Prezident AZAL təyyarəsinin vurulmasından danışdı .....                        Netanyahunun 5 əsas prinsipi - SİYAHI .....                        3 liderin birgə görüşü olacaq - Tramp AÇIQLADI .....                        Sabah Ağdərənin iki kəndinə KÖÇ OLACAQ .....                        Vüqar Tapdıqlı vəfat etdi .....                        Növbəti görüş İrəvan və ya Bakıda baş tutmalıdır - Kostanyan .....                        Balıkesir yenidən silkələndi .....                        Azərbaycanda bu taksi şirkəti ləğv edilir .....                        Ərdoğandan terrorla bağlı mühüm mesaj .....                       
Tarix : 13-06-2017, 20:00
Məmmədyarov tacikistanlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Butov.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib. O, Tacikistan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin bundan sonra da Azərbaycan və Tacikistan xalqlarının rifahının yüksəlməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, əlaqələrin dinamik inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov Elmar Məmmədyarova ünvanladığı məktubunda Azərbaycanın milli günü – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edib, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni səhələrdə inamla irəlilədiyini bildirib. S.Aslov Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar olaraq cari ilin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində Azərbaycan və Tacikistan arasında bərabərlik və əməkdaşlıq prinsipləri üzərində ikitərəfli sıx əlaqələrin qurulmasına nail olunduğunu diqqətə çatdırıb. O, Tacikistan və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində möhkəmlənəcəyinə əminliyin ifadə edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!