Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                       
6-05-2023, 17:09
Qazimizə hücum edən idmançıyla bağlı cinayət işi açıldı


Qazimizə hücum edən idmançıyla bağlı cinayət işi açıldı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış insidentlə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
6-05-2023, 15:50
Qazimiz peşəkər idmançının hücumuna məruz qaldı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov məlumat verib. Onun sözlərinə görə, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: "Burada səs-küy salaraq iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib". "Agentliyin qazi əməkdaşı, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq ağır bədən xəsarəti yetirib. Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq işləri qırılıb. O, hazırda tibb müəssisəsində müalicə olunur və əməliyyat olunması üçün hazırlıq görülür", - deyə T.Qurbanov bildirib. Qurum rəsmisi vurğulayıb ki, vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün hüquq mühafizə orqanına müraciət edilib.

6-05-2023, 14:23
Boksçumuz iranlı həmkarına qalib gəldi


Boksçumuz iranlı həmkarına qalib gəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb. Görüş N.İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq. Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.
6-05-2023, 12:25
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
6-05-2023, 12:14
Qarabağda yaşayan etmənilər vətəndaşlıq ala biləcək


Qarabağda yaşayan etmənilər vətəndaşlıq ala biləcək

Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək. Bunu "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçiridin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O qeyd edib ki, Qarabağda yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir. “Bununla bağlı hər hansı qərar olarsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda onlara sənəd verilməsi üçün səyyar və ya ASAN xidmət təmin olunacaq", - deyə agentlik rəhbəri vurğulayıb.
6-05-2023, 11:38
Danışıqlar və dialoq yeganə yoldur - NATO-dan mesaj


Danışıqlar və dialoq yeganə yoldur - NATO-dan mesaj

«Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik». Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina twitter hesabında yazıb. O bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən 4 günlük görüşdən sonra davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoş olub: «Danışıqlar və dialoq yeganə yoldur».
6-05-2023, 11:35
Qazilərin nəqliyyat problemiylə bağlı layihəyə yekun vuruldu


Qazilərin nəqliyyat problemiylə bağlı layihəyə yekun vuruldu

“Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyi “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər” adlı layihəyə yekun vurub. Həyata keçirilmiş görüşlərin, aparılmış apaşdırma və müzakrələrin yekunu olaraq deputatlar, QHT nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə geniştərkibli konfrans keçirilib. Eyni zamanda qazilərin adından Dövlət Yol Polisi ilə nümayəndə heyətinin görüşü təşkil olunub. Konfransı giriş sözü ilə açan olmuş “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədr müavini, ekspert Elməddin Muradlı bildirib ki, layihə çərçivəsində artıq 3 görüş keçirilib. Bunlardan ikisi geniştərkibli baş tutub. Müharibə iştirakçıları, qazilərin qatıldığı tədbirlərdə onları narahat edən problemlər araşdırılıb. Əsasən bir neə istiqamətdə problemlər müəyyən olunub. Qazilərin yığılıb qalmış cərimələri, sığorta və texniki baxışdan avtomobillərini keçirə bilməmələri, bunun nəticəsində nömrəsiz avtomobil idarə etmələri əsas problemlər sırasında olub. Həmçinin tədbirlər çərçivəsində İctimai Birlik tərəfindən hazırlanmış ərizə formaları qazilərə təqdim olunub ki, yekun olaraq ölkə başçısına və aidiyyəti qurumlara müraciət ediləcək. Tədbirdə çıxış edən olmuş “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib. Bildirib ki, illərdir bu problem dəfələrlə qabardılıb, lakin təəssüflər olsun ki, həllini tapmamaış qalıb. Hüquqşünas qeyd edib ki, ən ciddi məsələlərdən biri də qazilərin yığılıb qalmış cərimə borclarıdır. Hətta 68 min manat məbləğində borcu olan qazi var. Ərşad Hüseynov bu cərimələrin iki istiqamətdə silinməsi təşəbbüsü ilə çıxış edib. İlk növbədə qanunvericilikdə nəzərdə tutulmuş üzərindən 5 il keçmiş cərimələrin sistemdən silinməsi baş tuta bilər. Eyni zamanda, ölkə başçısına müraciət edərək dövlətimizin bu məsələdə güzəştə gedə biləcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə çıxış edən deputat Vüqar İskəndərov qeyd edib ki, cərimələrin silinməsi və qaziləri narahat edən məsələlərin həlli üçün parlamentdə məsələ qaldıracaq. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov isə qeyd edib ki, qazilərə avtomobillərin verilməsi dövlətin humanist addımlarından biridir. Avtomobillər verilərkən onlarla fərdi söhbətlər aparılıb. Lakin hazırkı problem nazirliyə aid məsələ deyil. İcbari Sığortalara Bürosunun icraçı direktoru Rəşad Əhmədov qazilərin idarə etdiyi avtomobillərin sığorta olunmasında yaranan problemdən danışıb. Bildirib ki, artıq bu məsələ həllini tapıb və heç bir şirkətə getmədən onlayn qaydada avtomobili icbarı sığorta etdirmək mümkündür. Qarabağ Qaziləri icrimai Birliyinin sədri Asəf Əliyev qazilərin üzləşdiyi problemin həllinə ümidvar olduğunu bildirib. Qeyd edəb ki, cərimələr silinərsə və ya dondurularsa o zaman qazilər rahat şəkildə maşını texniki baxışdan keçirib nömrəni üzərinə bağlamaqla sürə biləcəklər və bir daha belə neqativ hərəkətlərə yol verilməyəcək. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis moyoru Rövşən Tağıyev qeyd etdi ki, qazilər cəmiyyətə yaxşı nümunə olmalıdır. Son vaxtlar baş verən qəzalarda qazilərin iştirakı artıb. Və qəzaların əksəriyyəti ölüm və ağır xəsarətlə nəticələnib. "Qazilərimizin problemi və qayğıları daima Daxili İşlər Nazirliyinin rəhbərliyinin diqqət mərkəzindədir və səlahəyətimizə aid olan problemler quruma daxil olursa derhal rəhbərliyin nəzarəti ilə lazımı tədbirlər görülür. Qazilərimiz bilməlidilər ki əvvəllər azyaşlı uşaqlar film qəhrəmanlarını özlərinə nümunə götürürdülərsə indi real qəhramanlarımız olan qazilərimizi nümunə götürürlər. Belə olan halda qazilərimizin də üzərinə böyük bir məsuliyyət düşür. Mən hər bir qazimizdən xahiş edərdim ki, bütün bunları nəzərə alıb yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına riayət etsinlər. Təəssüflər olsun ki son zamanlar baş verən qəzalarda qazilərimizin iştirakı artıb. Mübaribədən zəfərlə sağ salamat gələn bir çox qazimiz yol nəqliyyyat hadisəsi nəticəsində həyatınl itirib. Bu bizim üçündə cəmiyyət üçündə çox ağır bir faciədir." Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Demokrtatiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə məsələnin önəmini vurğulayaraq təmsil olunduqları qurumlar çərçivəsində bütün lazimi dəstəyi verə biləcəklərini ifadə ediblər. Bildirilib ki, qazilərə dövlətimiz tərəfindən lazimi dəstək göstərilir və mövcud problemlərin həlli istiqamətində mühüm və zəruri addımların atılması həyata keçiriləcək. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi tədbirdə qaziləri maraqlandıran suallar cavablandırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
5-05-2023, 21:17
Xalq artistinin oğlu vəfat etdi - Nəşinə sahib çıxan olmadı


Xalq artistinin oğlu vəfat etdi - Nəşinə sahib çıxan olmadı

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib. O, 5 gün öncə dünyasını dəyişib. Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub. Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər. Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib. Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
5-05-2023, 19:33
İlham Əliyev Füzulidə təməli qoyulan su sistemləri kompleksiylə tanış olub


İlham Əliyev Füzulidə təməli qoyulan su sistemləri kompleksiylə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub. Dövlət başçısına layihə haqqında məlumat verilib. Bildirilib ki, layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur. Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək. Dövlət başçısı kompleksin təməlini qoyub.
5-05-2023, 18:41
Prezidentlə xanımı Pirəhmədli kəndinin təməlqoma mərasimində iştirak etdi


Prezidentlə xanımı Pirəhmədli kəndinin təməlqoma mərasimində iştirak etdi

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur. Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb. Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoyub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!