Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                        İsrailə hücum edildi .....                        İran diplomatı Misirdə oğurlandı .....                        Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi .....                        Amerikada dini geri qaytarmalıyıq .....                        Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi .....                        Rusiya ermənilərinin başçısı seçildi .....                        Almaniya əhalisi hakimiyyətdən narazıdır .....                       
14-08-2025, 15:03
Azərbaycan hərbçiləri Pakistandakı paradda - VİDEO


Azərbaycan hərbçiləri Pakistandakı paradda - VİDEO

Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
14-08-2025, 00:48
Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR


Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezident İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında Ağ Evdə keçirilən görüşün geniş videosu yayılıb.
Videoda dövlət başçılarının olduqca səmimi dialoqu öz əksini tapıb.
Baku TV-yə istinadən həmin dialoqun tam versiyasını təqdim edirik:

14-08-2025, 00:20
Şamaxıda ağır qəza - ölən var


Şamaxıda ağır qəza - ölən var

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 23 yaşlı Leyla Qasımova hadisə yerində dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində ümumilikdə 9 nəfər (4 kişi, 5 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma, eləcə də üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü qadın isə ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna göndərilib. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb və araşdırma aparılır.
13-08-2025, 22:46
Şairin küçədə meyiti tapıldı


Şairin küçədə meyiti tapıldı

Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.
Bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.
K.Şükürovun vəfat səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.
13-08-2025, 22:01
Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi


Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Duruca kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Bakı şəhər sakini olan 1959-cu il təvəllüdlü qadının dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
13-08-2025, 16:54
BDU-da yeni ixtisas açılıb - “Xüsusi pedaqogika”


BDU-da yeni ixtisas açılıb - “Xüsusi pedaqogika”[/color]

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində «Xüsusi pedaqogika» ixtisası üzrə kadr hazırlığına başlanılacaq.
Bu barədə BDU-nin Mətbuat xidmətindən bildirilib.
Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsuru olan uşaqların (həm də yaşlıların) inkişafının psixoloji xüsusiyyətlərini, onların təhsilinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır.
Bu ixtisas müxtəlif istiqamətləri əhatə edir:

Surdopedaqogika — eşitmə və danışma məhdudiyyətli uşaqların təlim-tərbiyyəsindən bəhs edən;

Tiflopedaqogika — görmə məhdudiyyətli uşaqların təlim-tərbiyyəsindən bəhs edən;

Oliqofreno pedaqogika — əqli cəhətdən qüsurlu olan şəxslərin təlim-tərbiyyəsindən bəhs edən;

Loqopediya — nitq qüsurlu şəxslərin təhsil məsələlərini bəhs edən nəzəri və praktiki məsələləri öyrənir.

Autizm, daun sindromlu, hiperaktivlik, davranış dayaq hərəkət aparatı pozulmaları ilə bağlı uşaqlarla pedaqoji iş də «Xüsusi pedaqogika» ixtisas sahəsinə daxil olmaqla gələcək mütəxəssisləri praktik iş üzrə hazırlayır.
«Xüsusi pedaqogika» ixtisasını uğurla bitirən məzunlar respublikada sağlamlıq imkanları məhdud olan uşaqlar üçün olan xüsusi dövlət internat məktəbləri, sağlamlıq mərkəzləri, eləcə də özəl psixologiya və tibb mərkəzlərində fəaliyyət göstərə bilərlər.
13-08-2025, 15:12
Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək


Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək

"İşğaldan azad olunmuş ərazilərimizin ümumi iqtisadi potensialı yüksək qiymətləndirilir".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Nəzərə alsaq ki, hər bir rayon üzrə iqtisadi potensial ayrıca dəyərləndirilir, görürük ki, bəzi rayonlarda sənaye, digərlərində aqrar sahə, bəzilərində isə turizm və nəqliyyat sektoru ön plana çıxır. Bu da onu göstərir ki, işğaldan azad olunmuş hər bir rayon kifayət qədər böyük və müxtəlif iqtisadi imkanlara malikdir.
Təbii ki, bu potensialdan tam istifadə olunması üçün genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Artıq biz Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının tədricən bərpa olunduğunu və bu ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiya prosesinin getdiyini müşahidə edirik. Bu, bir tərəfdən ölkə iqtisadiyyatına əlavə dəyər yaradırsa, digər tərəfdən həmin bölgələrdə məskunlaşma prosesini də sürətləndirir”.
Millət vəkili bildirib ki, artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayır və çalışır:
“İlkin qiymətləndirmələrə əsasən, Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycan iqtisadiyyatına 15 milyard manata yaxın əlavə dəyər qazandıra bilər.
Konkret sektorlar üzrə aparılan qiymətləndirmələr isə göstərir ki, hər bir rayonun özünəməxsus müqayisəli üstünlüyü mövcuddur. Məsələn, Ağdam rayonunun sənaye sahəsində önə çıxacağı gözlənilir. Füzuli rayonu isə nəqliyyat-logistika baxımından strateji əhəmiyyət daşıyır. Şərqi Zəngəzur bölgəsində aqrar sahə və turizm inkişaf etdiriləcək. Xankəndi və Şuşa şəhərlərində isə həm turizm, həm də sənaye sektorunun inkişafı nəzərdə tutulur”.
Son olaraq V.Bayramov əlavə edib ki, işğaldan azad olunmuş rayonlarımızın iqtisadi potensialı kifayət qədər böyükdür. Bu potensial isə yaxın gələcəkdə Qarabağın Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməsinə imkan verəcək.
13-08-2025, 14:25
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi


Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

"Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Bakıdan Ukraynaya humanitar yardımın yola salınma mərasimində deyib.
O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün istifadə edəcək.
13-08-2025, 14:09
Bakıdan Ukraynaya növbəti humanitar yardım göndərildi


Bakıdan Ukraynaya növbəti humanitar yardım göndərildi

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.
12-08-2025, 16:20
Kür çayında kritik vəziyyət


Kür çayında kritik vəziyyət

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
Bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.
Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.
Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5–2 km geri çəkilib.
Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!