Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur .....                        Tramp: "Biz, həqiqətən yaxşı iş görürük" .....                        Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır" .....                        Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb .....                        Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO .....                        Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir .....                        Rusiyaya üzərlik aparmayın! - AZAL-dan xəbərdarlıq .....                        Suriyada 20 mindən çox məhbus qaçıb .....                        Xəzərdə zəlzələ oldu .....                       
Tarix : 6-04-2017, 10:55
Mikayıl Cabbarov təhsillə bağlı əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Butov.az-ın AzVision.az-a istinadən xəbərinə görə, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2012-ci il təvəllüdlü 5 yaşlı uşaqların sayının dəqiqləşdirilməsi, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin və müəllimlərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görülsün.

Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsi nəzarətdə saxlanılmalı, məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsi təmin edilməlidir.

Bu ilin avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatlar və görülən işlər barədə yazılı hesabat nazirliyə göndərilməlidir. Məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb ediləcək: “Müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri məktəbəhazırlıq qruplarının mövcud normativlər əsasında və müəyyən edilmiş say çərçivəsində təşkilini nəzarətdə saxlasınlar”-deyə əmrdə qeyd olunub.

Həmçinin əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!