Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 3-05-2016, 15:52
Dayanacaqda ödəmə terminalı problemi nə zaman bitəcək?!




Bakıda avtobusların və metronun vahid nəqliyyat kartına keçidindən sonra müəyyən irləliləyişlər olsa da ödəmə terminalları problemi hələlik tam həll edilməyib.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, hazırda nəqliyyat vahid ödəmə kartı olan “BakıKart”lardan sadəcə “BakuBus” şirkətinə məxsus qırmızı rəngli avtobuslarda istifadə edilir.

Bu avtobusların keçdiyi bəzi dayanacaqlarda “BakıKart” ödəmə terminalı quraşdırılsa da, bir çox dayanacaqda sərnişinlər kartın balansını artırmaqda çətinlik çəkirlər.

Belə problemin yaşandığı ərazilərdən biri Bakının ən dinamik küçələrindən biri olan Neftçilər prospektidir. Şəhərdə sərnişinlərin ən çox istifadə etdiyi yollardan biri olan bu küçədə bir neçə dayanacaq var. Amma həmin dayanacaqlarda “BakıKart” ödəmə terminalı yoxdur. Kartında gediş haqqı olmayan sərnişin də avtobusdan istifadə edə bilmir.

Bu hələ ki, Bakının mərkəzində olan problemdir. Digər ərazilərdən danışsaq yəqin ki, mövzu çox uzanacaq.

Fakt budur ki, bir çox dayanacaqda problem var. Problemin həll edilməsi üçün işlər aparılsa da çox ləng gedir. Nəzərə alsaq ki, Azərbaycanda bir neçə ildir ki, nəqliyyatı intellektual idarəetmə sisteminə keçid olub, o zaman yeni tətbiq edilən vahid ödəmə sisteminin texniki bazası da öncədən hazırlanmalıydı. Əgər bu vaxtında edilsəydi sərnişinlər indi çətinlik çəkməzdi.

Məsələ ilə bağlı “BakuBus” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, “BakıKart”dan münasibət öyrənək. Biz də ora zəng etdik. Onlar da öz növbəsində “BakuBus”a zəng etməyimiz istədilər. Nəticə etibarilə iki qurumdan da cavab ala bilmədik.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) münasibət öyrənmək cəhdimiz də nəticəsiz qaldı.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!