Daxili işlər naziri adından saxta şərh yayıldı .....                        Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                       
27-10-2023, 20:20
İlham Əliyev BƏƏ Prezidentiylə telefon danışığı apardı


İlham Əliyev BƏƏ Prezidentiylə telefon danışığı apardı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr müzakirə edilib, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında investisiyalar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev ötən gün açılışı olan Qaradağ Günəş Elektrik Stansiyasının Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. Dövlətimizin başçısı 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının regionda ən böyük günəş elektrik stansiyası olduğunu, Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulayıb. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin və geniş tərkibdə nümayəndə heyətinin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı dostluğun və tərəfdaşlığın nümunəsi olduğunu qeyd edib.
Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini ölkəsinin BMT-nin İqlim Dəyişikliyi Konfransına – COP-28-ə ev sahibliyi etməsi münasibətilə təbrik edib, bunu Birləşmiş Ərəb Əmirliklərinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması və ətraf mühitin qorunması ilə bağlı qlobal səylərə töhfəsinin nümunəsi kimi dəyərləndirib.
Dövlət başçıları iki ölkə arasında, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
27-10-2023, 18:18
Hikmət Hacıyev II dərəcəli “Dostık” ordeni ilə təltif edildi


Hikmət Hacıyev II dərəcəli “Dostık” ordeni ilə təltif edildi

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) ordeni ilə təltif edib.
Yüksək mükafatı H.Hacıyevə Prezident K.Tokayevin adından və tapşırığına əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.
Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb.
Öz növbəsində, H.Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtəfəli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.
Görüş zamanı noyabrda Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin önəmi qeyd olunub.
Qeyd edək ki, Qazaxıstan Respublikasının “Dostık” ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən vətəndaşlar təltif olunur. Belə ki, I-ci dərəcəli “Dostık” ordeni keçən il Qazaxıstan Prezidenti K.Tokayev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.
2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Ali Mükafatı – “Altın Kıran” (Qızıl Qartal) ordeni ilə təltif olunub.
27-10-2023, 18:03
Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edildi


Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edildi

Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.
Bu barədə Daxili İşlər Nazirliyində keçirlən Kollegiya iclasında bildirilib.
Nazir, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.
27-10-2023, 17:53
Xankəndi şəhər polis şöbəsi yaradıldı


Xankəndi şəhər polis şöbəsi yaradıldı

Xankəndi şəhər polis şöbəsi yaradılıb.
Bu barədə oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) keçirilən Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.
Müzakirələrə başlamazdan əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu ilin sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
27-10-2023, 17:48
Prezident Slovakiyadakı səfiri geri çağırdı


Prezident Slovakiyadakı səfiri geri çağırdı

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
27-10-2023, 17:42
Yunanıstana yeni səfir təyin olundu


Yunanıstana yeni səfir təyin olundu

Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
27-10-2023, 17:31
Antiterror tədbirlərində şəhid olan hərbiçilərin ailə üzvlərinə Prezident təqaüdü təyin olundu


Antiterror tədbirlərində şəhid olan hərbiçilərin ailə üzvlərinə Prezident təqaüdü təyin olundu

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların ailə üzvlərindən ibarət 549 şəxsə Prezidentin aylıq təqaüdü təyin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu artıq bununla bağlı qərar qəbul edib.
Məlumata görə, habelə şəhidlərin 234 vərəsəsinə, eləcə də antiterror tədbirləri zamanı xəsarət alan hərbçilərdən 38 nəfərə dövlət icbari şəxsi sığorta ödənişi təyin edilib və bu istiqamətdə işlər davam edir.
“Şəhid ailələrinə pensiya və müavinətlərin də təyin olunması üçün aidiyyəti qurumlardan məlumatlar toplanmaqla işlər aparılır. Sosial ödənişlər şəhid ailələrinə müraciət olunmadan, e-sistemlər üzərindən proaktiv qaydada təyin olunur və onların adlarına kartlar sifariş edilir”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Eyni zamanda 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.
27-10-2023, 17:14
Azərbaycanla siyasi ziddiyyətlər tənzimlənəndən sonra qaz almağa hazırıq - Erməni müavin


Azərbaycanla siyasi ziddiyyətlər tənzimlənəndən sonra qaz almağa hazırıq - Erməni müavin

"Ermənistan Azərbaycanla siyasi ziddiyyətlər tənzimlənəndən sonra bu ölkədən qaz almağa hazırdır".
Bunu oktyabrın 26-da Tbilisidə "İpək Yolu" beynəlxalq forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib.
"Münaqişə səbəbindən Azərbaycandan Ermənistana qazın və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın enerji sistemi üçün sarsıdıcı hadisə oldu, çünki o vaxt biz Azərbaycandan qaz alırdıq. Və sonra biz qazı ölkəmizə çatdırmaq üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, bizim regionda sülh bərqərar olacaq və həmin vaxtlardakı kimi, əməkdaşlıq edə, energetika sistemlərimizi şaxələndirə biləcəyik", - nazir müavini əlavə edib.
Qeyd olunub ki, hazırda Ermənistan Rusiya və İrandan qaz alır. Ermənistan qazın qarşılığında İrana elektrik enerjisi verir.
27-10-2023, 16:55
"Bayraktar TB3" pilotsuz uçuş aparatı ilk uçuşunu həyata keçirdi


"Bayraktar TB3" pilotsuz uçuş aparatı ilk uçuşunu həyata keçirdi

Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.
PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən havaya qalxıb.
Saat 08.30-da havaya qalxan "Bayraktar TB3" sistem identifikasiya testlərini uğurla başa vurub və bir saatlıq uçuşu tamamlayıb.
Şirkətin rəsmisi Səlcuq Bayraktar PUA-nın hava müharibəsində inqilab olacağını bildirib.
PUA Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan mühərriklə uçuş həyata keçirib. 170 at gücündə olan mühərrik dəniz şəraitinə uyğunlaşdırılıb.

27-10-2023, 16:39
Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib - XİN Başçısı


Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib - XİN Başçısı

“Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk ölkə Türkiyə olub:
“Mustafa Kamal Atatürk deyirdi ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Ulu Öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamını söyləyib. Onlar əlaqələrimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl izah ediblər”.
C.Bayramovun sözlərinə görə, azərbaycanlı diplomatlar Türkiyənin, türkiyəli həmkarları isə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyurlar:
“Buna misal olaraq deyə bilərik ki, Prezident İlham Əliyev 2014-cü ildə Praqada keçirilən iclasda demişdi ki, "Türkiyə burda yoxdursa, mən varam". Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi vaxtı “Azərbaycan bizim qırmızı xəttimizdir” kimi açıqlama vermişdi. Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı və onlar nə etmək lazım olduğunu başa düşərək prosesdən kənarda dayandılar. Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin onun yanında olduğunu bilirdi və hiss edirdi. 44 günlük müharibə dövründə Türkiyə xalqı və dövlətinin ortaya qoyduğu mövqe çox vacib idi. Azərbaycana verilən siyasi və mənəvi dəstək bizim gücümüzə güc qatdı və bütün dünyaya açıq mesaj oldu”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!