Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
30-06-2023, 19:19
“Neftçi” Xorvatiya əsilli yarımmüdafiəçi ilə müqavilə imzalandı


“Neftçi” Xorvatiya əsilli yarımmüdafiəçi ilə müqavilə imzalandı

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü transfer edib. Xorvatiya əsilli Filip Ozobiçlə ikiillik müqavilə bağlanıb. Otuz iki yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019-cu, 2020-ci, 2022-ci, 2023-cü) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.
30-06-2023, 14:32
Laçının suyla təminatı üçün aparılan tikinti işləri tamamlanır


Laçının suyla təminatı üçün aparılan tikinti işləri tamamlanır

“Laçın şəhərinin içməli su ilə təminatı üçün aparılan tikinti işləri tamamlanmaq üzrədir”. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilər üzrə xidmət rəisi Oktay Həziyev bildirib. Onun sözlərinə görə, Laçının içməli su təminatının yaxşılaşdırılması üçün hazırda 2 istiqamətində şəhərə su xətti çəkilir: “Həmin su xətlərinin təbii su mənbələri Sarıbaba dağı və Xırmanlar ərazisindən götürülür ki, həmin sular hazırda öz axını ilə birbaşa şəhərə qədər gəlir. İndiki dövrdə şəhərdə aparılan bütün işlərin su ehtiyatı həmin sular vasitəsilə ödənilir”. O.Həziyev qeyd edib ki, Laçın şəhərinin mərkəzinə gətirilən su, əsas mənbəyindən polietilen borular vasitəsilə şəhərə ötürülür: “Bu da əlavə su itkisinin qarşısını alır. Xırmanlardan götürülən su xətti 6 km-lik məsafədən 160 diametrlik borular, Sarıbaba dağından götürülən su isə 13 km-lik məsafədən 110 diametrlik boru ilə çəkilib”. Qurum rəsmisi deyib ki, Laçın rayon ərazisi bol sulu olduğu üçün su təminatında hər hansı problemin yaranması gözlənilmir: “Lakin, şəhərin suya olan tələbatı təkcə dağlardan gələn sulardan deyil, həmçinin əlavə artezian quyuları vasitəsilə də ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə Həkəri çayı üzərində artezian quyuları qazılıb, nasos stansiyaları inşa edilib. Rayonun dağlıq relyefdə olduğu üçün suyun anbarlara vurulması üçün su axınını sürətləndirən nasoslarla təmin olunub. Laçın şəhərinin su təminatın tam ödənilməsi məqsədilə Həkəri çayı sahılına 6 ədəd artezian quyusuda qazılıb. Yeni nasos stansiyaları tikilib, şəhərin mərkəzində 9 su anbarı inşa olunub. Həmçinin anbarlara suyun vurulması üçün 426 diametrlik boru ilə yeni magistral su xəttinin çəkilməsi işləri davam edir. Bundan əlavə, köhnə metal borular yenilərilə əvəzlənib, şəhərin dağlıq olduğu nəzərə alınaraq, evlərin su təminatını fasiləsiz təmin etmək üçün anbarlar sürətləndirici nasoslarla təmin olunub. Hazırda şəhər 24 saat su ilə təmin olunur”. Xidmət rəisi həmçinin söyləyib ki, avqustun birindən inşa edilən nasos stansiyasının işə salınması nəzərdə tutulub: “Şəhərdə su kanalizasiya sistemi tamamilə yenidən qurulub. Hazırda həm Laçına köçürülən ailələr və burada fəaliyyət göstərən dövlət qurumlar, şirkətlər 24 saat fasiləsiz olaraq su ilə təmin olunur”.
30-06-2023, 14:00
Vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir


Vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir

"Bir sıra vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya bildirib. "Ermənistan və Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı mövqeləri əlavə iş tələb edir. Söhbət Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, qoşunların çıxarılması və Bakı və Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasından gedir", - deyə Badalyan qeyd edib.
30-06-2023, 13:20
Azərbaycan kikbokçusu yarımfinala çıxdı


Azərbaycan kikbokçusu yarımfinala çıxdı

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib. 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.
30-06-2023, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
30-06-2023, 12:19
Bakıda lift qırıldı, 6 nəfər ağır xəsarət aldı


Bakıda lift qırıldı, 6 nəfər ağır xəsarət aldı

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib. Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb. Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır. TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib.
Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
30-06-2023, 10:34
Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb


Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur. Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 22,43 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 733,92 milyon kubmetr təbii qaz idxal edib. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 513,75 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 15,6 % çoxdur. Ümumilikdə isə aprel Türkiyə ümumilikdə 3 milyard 982,20 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,1 % azdır. Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 4-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 722,44 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 8,49 % azdır. Apreldə üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 866,89 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
30-06-2023, 10:21
Danışıqlarda ən çətin məsələlər sona qalıb - Blinken


Danışıqlarda ən çətin məsələlər sona qalıb - Blinken

Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər sona qalıb. Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, - dövlət katibi qeyd edib.
29-06-2023, 21:12
Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakini sel apardı


Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakinini sel apardı

Bu gün saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Elgün Orucovun ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində tapılan meyiti ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
29-06-2023, 21:12
Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakini sel apardı


Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakinini sel apardı

Bu gün saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Elgün Orucovun ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində tapılan meyiti ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!