Milli Məclisin deputatı Rüstəm Xəlilov fevralın 11-də Türkmənistanın paytaxtı Aşqabada səfər edəcək.
Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, millət vəkili MDB müşahidə missiyasının xətti ilə Türkmənistanda keçiriləcək Prezident seçkilərini izləyəcək.
Digər müşahidəçilərlə bərabər deputatımız, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.