Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
20-01-2024, 12:21
Sabahın havası


Sabahın havası

Azərbaycanda yanvarın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacaq.
20-01-2024, 11:23
Binəqədidə baş vermiş yanğınla bağlı istintaq davam edir


Binəqədidə baş vermiş yanğınla bağlı istintaq davam edir

Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.
"İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib", - o qeyd edib.
Kamran Əliyev yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.
Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb.
20-01-2024, 10:56
Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı


Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
20-01-2024, 09:55
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - FOTO


Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.




20-01-2024, 00:12
Hikmət Hacıyev Türkiyə rəsmisiylə görüşdü


Hikmət Hacıyev Türkiyə rəsmisiylə görüşdü

Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.
20-01-2024, 00:05
Birinci xanım 20 Yanvarla bağlı paylaşım etdi


Birinci xanım 20 Yanvarla bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:


20-01-2024, 00:00
20 Yanvar faciəsindən 34 il keçir


20 Yanvar faciəsindən 34 il keçir

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
19-01-2024, 23:45
Türk Dövlətləri Təşkilatı Ümumxalq Hüzn Günüylə bağlı paylaşım etdi


Türk Dövlətləri Təşkilatı Ümumxalq Hüzn Günüylə bağlı paylaşım etdi

Türk Dövlətləri Təşkilatı 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.
19-01-2024, 23:00
Baş vermiş zəlzələylə bağlı daha bir açıqlama


Baş vermiş zəlzələylə bağlı daha bir açıqlama

19 yanvar tarixində axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. Bu barədə Qurumdan bildirilib.
Qeyd olunur ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.
19-01-2024, 22:54
XİN-dən Ümumxalq Hüzn Günü ilə bağlı BƏYANAT


XİN-dən Ümumxalq Hüzn Günü ilə bağlı BƏYANAT

Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“20 yanvar 2024-cü il Bu gün, keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür.
Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi iddialarına, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından deportasiyasına, Azərbaycanın Qarabağ bölgəsində aparılan separatçılıq fəaliyyətinə dəstək vermək məqsədilə etnik zəmində törədilən ixtişaşlara göz yumması Azərbaycanda sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi.
Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.
Qətliamdan dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək Sovet hökuməti tərəfindən yaradılmış informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu.
Ümumiyyətlə, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə gəlməsindən sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.
Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, ötən ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi. Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü ildönümü bu il ilk dəfə oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!