Azərbaycan karateçiləri İstanbulda şotokan karate üzrə XI dünya çempionatında 29 medal qazanıb.
Bütöv.az xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 6-sı gümüş və 10-u bürünc medaldır.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Qeyd edək ki, karateçilərimiz medallarını Zəfər Gününə həsr edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqını təbrik edib.
Bütöv.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib.
“Dost gəlişi bayram olar. Yığılsın ozanlar, çalsın sazlar. Bu gün Zəfər Günüdür. Tək ürək, tək bilək olaraq birlikdə yeni Qızıl Alma səfərlərinə”, - deyə diplomatın “Twitter” hesabında dərc etdiyi paylaşımda qeyd olunub.
Tvitə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotosu, həmçinin Şuşa şəhərinin giriş lövhəsinin şəkli əlavə olunub.
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".
Bütöv.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxışı zamanı deyib.
O, bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyini, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu qonaqların diqqətinə çatdırıb.
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, konsert proqramını Azərbaycan və Türkiyənin müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun növü komandanları və digər hərbi rəhbərləri, o cümlədən hərbi qulluqçuların və şəhidlərin ailə üzvləri, qazilər izləyiblər.
Əvvəlcə Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. General-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə öz təşəkkürünü bildirib. Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.
Hulusi Akar isə çıxışında xalqımızı bayram münasibətilə təbrik edərək, şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlərin və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.
Sonra Türkiyənin Mehteran Birliyi tərəfindən hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.
Səsləndirilən musiqi nömrələri böyük maraqla qarşılanıb və qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Xatırladaq ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar bu gün bir sıra tədbirlər keçiriləcək.