Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                       
Tarix : 26-01-2015, 13:40
“Ukraynanın müttəfiqlik təklifi cəhənnəmə gedənin yoldaş axtarmasına bənzəyir”

Mirzə Xəzər: “Bu müttəfiqlik Azərbaycanın milli mənafeyinə yalnız zərər verə bilər”
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Azərbaycan-Ukrayna əməkdaşlığının zəruriliyi ilə bağlı fikirlər səsləndirib. Hər iki ölkənin ərazisinin işğal edildiyini, oxşar problemlərlə üz-üzə qaldığını bildirən səfir, Ukrayna və Azərbaycanın birgə əməkdaşlığa məhkum olduğunu vurğulayıb.
Maraqlıdır, Ukrayna ilə müttəfiqlik Azərbaycanın maraqlarına cavab verirmi? Ölkəmiz Ukrayna ilə münasibətləri müttəfiqlik səviyyəsinə çatdırıb bu ölkənin hərbi potensialından lazım gələrsə Qarabağ savaşında istifadə edə bilərmi?
Bununla bağlı Moderator.az-ın əməkdaşı Seymur Əliyevin sualını cavablandıran beynəlxalq şərhçi və məşhur publisist Mirzə Xəzər belə bir müttəfiqliyin Azərbaycanın maraqlarına cavab vermədiyini qeyd edib:
“Ukrayna səfirini başa düşmək çətin deyil. Ukrayna hər tərəfdən iflas etmiş bir dövlətdir: ölkə parçalanıb, ərazisi işğal edilib, ordusu dağılıb, iqtisadiyyatı çöküb, Qərb maydan "inqilabı"nı körükləyəndə verdiyi sözü tutmur, Ukraynaya maliyyə yardımı göstərməyə tələsmir, Avropa Birliyi və ABŞ Ukrayna boyda ağır yükün altına girmək istəmir, ölkəni idarə edənlərin əksəriyyəti oliqarxlardır, əhali arasında narazılıq artır, müxtəlif siyasi qruplaşmalar arasında açıq qarşıdurma təhlükəsi realdır. Belə bir dövlətin əl-ayağa düşüb özünə müttəfiq axtarması təbiidir. Səfirin bəyanatı suda batan adamın vurnuxmasını xatırladır. Səfir Azərbaycanla Ukraynanın taleyinin eyni olduğunu iddia edir. Onun nəyi nəzərdə tutduğunu anlamaq çətin deyildir, demək istəyir ki, Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilib və Rusiya Ermənistanı himayə edir. Bu səbəbdən, səfir Mişşenkonun məntiqi ilə baxılsa, Azərbaycan hökuməti Ukrayna ilə birləşib Rusiyaya meydan oxumalıdır. Azərbaycan hökumətinin bu fətvaya gedəcəyini, bu tələyə düşəcəyini yalnız sadəlövh ukraynalılar düşünə bilər. Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir. Belə dövlətlə müttəfiq olmaq birlikdə quyuya düşmək kimi bir şeydir. Təbiri-caizsə, cəhənnəmə gedən özünə yoldaş axtarar. Səfir düz deyir, Azərbaycan Ukrayna ilə dostluq və əməkdaşlıq yolunu tutmalı, lakin Rusiya ilə açıq qarşıdurmadan çəkinməlidir. Sualınıza cavab: Azərbaycanın mənafeyi Ukrayna ilə müttəfiqliyi zərurət halına gətirmir. Əksinə, Ukrayna ilə müttəfiqlik Azərbaycanın milli mənafeyinə yalnız zərər verə bilər. İflas etmiş Ukrayna ilə münasibətləri yaxşılaşdırıb bu ölkənin hərbi himayəsindən istifadə edə bilmərik və Rusiya ilə açıq münaqişəyə getmək macərapərəstlikdən başqa bir şey deyildir. Çünki Ukraynanın heç bir hərbi potensialı, gücü, beynəlxalq nüfuzu qalmayıb. Ukrayna çökür və gün keçdikcə süqut edir. Rəsmi Bakının bu gün tutduğu mövqe ən düzgün mövqedir: bir tərəfdən Ukraynanın ərazi bütövlüyünə tərəfdar çıxır, o biri tərəfdən də Rusiya ilə münasibətlərə xələl gətirəcək hər bir addımdan çəkinir...”


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!