlərə təqdim ediləcək.


5-12-2023, 13:20
Ceyhun Bayramov rusiyalı həmkarıyla danışıqlar apardı


Ceyhun Bayramov rusiyalı həmkarıyla danışıqlar apardı

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən ikitərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini və "Xəzər beşliyi” çərçivəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Rusiya XİN-in məlumatına görə, nazirlər həmçinin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin müddəalarının icrasını müzakirə ediblər.
“İkitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub... Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - Rusiya XİN-dən bildiriblər.
5-12-2023, 13:01
Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalandı


Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalandı

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
5-12-2023, 12:55
Ağdamda ANAMA əməkdaşı minaya düşdü


Ağdamda ANAMA əməkdaşı minaya düşdü

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı
kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə agentlikdən bildirilib.
Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
Vəziyyəti qənaətbəxşdir.
5-12-2023, 12:22
Sabahın havası


Sabahın havası

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
4-12-2023, 21:55
“Qarabağ” rəqibi “Qəbələ”ni məğlub etdi


“Qarabağ” rəqibi “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Son oyun günündə bir qarşılaşma baş tutub. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurublar.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 11 xalı olan “Qəbələ” isə 9-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”lə 1:1, “Turan Tovuz” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib, “Sabah” “Kəpəz”ə 2:0, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.
4-12-2023, 20:43
Erməni hərbiçinin ölümüylə bağlı açıqlamaya XİN-dən reaksiya


Erməni hərbiçinin ölümüylə bağlı açıqlamaya XİN-dən reaksiya

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik".
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində yer alıb.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.
Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.
Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır", - XİN-dən bildirilir.
4-12-2023, 20:32
SOCAR Dubayda vacib saziş imzaladı


SOCAR Dubayda vacib saziş imzaladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.
Saziş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində imzalanıb.
Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Qeyd edək ki, bu ilin avqust ayında ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsi ilə bağlı SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə Saziş imzalayıb.
COP-28 çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bir sıra xarici şirkət rəhbərləri ilə görüşlər keçirib.
SOCAR həmçinin “Sirius” beynəlxalq holdinqi ilə də Strateji Əməkdaşlığa dair Saziş imzalayıb.
Səfər çərçivəsindən R. Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
“Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M. Brachio ilə görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!