2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                       
23-12-2021, 17:41
Şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib - VİDEO

Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfərə gedib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhidin ailəsi Ankarada Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anıt qəbrini ziyarət edib.

Səfər davam edir.

Qeyd edək ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.

Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq bunu söyləyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.

V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmir gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.



Bütöv.az
23-12-2021, 17:28
Ağsuya normal rəhbər NƏ ZAMAN TƏYİN OLUNACAQ?


"Nə Ənvər Seyidəliyevin vaxtında, nə də indi - Rövşən Bağırovun vaxtında biz Ağsu camaatının üzü gülmədi ki, gülmədi. Bu gün başdan-başa problemlər içində olan Ağsuda icra başçısı əməlli-başlı rejim qurub".

DİA.AZ bildirir ki, bu barədə ağsulular adından edilən müraciətdə qeyd olunur.

Sakinlər yazır ki, Rövşən Bağırov gəldiyi gündən sahibkarları açıq-aşkar hədəfə alıb:

"Ağsu elə bir rayondur ki, burda təsərrüfatla məşğul olanların əksəriyyəti kənardan gəlmələrdir. Yerli camaat da məcbur olub müxtəlif iaşə obyektləri hesabına ailəsini dolandırırdı. Amma Rövşən Bağırov gələndən Ağsuda yolkənarı biznesi qadağan etdi. Dedilər ki, guya bu obyektlər turistlərin gəlişinə mane olur. Təklif verdik ki, hansı formada istəyirsinizsə, obyektlərimizi müasirləşdirə bilərik. Amma razılaşmadılar.

Məlum oldu ki, turstlər bəhanə imiş. Başdan-başa yamaq içində olan Ağsudan turistləri qaçıran bizim obyektlər idimi?"

Sakinlər adından yazılan müraciətdə ölkə başçısından Ağsuya yeni başçının göndərilməsi də xahiş edilir:

"Sənab Prezident. Biz hər zaman Sizi dəstəkləmişik. Bundan sonra da Sizin siyasətə sadiqik. Amma Ağsu camaatı artıq yorulub. İcra başçısının qəbuluna da düşə bilmirik. Bizə xalqı eşidən bir başçı göndərməyinizi xahiş edirik".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
23-12-2021, 17:24
Parlamentarların Yeni il gecəsi

Artıq Yeni ilin gəlişinə 10 gündən az vaxt qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində - ailəsi və qohumları ilə birgə qeyd edir, kimisi isə xaricə üz tutur. Bir sözlə, hamının bayramla bağlı müxtəlif planları var.


Maraqlıdır bəs, Milli Məclisin deputatları Yeni ili harada və necə keçirməyi planlaşdırır?

Modern.az saytının əməkdaşı bu sualla bir neçə deputata müraciət edib:

Məlahət İbrahimqızı deyib ki, fərqli bir planı yoxdur, evdə qeyd edəcək:

“Yeni ili evdə ailə üzvlərimlə bir yerdə qeyd etməyi düşünürəm. Tətil günlərində isə şəhid, qazi ailələri ilə görüşməyi planlayıram”.

Fazil Mustafa yeni ili Azərbaycanın rayonlarında qarşılayacaq:

“Yeni ili ölkə daxilində qeyd edəcəm. Çox güman ki, evdə ya da Azərbaycanın rayonlarının birində ailə üzvlərimlə birgə bayram edəcəyik. Düşünürəm ki, Şamaxıda və ya İsmayıllıda olacam”.

Arzu Nağıyev də həmkarı kimi rayonda olacaq. O bildirib ki, Tovuza ata ocağına yığışıb, bayramı ailə üzvləri ilə birgə qeyd edəcək:

“Mən bayramları hər zaman ənənəvi olaraq ailə çərçivəsində qeyd edirəm. Bu il də Yeni ili ailəmlə bir yerdə Tovuz rayonunda atamın başına yığışıb, qeyd edəcəm. Eyni zamanda, bu tətildən istifadə edərək həm Tovuzda, həm də Gədəbəydə öz seçicilərimlə görüşəcəm.

Elman Məmmədov da bayram gününü ailə üzvləri ilə birgə evdə qeyd edəcək:

“Hər zaman olduğu kimi Azərbaycanda qeyd edəcəm. Bayram günlərində Azərbaycanın bir neçə rayonlarında olacam. Ağdam, Goranboy, Xocavənd rayonlarına səfər edəcəm”.

Aydın Mirzəzadənin sözlərinə görə, ənənəvi olaraq bayramları evində keçirir:

“Ailəmlə, öz evimdə övladlarımı ətrafıma toplayaraq Yeni İlin gəlişini qeyd edəcəm. Mən düşünürəm ki, bayramı hər kəs öz evində qeyd etməlidir”.

Hikmət Babaoğlu da həmkarları kimi bayram günlərində Bakıda olacaq:

“Mən Yeni ilin gəlişini Bakıda evimdə qeyd edəcəm. Bayramı öz evimdə olmağı üstün tuturam. Bayramdan sonra isə Şimal bölgəsində səfərdə olacam”.

Aqil Abbas da bayramı evində qeyd edən deputatlar sırasındadır:

“Bayramı insan evində olar. Mən ailəmlə birgə Yeni ilin gəlişini evimdə qeyd edəcəm”.

Əziz Ələkbərli hər zaman bayramı evində qeyd etdiyini deyib:

“Mənim fikrimcə, insan bayramı evində olmalıdır. Buna görə də hər bayram gecəsi ailəmi ətrafıma yığıb bayramı qeyd edirəm”.

Bütöv.az
23-12-2021, 17:06
Meşəli qətliamından 30 il keçdi

“Ermənilər 30-dan artıq azərbaycanlını qətlə yetirmiş, 3 ailənin evindən heç kəs çıxa bilməmiş, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılmışdır...”

Xocalı rayonunun hələ də faktiki olaraq Rusiya “sülhməramlı” kontingentinin himayəsindəki separatçı və işğalçı erməni rejiminin nəzarətində qalan Meşəli kəndindəki qətliamdan 30 il keçdi....

Moderator.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsindəki “Laçın” profilində yayılmış paylaşımda belə deyilir:

“1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni terrorçuları tərəfindən amansızlıqla qətlə yetirilmiş əslən Laçın rayonunun Fərraş və Arduclu kəndlərindən olan şəhidlərimiz:

1.Kazımov Xəlil Mahmud oğlu - Fərraş kəndi.
2.Allahverdiyev Vidadi Müsül oğlu.
3.Orucov Miryusif Kərim oğlu.
4.Novruzov Novruz Məhərrəm oğlu.
5.Novruzova Adilə Məhəmməd qızı.
6.Novruzov Allahverdi Novruz oğlu.
7.Novruzova Rahilə Novruz qızı.
8.Novruzova Rübabə Novruz qızı.
9.Quliyev Qənimət Əbi oğlu.
10.Quliyeva Ruba Hacı qızı.
11.Quliyev Mətləb Qənimət oğlu.
12.Quliyev İsmayıl Qənimət oğlu.
13.Nurməmmədov Hüseyn İrza oğlu.
14.Nurmmədova Pakizə İslam qızı.
15.İbadullayev Əli Nəbi oğlu.
16.Mehrəliyev Əli Mürsəl
17.Hümbətov Bəhlul Müseyib oğlu.
18.Mahmdova Sürəyya Alış qızı.
19.Qasımov Ənvər Bahadır oğlu - Arduşlu kəndindəndir.


Öz füsunkar təbiəti, buz bulaqları, yaşıl ormanları, azman meşələri ilə dağlar qoynunda binə tutmuş Meşəli kəndi yer üzündən silindi. Dekabrın 23-də (1991-ci il) səhər saat 7 radələrində erməni qüvvələri kəndi mühasirəyə almış və son evədək yandırmışlar. Çox böyük insan tələfatı olmuşdur. İlkin məlumata görə, ermənilər 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirmiş, bir çoxunu isə vəhşicəsinə yandırmışdır. İtkin düşənlər olmuşdur. Kənd sakinlərindən 3 ailənin evindən heç kəs çıxa bilməmiş, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılmışdır.

Meşəli faciəsi bir daha göstərdi ki, ermənilər keçmiş Dağlıq Qarabağı azərbaycanlılardan tam təmizləmək üçün Moskvadan və İrəvandan xüsusi göstəriş alıblar...

Meşəlidə faktiki genosid törədildi. Günahsız adamların meyitləri iki gün ərzində vertolyotlar vasitəsilə daşındı.
Allah bütün şəhidlərə rəhmət eləsin!..”

Zəruri arayış:

Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənddir.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

Tarixi. Coğrafi mövqeyi...

Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır.

Kənd Qırxqız dağlarının ətəyində, Badara çayının yaxınlığında, Qırxqız zirvəsinsən hava xətti ilə 10-15 km məsafədədədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Uzun müddət ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. Yalnız 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılmış, əhalisi didərgin düşmüşdür...

Sultan Laçın

Bütöv.az
23-12-2021, 16:58
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilir.

Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılır.

Bütöv.az
23-12-2021, 16:27
Sabiq nazir: “Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa getməsinə yol verməsi haqlı sual doğurur”

“Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa səfərinə Rusiya sülhməramlıların hansı əsasla yol verməsi haqlı sual doğurur”.

Bunu “Report”a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Valeri Pekres namizədliyi köklü ənənələrə malik respublikaçılar tərəfindən irəli sürülsə də, son vaxtlar onlardan bir qədər uzaqlaşaraq daha radikal fikirlər səsləndirməyə başlayıb:

“Onun Ermənistana son səfəri qarşıdakı seçkilər ərəfəsində daha çox xal qazanmaq məqsədi daşıyır. Fransada erməni diasporu və onların səsləri 1 faizdən artıq olmasa da, ekspertlərin fikrincə, qarşıdakı seçkilər gərgin keçəcəyi üçün səslərin hər faizi uğrunda mübarizə məkrli vasitələrlə aparılır. Belə ki, Valeri Pekres seçki kampaniyasında daha çox xal qazanmaq ümidilə İrəvandan sonra qanunsuz olaraq Qarabağa səfər edib”.

Sabiq nazir vurğulayıb ki, Rusiya sülhməramlıları həmin namizədə xal qazandırıb: “Bu cür səfərlər Laçın dəhlizini nəzarətə götürməyimiz üçün daha bir tutarlı əsas yaradır. Azərbaycanın suveren hüquqlarına qarşı bu cür oyunlara yol verməmək üçün həmin məsələ həll olunmalıdır”.

Bütöv.az
23-12-2021, 16:20
Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı kimi atanız – mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.

Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.

Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcəkdir.

Sizinlə görüşlərimizi həmişə səmimiyyətlə xatırlayıram, münasibətlərimizin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

Bütöv.az
23-12-2021, 11:33
Zərdab Rayon Mərkəzi Xəstəxanasında Maşın Təmiri Maxinasiyası

“Zərdab Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibləri məlum olub.

Müsabiqələrin qalibləri “Gülay 2012” MMC və “Hikmət-2000” MMC olub. 12.10.2021-ci il tarixdə start götürən hər iki lot üzrə müsabiqə 6 gün sonra-18.10.2021-ci ildə yekunlaşıb.

“Gülay 2012” MMC “Zərdab Mərkəzi Rayon Xəstəxanası”nın sifarişi əsasında nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və qarşılığında 14774 manat alacaq.
“Hikmət-2000” MMC isə “Zərdab Mərkəzi Rayon Xəstəxanası”nın sifarişi əsasında nəqliyyat vasitələrinin əsaslı təmirini həyata keçirəcək və qarşılığında 15790 manat alacaq.
Məlumat üçün bildirək ki, kotirovka müsabiqəsinin qalibi olan şirkətlərin təkcə adlarında bənzərlik yoxdur. Araşdırmalarımızla məlum oldu ki, bu şirkətlərin hər ikisinin hüquqi ünvanı Ağcabədi rayonunun Aşağı Avşar kəndi olaraq göstərilir. Nizamnamə kapitalları 10 manat olan MMC-lərdən birinin (“Gülay 2012”) qanuni təmsilçisi Məmmədov Həbib Müslüm oğlu, digərinin (“Hikmət-2000”) qanuni təmsilçisi isə Mamedov Rafil Müslüm oğludur.
Qeyd edək ki, “Hikmət-2000” MMC bugünə kimi yalnız “Zərdab Mərkəzi Rayon Xəstəxanası” tərəfindən keçirilən müsabiqənin qalib olmayıb və fərqli xidmətlər (avtomobil təmiri, dam örtüyünün sökülməsi, radiatorun sökülməsi) göstərib.

Bu arada diqqəti çəkən “Zərdab Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin nəqliyyat vasitələrinin təmirinin iki mərhələdə- cari və əsaslı olaraq icra olunmasıdır(?) Nəqliyyat vasitələrinin cari təmiri nə, əsaslı təmiri nədir? Amma, cavablandırılası suallar bununla bitmir. Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı “Zərdab Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru cənab Ruslan Nemətova bu ayın 19-da online sorğu ünvanlamışıq. Təəssüf ki, hələ də cavab yoxdur.

Kotirovka müsabiqələrinin qalibləri olan “Gülay 2012” MMC və “Hikmət-2000” MMC-lərin isə heç bir əlaqə vasitəsini əldə edə bilmədik (?)

***

“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib. Mövzu ilə bağlı geniş yazımız olacaq (yenixeber.org)

Bütöv.az
23-12-2021, 11:29
Çin lideri İlham Əliyevi təbrik etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

Bütöv.az
23-12-2021, 11:24
İlham Əliyev Bosniya və herseqovinalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!