Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur .....                        Tramp: "Biz, həqiqətən yaxşı iş görürük" .....                        Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır" .....                        Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb .....                        Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO .....                        Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir .....                        Rusiyaya üzərlik aparmayın! - AZAL-dan xəbərdarlıq .....                        Suriyada 20 mindən çox məhbus qaçıb .....                        Xəzərdə zəlzələ oldu .....                       
Tarix : 25-10-2016, 18:46
Amnistiya Qərarı ümumilikdə 10 868 nəfərə şamil edildi


Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə "28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 20.05.2016-cı il tarixli Qərarının icrası vaxtında, düzgün, mütəşəkkil təşkil olunmaqla, qanunvericiliyə uyğun, pozuntu hallarına yol verilmədən, məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə 15 oktyabr 2016-cı il tarixdə müvəffəqiyyətlə başa çatdırılıb.

Butov.az xəbər verir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Amnistiya Qərarı ümumilikdə 10 868 nəfərə şamil edilib.

Amnisitiya Qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad ediləcəklər.

Azad olunan məhkumlardan 59 nəfəri qadın olub.

Bu Qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 7 xarici ölkənin 55 əcnəbi vətəndaşına və 1 nəfər vətəndaşlığı olmayan məhkuma da şamil edilib. Cəzadan azad edilmiş şəxslərə müvafiq arayışlar təqdim olunub, onlara yardım göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib. Azad olunmuş xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan bir nəfər şəxs Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Amnistiya Qərarı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları, Azərbaycan Prezidentinə və bu humanist aktın qəbul olunmasına göstərdiyi təşəbbüsə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!