Rusiyalı nazir Bakıdadır - Rəsmi qurumlar şərh vermir .....                        Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu .....                        Ərdoğan Öcalanın nümayəndələrini qəbul edib - Yenilənib .....                        Putinin nümayəndəsi Bakıya gəldi .....                        Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü .....                        İşdən çıxarılan nazirin meyiti tapıldı .....                        Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                       
21-02-2022, 09:48
Zelenskinin hədəsinə cavab


Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin Budapeşt Memorandumundan çıxacağı ilə bağlı bəyanatları onun ölkənin üzləşdiyi problemlərin miqyasını dərk etmədiyini göstərir.
Bu barədə “Krımın Dostları” beynəlxalq assosiasiyasının sədr müavini Kostas İsixos deyib.
O bildirib ki, Zelenski köhnə televiziya obrazına (aktyorluğu nəzərdə tutulur - red.) qayıdıb:
"Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında Ukraynanın təhlükəsizlik zəmanəti almadığı təqdirdə 1994-cü il Budapeşt Memorandumunun Kiyev tərəfindən etibarsız elan ediləcəyi ilə hədələyib. 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanan Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi. Düşünürəm ki, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski özünə və sülh perspektivləri üzərində nəzarəti itirib. Diplomatiyanın tanınmalı olduğu bir vaxtda o, sazişi yenidən nəzərdən keçirib, Ukraynanın nüvə dövlətinə çevrilə biləcəyini deyir".
20-02-2022, 19:58
Elçin Mirzəbəyli:"Separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir."

Elçin Mirzəbəyli:"Separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir."

Milyona yaxın insanın yurd yerlərindən qaçqın və köçkün düşməsinə, amansız terror aktlarına, soyqırım cinayətlərinə, səhər və kəndlərin xarabalığa çevrilməsinə, işğala yol açan separatçı "Qarabağ hərəkatı"nın gün işığına çıxmasından 34 il keçir.
İşğalçı erməni təfəkkürü 44 günlük müharibədə ölümcül zərbə alsa da, hələlik tamamilə məhv olmayıb. Elə Ermənistanın baş naziri Nikol Pasinyan da separatçı hərəkatın "ildönümü" münasibətilə etdiyi müraciətində də "Arsax" adlandırdığı aqressiv separatizm "yuva"sının, dolayısıyla klassik erməni separatçılarının ağır yaralandığını deyir. Amma sülh üçün separatizmdən, işğalçı təfəkkürdən əl çəkməyin zəruriliyini vurğulamır.
Pasinyana görə, yüzminlərlə insanın faciəsinə səbəb olan separatçı "Qarabağ hərəkatı" erməni dövlətçiliyinin "bərpası"nın əsasını qoyub, erməni xalqını öz milli hədəflərinə çatmaq üçün birləşdirib.
Nikol deyir ki, bu gün Ermənistan hakimiyyətinin səyləri "Arsax erməniləri"nın sosial-iqtisadi problemlərinin həllinə, onların "təhlükəsizlikləri" ilə bağlı çağırışların qarşısının alınmasına, hüquqlarının qorunmasına və bu hüquqlara beynəlxalq səviyyədə təminat verilməsinə çalışır.
Qeyd edim ki, Nikol Pasinyanın separatçı hərəkatın ildönümü ilə bağlı budəfəki müraciəti əvvəlkilərdən xeyli fərqlənir, mətndə "müstəqillik", birləşmək" kimi iddialar yer almayıb, yalnız hüquq və təhlükəsizlik məsələləri önə çəkilib.
Amma bütün bunlarla yanaşı, Ermənistanın baş nazirinin separatçı hərəkatın ildönümü ilə bağlı erməni xalqına müraciət etməsi, İrəvanın hələ də 44 günlük müharibədəki darmadağından yetərincə nəticə çıxarmadığını nümayiş etdirir. Bu baxımdan, həm Ermənistana, həm də separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir.
Elçin Mirzəbəyli
20-02-2022, 10:03
Ankaradan Ukrayna ilə bağlı mühüm açıqlama
Ankaradan Ukrayna ilə bağlı mühüm açıqlama

İlk növbədə Ukraynanın ərazi bütövlüyünü tanıyan və onun siyasi birliyinə əsaslanan yanaşma ortaya qoyulmalıdır ki, Ukrayna tərəfi özünü təhlükəsiz hiss etsin.
Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib:
"Bunların da aradan qaldırılması üçün orta və uzunmüddətli addımlar atılmalıdır. Biz inanırıq ki, orta yol tapmaq mümkündür. Prezidentimizin indiyədək həyata keçirdiyi beynəlxalq diplomatiya buna diqqət yetirməklə yanaşı, bunun mümkünlüyünü də vurğuladı".
19-02-2022, 20:07
Dünya müharibəsinə ehtiyacımız yoxdur
III Dünya müharibəsinə ehtiyacımız yoxdur

Üçüncü Dünya müharibəsinə ehtiyacımız yoxdur. Ukraynaya düşən bombalar Avropa üçün də təhdiddir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:
"Dünyanın və Avropanın təhlükəsizlik arxitekturası demək olar ki, dağılıb. Dostlarımız yanımızda olsa da, olmasa da ölkəmizi müdafiə edəcəyik. Krım və Donbasdakı işğal olunmuş ərazilər sülh yolu ilə Ukraynaya qaytarılacaq. NATO ölkələri Ukraynanın üzvlüyünü həqiqətən istəyib-istəmədikləri mövzusunda dürüst olmalıdırlar".
15-02-2022, 15:58
Rusiya separatçı rejimləri tanımaq istəyir???


"Rusiya Donbassın taleyi ilə məşğuldur, amma Moskva Minsk razılaşmalarına sadiq qalır".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Dövlət Duması tərəfindən separatçı “Luqansk və Donetsk Respublikaları”nın tanınması ilə bağlı Prezident Vladimir Putinə ünvanlanan müraciəti şərh edərkən bildirib.
“Xalqımız Donbasda baş verənlərə çox ağrılı reaksiya verir. Rusiya dəfələrlə Minsk tədbirlər paketinə sadiq qaldığını və bütün Minsk fəaliyyət planının orada nəzərdə tutulan ardıcıllıqla mümkün qədər tez həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib”, - Peskov deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!