Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
23-06-2023, 12:55
Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifəmizdir - Prezident


Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifəmizdir - Prezident

Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlət başçısı bildirib: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.
23-06-2023, 12:43
Ordu quruculuğu prosesi daha geniş vüsət alır - Prezident


Ordu quruculuğu prosesi daha geniş vüsət alır - Prezident

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. İşğal dövründə ordu quruculuğunun bir nömrəli vəzifə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır”.
23-06-2023, 12:26
Deputat Baş nazirdən kömək istədi


Deputat Baş nazirdən kömək istədi

Rayonlarda əhali sığorta işinə birmənalı baxmır. Bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Aqil Abbas bildirib. O, çıxışı zamanı Baş nazirdən kömək istəyib.“Rayonlarda kənd təsərrüfatı ilə məşğul olanların hər biri demək olar ki, 10-15 min manat ziyana düşüb. Əhali indi səhv edib, məhsulları sığortalatmayıb. Amma biz kənd əhalisi üçün nə etməliyik? Hörmətli Baş nazir Əli Əsədova müraciət edirəm ki, əhaliyə yardım ayrılsın. Əli müəllim, siz Gədəbəydə Söyüdlü kəndinə Komissiya göndərdiniz, birini də Ağcabədiyə göndərin. Komissiya görsün ki, orada vəziyyət necədir. Digər tərəfdən Milli Məclisdə bəzən deputatlar danışmağa qorxur. Jurnalistlər nə deyirik, o dəqiqə əleyhimizə istifadə edirlər. Sosial şəbəkələrdə birdə görürsən ki, anında haqqımızda məlumat çıxır”, - deyə deputat vurğulayıb.
23-06-2023, 12:12
Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış oldu


Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış oldu

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi. Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxdı. Məruzə olundu ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur. Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı. Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izlədi. Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi. Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi. Sonra dövlətimizin başçısı hərbi hissənin sıra meydanına gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Sonra komando hərbi hissəsinə Döyüş bayrağının verilməsi haqqında təqdimat oxundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim etdi. Komando andiçmə mərasimindən sonra şəxsi heyət Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən keçdi. Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli, avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirildi. Dövlətimizin başçısı dağçılıq qülləsi və kəşfiyyat cığırında komandoların nümunəvi məşqlərini izlədi. Sonda əsgər yeməkxanasına baxış zamanı komandoların ərzaq payı normalarına uyğun ərzaq nümunələri nümayiş etdirildi.












23-06-2023, 12:01
Karateçimiz erməni rəqibini məğlub etdi


Karateçimiz erməni rəqibini məğlub etdi

Polşada III Avropa Oyunları davam edir. Azərbaycanlı karateçisi İrina Zaretska Avropa Oyunlarında erməni rəqibi Anita Makiyanı 8:0 hesabla məğlub edib. İdmançımızın ilk rəqibi ukraynalı Qalina Malnikli olub. O bu görüşü də qələbə ilə başa vurub. Yarışı idmançımız qələbə ilə başa vurub. Bununla da o bürünc medalı təmin edə bilib. Qeyd edək ki, idmançının qrupdakı son rəqibi ispaniyalı idmançı İzabel Nyeto olacaq.
23-06-2023, 11:52
Bu sürücüləri 150 manatlıq cərimə gözləyir


Bu sürücüləri 150 manatlıq cərimə gözləyir

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə qəbul edilib. Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir. Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
22-06-2023, 22:30
DİN Başçısı ilə türkiyəli həmkarı arasında telefon danışığı oldu


DİN Başçısı ilə türkiyəli həmkarı arasında telefon danışığı oldu

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb. "Jandarm Qüvvələri Komandanı ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq. Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.
22-06-2023, 22:20
Azərbaycan və İngiltərənin XİN Başçıları görüşdü


Azərbaycan və İngiltərənin XİN Başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter hesabında məlumat paylaşılıb. Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.
22-06-2023, 19:03
Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdi


Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdi

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. Sonra bir qrup hərbiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.
22-06-2023, 17:58
Goranboyda sel suları fəsadlara səbəb oldu


Goranboyda sel suları fəsadlara səbəb oldu

Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub. Goranboy rayon İcra Hakimiyyətindən bildirilib ki, 22.06.2023-cü il tarixdə, saat 15:00-15:30 radələrində baş verən leysan yağışları nəticəsində Kürəkçay çayında suyun səviyyəsi artmış, yaranan sel suları Goranboy rayonun Nizami, Dəyirmanlar, Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə və Todan kəndində 1 fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurmuş, Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlandı. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!