Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
8-06-2025, 15:15
Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO


Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO

Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım fəaliyyəti təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın “Həyat” Fondu, eləcə də “Səvaidul İhsən” (xeyirxah əllər) və “Bəsmətu Həyat” (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.
Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib. İki gün ərzində ümumilikdə təxminən 1 500 insan sözügedən yardım fəaliyyətindən faydalanıb.
Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ən xoş arzularını çatdırıblar.
Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, AIDA-nın dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.




8-06-2025, 14:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, iyunun 9-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
8-06-2025, 14:18
Ata və oğlunu maşın vurdu


Ata və oğlunu maşın vurdu

Astarada avtomobil ata və oğlunu vurub.
Hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-i vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
8-06-2025, 13:33
Neymar koronavirusa yoluxdu


Neymar koronavirusa yoluxdu

“Santos” klubunun futbolçusu Neymar koronavirusa yoluxub.
Hücumçuda xəstəliyin əlamətləri iyunun 5-də üzə çıxıb və o, həmin andan məşqləri dayandırıb. Neymar hazırda ev şəraitində müalicə alır.
Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun şərəfini qoruduqdan sonra İspaniyanın “Barselona” komandasına transfer olub. Daha sonra Frandanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandalarında oynayan Neymar 2025-ci ildə “Santos”a dönüb.
8-06-2025, 12:14
Leysan yağacaq, dolu düşəcək


Leysan yağacaq, dolu düşəcək

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
İyunun 9-da Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
8-06-2025, 11:53
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!
8-06-2025, 10:06
Basketbol millimiz yarımfinala yüksəldi


Basketbol millimiz yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.
Bu barədə federasiyadan məlumat verilib.
Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.
Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.
7-06-2025, 19:16
“Neftçi” növbəti transferini açıqladı


“Neftçi” növbəti transferini açıqladı

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.
O, Sumqayıt təmsilçisində “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.
Qeyd edək ki, M.Xaçayev milli komandamızın heyətində 1 oyun keçirib.
7-06-2025, 16:34
11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub


11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub

Azərbaycanda doqquzillik ümumi orta təhsil mərhələsi qanunvericiliklə məcburi hesab olunduğuna görə, müəyyən yaş həddinə çatan hər bir şəxsin məktəbə cəlb olunması nəzərdə tutulur. Lakin bu tənzimləmələrə baxmayaraq, həmin mərhələni başa vuranların yalnız az bir qismi təhsillərini növbəti pillələrdə tam orta və ya peşə təhsili səviyyəsində davam etdirir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 86 836 şagird ərizə verib ki, bu da 2013-cü ildə birinci sinifə gedən 135 min 681 şagirdin təxminən 64 faizini təşkil edir. Bu şagirdlərin 9 min 413-ü orta ixtisas təhsil müəssələrinə, 44 min 471-i isə ali məktəblərə qəbul olunub.
Ümumilikdə 2013-cü ildə birinci sinifə gedənlərin 34,7 faizi ali məktəblərə, 8,3 faizi kollec və texnikumlara, 8,6 faizi peşə məktəblərinə qəbul olunub. Onların 21,5 faizi ali və orta məktəblərə qəbul oluna bilməyib, 10 faizi isə ali və ora ixtisas təhsilini davam etdirmək üçü ərizə verməyib.
9-cu sinifdən sonra təhsilini davam etməyənlərin sayı 13, 8 faizdir. 9-cu sinifdə haqqında məlumat olmayanlar isə 2013-cü ildə məktəbə gedənlərin 3,2 faizini təşkil edir.
Onu da qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd verməyənlərin 69 faizi oğlan, 39 faizi qızdır. Təhsilini davam etdirməyənlərin 75 faizi kənd, 25 faizi isə şəhər məktəblərinin məzunlarıdır.
7-06-2025, 15:45
Bakıda faciəvi qəza - 3 nəfər öldü


Bakıda faciəvi qəza - 3 nəfər öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 7-də, saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda deyilir.

***

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında ağıq qəza baş verib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub.
Avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!