Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyil
Azərbaycan ordusu hər il həm bu sahəyə ayrılan büdcəsini, həm də silah-surtının sayını artırır və müasir texnikaya üstünlük verilir.
Butov.az ANSpress-in məlumatına əsasən xəbər verir ki, dünya ölkələrinin Silahlı Qüvvələrinin reytinqində Azərbaycan Silahlı Qüvvələri siyahıda 63-cü yerdədir. Ermənistan 74-cü yerdə qərarlaşıb. Buna əyani sübut isə hər iki ölkədə keçirilən paradları misal gətirmək olar. Ölkəmizdə bir neçə dəfə keçirilən hərbi parad zamanı ordumuz şəxsi heyəti, müasir silahları düşmənə göz dağ olub. Ermənistanın müstəqilliyinin 20-ci ildönümündə keçirilən parad isə düşməni rəzil etməkdən başqa bir işə yaramadı. Hərbi parada çıxarılan şəxsi heyətin görünüşü, sıra yerişi, texnikalar, hərbi sursatlar, təyyarələr və sairələr onu göstərdi ki, Ermənistan Silahlı Qüvvələri bu gün silahlanma baxımından Azərbaycandan ən azı 7-10 il geri qalır. Nümayişə çıxarılan silahlar və hərbi texnikalar müasir silah və texnikalar sayıla bilməz.
Dünya ölkələrinin reytinq cədvəlində Azərbaycan və Ermənistan ordularının müqayisəli təsviri də iki ölkə arasındakı mövcud fərqi ortaya qoyur.
Azərbaycan quru qoşunlarının şəxsi heyəti 85.000 nəfər - Ermənistan : 60.000, 32.000 ehtiyatda olan Azərbaycan: ümumi tank sayı 832 - Ermənistan 200 T-72 tipi tank, 72 top və 204 zirehlı texnika, Azərbaycan: 72 Akatsiya 2S3 top sistemləri - Ermənistan 30 Akatsiya 2S3 top sistemləri Azərbaycan 85 “GRAD” BM-21 122mm MLRS - Ermənistan 30 “GRAD” BM-21 122mm MLRS Azərbaycan: 18 Mi-8 helikopteri - Ermənistan 11 Mi-8 helikopteri Azərbaycan: 70 Mi-24 hücum helikopteri 70 - Ermənistan 12 Mi-24 helikopteri Azərbaycan: 30 Su-25 bombardmançısı - Ermənistan 15 Su-25 bombardmançısı
Bu reytinq cədvəlində görünür ki, Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Azərbaycan Türkiyə, Rusiya, İsrail və Pakistandan silah almaqla ordumuzun hərbi potensialını yüksəldir. Ermənistan isə Rusiyanın 102-ci hərbi bazasına ümid edir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov açıqlayıb ki, Rusiya 102-ci bazası işlətdiyi silahları icarə əsasında Ermənistana satır.
Ermənistan silahlı qüvvələri cəbhədə təxribat törətməsinə baxmayaraq , Azərbaycan ordusunun potensialını yeni silahlar hesabına gücləndirir.
Üzeyir Cəfərov həmçinin onu da bildirib ki, Azərbaycan yeni təyyarələr alır. O tezliklə orduzda “F16”ların görünəcəyinə inanır.
Azərbaycan ordunun büdcəsini, texniki imkanlarını artırmaqla yanaşı qardaş Türkiyə ilə birlikdə hərbi təlimlər keçirir. Sonuncu “TurAz Qartalı-2015” taktiki təlimlərində iştirak edən Azərbaycan pilotları öz çıxışları, məharətləri ilə Türkiyənin məşhur generallarını və şahinlərini təəccübləndiriblər.
Azərbaycan Silahlı Qüvvələri ən yüksək səviyyədə öz bacarığını artırıb. Beləliklə, kiçik müqayisəli analizdən ortaya çıxan nəticə budur - Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyil. Həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə bu müqayisə yersizdir.