İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 18-12-2015, 12:06
Oqtay Əsədov: “Amerikanın səfiri açıqlama versin”


Milli Məclisin bu gün keçirilən iclasında ABŞ-nın Helsinki Komissiyasının Azərbaycanla bağlı hazırladığı qanun layihəsi ilə mazakirələr başlanıb.


Butov.az
Gün.Az-a istinadən xəbər verir ki, çıxış edən deputat Sahib Alıyev bildirib ki, Azərbaycanla Amerika arasındakı müttəfiqlik münasibətləri var:

“Bu təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda proseslərə də töhfəsini verir. Amma təəssüflər olsun ki, bu münasibətlərə kölgə salınan addımlar atılır”.

Spiker Oqtay Əsədov qeyd edib ki, ermənilərin radikal diaspor rəhbərlərindən biri olan Aram Hamparyan tvitter səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün
Kris Smitlə görüşlər keçirib:

“Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar partiyasının üzvü olub. İndi isə o erməni diaspora partiyasının üzvüdür. Bunu media şok deyə təqdim edir. Burda şok nə var ki?

Təssəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə bir çıxış edib. O adi deputatdır. Bu il 31 dekabrda əfv fərmanı olacaq. Bununla onlar qəsdən istəyirlər ki, əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Amma biz onların niyyətləri ilə iş görmürük. Amerika səfiri jurnalistlərə açıqlama versin ki, bu bəyanat Amerika dövlətinin mövqeyidirmi, yoxsa hansısa adi bir konqersminin mövqeyidirmi?”

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanlı verilir:

“Belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyirlər. Ayın 16-da Kristofor Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Tomas Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik.

Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb.

Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu bir qrup adamın mövqeyidir”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!