Lerikdəki zəlzələdən sonra dağıntı olub? - FHN-dən AÇIQLAMA .....                        Rusiyanın təqdim etdiyi memoranduma Zelenskidən reaksiya .....                        ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoydu .....                        Selçuk Bayraktardan Azərbaycan paylaşımı .....                        Azərbaycanda zəlzələ - Cənubda bu rayonlar silkələndi .....                        Selçuk Bayraktardan Azərbaycan paylaşımı .....                        Azərbaycan millisi məğlub oldu .....                        İlham Əliyev Pezeşkianla danışdı .....                        Putin Roma Papası ilə danışıqlar apardı .....                       
Tarix : 5-04-2017, 11:48
“Koroğlu” tankeri “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur

“Koroğlu” tankeri “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur.

Butov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-nin “Koroğlu” tankeri mart ayının əvvəlindən “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Gəmi təmirçiləri qısa müddətdə xeyli iş görüblər. Belə ki, tankerin sualtı hissəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, nasos və kompressorlar, digər vacib mexanizmlər yüksək keyfiyyətlə təmir edilib. Bundan başqa, yük qızdırma sisteminin bütün boruları yenisi ilə əvəzlənib. Gəminin gövdəsində qaynaq işləri də yekunlaşıb. Həmçinin istifadə müddəti bitən avar valının plastik yastıqları dəyişdirilib. Həmin yastıqlar elə “Zığ” Gəmi Təmiri Zavodunda hazırlanıb.

Təmir zamanı “Koroğlu” tankerinin idarəetmə sistemləri də daha müasirləri ilə əvəz ediləcək. Görüləcək işlər tankerin yanacaq sərfiyyatının xeyli azalmasına imkan verəcək. Təmir işlərinin mayın əvvəlində başa çatdırılacağı nəzərdə tutulur. Yekunda yeni avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi sınaqdan keçiriləcək.

Məlumat üçün bildirək ki, 13 min ton yükgötürmə qabiliyyətinə malik “Koroğlu” tankeri 2006-cı ildə istismara verilib. Uzunluğu 149,9, eni 17, 3 metr, sürəti 12 uzel olan gəminin 12 anbar və bir durulducu tankı var. Çətin hava şəraitində də işləməyə qadir olan gəminin dibinin və gövdəsinin ikiqat olması arzuolunmaz vəziyyətlərdə neftin dənizə tökülməsinin qarşısını almağa imkan verir. “Koroğlu” tankeri 20 günədək sahilə yan almadan üzə bilər.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda 34 tankerdən ibarət donanmanın yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına daha da gücləndirilməsi planlaşdırılır.
“Koroğlu” tankeri “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur
“Koroğlu” tankeri “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur
“Koroğlu” tankeri “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!