Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
4-09-2024, 15:10
Şeyx Dini Komitənin yeni sədri ilə görüşdü - FOTO


Şeyx Dini Komitənin yeni sədri ilə görüşdü - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq işlərinin effektiv koordinasiyası məqsədilə yaradılacaq təşkilat komitəsində Dövlət Komitəsi və QMİ nümayəndələrinin təmsil edilməsinin zəruri olduğu vurğulanıb.

4-09-2024, 15:02
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ


Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
4-09-2024, 14:56
Komitə sədri Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri paylaşdı


Komitə sədri Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri paylaşdı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sentyabrın 2-də təməli qoyularaq tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.
Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə layihəyə əsasən gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.
Həmçinin qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.
İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.



4-09-2024, 14:39
“Azərbaycanla sülh müqaviləsini imzalamaq olar” - Erməni deputat


“Azərbaycanla sülh müqaviləsini imzalamaq olar” - Erməni deputat

“Hesab edirəm ki, sülh müqavilənin əsas hissəsi razılaşdırılıb və həmin bəndlər məzmun baxımından çox vacibdir, sülh müqaviləsini imzalamaq olar”.
Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan bildirib.
“İndi top Azərbaycanın meydançasındadır və Bakı bizim təklifimizə rəsmi cavab verməlidir”, - erməni parlamentari qeyd edib.
Xandanyanın sözlərinə görə, Ermənistanın Azərbaycana göndərdiyi sənəd sülh müqaviləsi üzrə 10-cu paketdir.
“Sənəddə demək olar ki, razılaşdırılmış bütün maddələr qeyd olunub, Azərbaycana onu imzalamağı təklif edirik”.
Xatırladaq Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında demişdi ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb:
"Sülh müqaviləsinin yekun variantında 17 maddə var ki, onun 13-ü razılaşdırılıb. Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndləri götürək və bunun əsasında sülh müqaviləsi imzalayaq. Biz hesab edirik ki, bu bəndlərdə razılaşmanın bütün əsas prinsipləri razılaşdırılıb. Bunları imzalayıb ratifikasiya edək, yerdə qalan məsələləri razılaşdırmağa davam edək”.
4-09-2024, 13:55
Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?


Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.
Qarabağ Universitetindən bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.
Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. “15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”, - Qarabağ Universitetinin rektoru Şahin Bayramov müsahibəsində deyib.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.
4-09-2024, 13:50
Azərbaycan və Rusiyanın Baş prokurorları Anlaşma Memorandumu imzaladılar


Azərbaycan və Rusiyanın Baş prokurorları Anlaşma Memorandumu imzaladılar

Azərbaycan və Rusiyanın Baş prokurorları Kamran Əliyev və İqor Krasnov Şərq İqtisadi Forumunda Anlaşma Memorandumu imzalayıblar.
Bu barədə “İnterfaks” məlumat yayıb.
“Memorandum Azərbaycan və Rusiya prokurorluqlarının işinin təşkili sahəsində təcrübə mübadiləsini intensivləşdirməyə imkan yaradacaq, eləcə də sülh və təhlükəsizliyə təhdidlərə qarşı mübarizəyə tam töhfə verəcək”, - İ.Krasnov bildirib.
O, iki ölkənin prokurorluqları arasında əlaqələrin çoxşaxəli və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və maraqların nəzərə alınmasına əsaslandığını qeyd edib.
Bundan əlavə, İ.Krasnov ikitərəfli əlaqələr kompleksini inkişaf etdirməyə və əsas beynəlxalq platformalarda, o cümlədən BMT və MDB-də transmilli cinayət təhdidlərinin neytrallaşdırılması üçün səyləri əlaqələndirməyə hazır olduğunu təsdiqləyib.
4-09-2024, 13:13
Ukraynanın azərbaycanlı hərbçisi Kurskda öldü


Ukraynanın azərbaycanlı hərbçisi Kurskda öldü

Ukrayna ordusunun azərbaycanlı hərbi qulluqçusu Emil Ağabəyov döyüşlər zamanı həlak olub.
Bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Onun ötən gün Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı həlak olduğu bildirilir.
4-09-2024, 12:57
Bakıya istirahətə gəlmişdi - Kanalizasiya quyusuna düşərək yaralandı


Bakıya istirahətə gəlmişdi - Kanalizasiya quyusuna düşərək yaralandı

Masallıdan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət alması ilə bağlı məlumat yayılıb. Hadisənin dünən günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verdiyi deyilir.
Zərərçəkənin sözlərinə görə, quyunun qapağı olsa da, qırıq olub. Nəticədə vətəndaş qapağın üstündən keçərkən içinə düşüb və müxtəlif bədən xəsarətləri alıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb.
Qurumdan bu məlumatın həqiqətəuyğun olmadığı bildirilib:
“Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon Sukanal İdarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, kanalizasiya quyusu kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil. Hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur”.
4-09-2024, 12:23
Bakıda qadını aldadaraq 8 min manatını aldılar


Bakıda qadını aldadaraq 8 min manatını aldılar

Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib.
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
4-09-2024, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!