Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 7-09-2015, 11:54
Ermənilər hər tərəfdən təcrid olunur


İran elektrik istehsalı və nəqli, təbii qaz təchizatı və dəmir yolu qurulması daxil olmaqla, enerji və nəqliyyat üzrə Ermənistanla əməkdaşlıq etməkdə maraqlı olduğunu dəfələrlə bildirib. Ancaq Rusiya təzyiq göstərdiyinə görə, Ermənistan İranın tranzit qaz kəməri çəkmək və ya İrandan daha ucuz neft almaq təkliflərini rədd edib. Əksinə, Ermənistanın bu cür hərəkət etməsi Rusiyanın "Gazprom" şirkətinin və onun buradakı filialının monopoliyasını gücləndirib.

"Ceymstaun" fondunun ( "The Jamestown Foundation") saytında dərc olunmuş "Armenia's Regional Energy and Transport Cooperation Squeezed by Russia" ("Ermənistanın regional əməkdaşlıq qurmasına Rusiyanın təzyiqi") məqaləsində bildirilir ki, indi isə Rusiyanın qaz qiymətlərinə beş illik endirim edilməsi müqabilində "Gazprom" şirkətinə Ermənistanda 30 il müddətinə monopoliya saxlamaq imkanı verən və 2013-cü ilin dekabrında imzalanan müqavilə avqustun 19-u Ermənistan hökuməti tərəfindən təsdiqlənən əlavə protokollarla tamamlanıb. Həmin əlavə protokollar Rusiyaya daha çox fayda gətirir. "Gazprom" şirkəti Ermənistanı qiymətlərdə 13 faiz endirim edərək təbii qazla təmin etsə də, bundan yararlanan yeganə tərəf şirkətin Ermənistandakı filialı olacaq. Ötən ay imzalanan başqa bir sazişə görə, "Gazprom" şirkətinin ölkədəki filialı hal-hazırda tikintisi gedən və İranla Gürcüstana elektrik ixracı üçün istifadə olunacaq yüksək gərginlikli nəqliyyat xətlərinin idarə edilməsi hüququ da əldə edib.

İranın şimalında isə yeni qaz kompressor stansiyası açılıb və bu stansiyanın yerləşdiyi yer Ermənistan, Azərbaycan və Türkiyəyə çəkilən yeni boru kəmərləri istifadəyə verilən kimi İslam Respublikasına gündəlik qaz ixracını 24 milyondan 56 milyon kubmetrə çatdırmağa imkan verəcək. Aydındır ki, İrana qarşı sanksiyalar qaldırılarsa, Moskva Tehranın Avropa İttifaqı ölkələrinə qaz ixrac etmək üçün müqavilə bağlamasına mane ola bilməyəcək. Ancaq Rusiya öz ənənəvi siyasətini, yəni Ermənistanı təcrid etməyə davam edə bilər. Beləliklə, Ermənistan hökumətinin Rusiyanın təzyiqinə təslim olub ölkənin iqtisadi inkişafını sürətləndirəcək beynəlxalq bir layihədə iştirak etmə fürsətini itirəcəyi ehtimalı olduqca yüksəkdir. İran tərəfindən irəli sürülən əməkdaşlıq təklifi haqqında lazımi səviyyədə müzakirə aparılmaması, bəlkə də, onu göstərir ki, Ermənistan Rusiyanın qoyduğu bütün tələblərlə razıdır.


"Gazprom" şirkətinin Avropa qaz bazarındakı payı aşağı düşməsi və şirkətin iki əsas layihəsinin dayandırılması ilə Rusiyanı bürüyən başqa bir beynəlxalq nəqliyyat layihəsi də Ermənistanın iştirakı olmadan başlayıb. Avqustun 3-ü ilk yük qatarı Qazaxıstan və Xəzər dənizi boyunca 3500 km yol gəldikdən sonra Çindən Bakı, Azərbaycan yaxınlığında yerləşən stansiyaya çatıb. Qazaxıstanın dəmir yolu şirkətinin nümayəndələrindən biri qeyd edib ki, Gürcüstanın Axalkələk rayonu ilə Türkiyənin Qars şəhəri arasında dəmir yolu xətti hazır olduqdan sonra yeni marşrutun fəaliyyəti genişlənəcək. Həmin gələcək Çin-Türkiyə tranzit dəhlizi, xüsusilə də Aİ üzvləri olan Bolqarıstan və Yunanıstanla əlaqələndirildikdən sonra Çindən Avropaya yük daşınmasını daha da sürətləndirəcək.

Enerji təchizi və nəqliyyat əlaqələrinin diversifikasiyası Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Qazın tranzit nəqli üzrə İranı Qara dəniz sahili və Avropa ilə əlaqələndirən bir layihədə iştirak etmək ölkəyə çoxlu gəlir gətirə bilər. Bu ikinci faktorun əhəmiyyətsiz olduğunu düşünmək yanlış olar, belə ki, 2014-cü ildən bəri Ermənistanda sosial-iqtisadi şərait pisləşməkdədir, buna isə Rusiya rublunun kəskin şəkildə dəyərdən düşməsi və Rusiya iqtisadiyyatının tənəzzülə keçməsi səbəb oldu. Nəticə etibarilə, Ermənistanın Rusiyaya ixracı və Rusiyadan köçürülən pulun məbləği də azaldı. Bundan başqa, Rusiyada maliyyə böhranı ilə əlaqədar olaraq, son bir il ərzində Ermənistanın 15 faiz dəyərdən düşən pul vahidi dram Bloomberg ekspertləri tərəfindən növbəti bir neçə ay ərzində güclü devalvasiya ilə üzləşməsi gözlənilən valyutalar siyahısına salınıb.

Ermənistan regional əməkdaşlıq layihələrindən təcrid edilməyə davam edir. Bunun səbəbi təkcə Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanması ilə nəticələnən Qarabağ münaqişəsi yox, eyni zamanda Moskvanın öz maraqlarını irəli sürməsi, İrəvanın isə onun tələbləri qarşısında baş əyməsidir. Ermənistan mediasında öz əksini tapan şərhlər belə bir təəssürat yaradır ki, ölkədə siyasi sinif artmaqda olan iqtisadi çətinlikləri müzakirə etməmək üçün hər şeyi edər. Bu iqtisadi problemlər isə Ermənistanın Rusiyadan asılılığı aradan qaldırılmadığı və daha geniş beynəlxalq əməkdaşlıq əldə edilmədiyi müddətdə həll edilə bilməz.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!