23-08-2017, 14:03
"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb. Təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib.
23-08-2017, 11:44
Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
22-08-2017, 13:16
Butov.az xəbər verir ki, Biləcəri - Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 (otuz beş) gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, avqustun 22 - dən 26 - na kimi Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı - Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında “Meydan” adlanan tərəfdə aparılacaq.
18-08-2017, 15:05
Butov.az xəbər verir ki, 18 avqust 2017-ci il tarixdə Balakən rayonunda “ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb.
18-08-2017, 14:31
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət öz feysbuk (Facebook) sosial şəbəkəsində öz etirazını bildirib.
16-08-2017, 13:25
Bu gün qardaş Türkiyədən tanınmış bir hərbçi aradı və Azərbaycanda çalışdığı illərdən tanıdığı bir şəhid ailəsinin ağır vəziyyətdə olduğunu bildirib, dəstək göstərilməsini xahiş etdi. Ona dəstək olmaq borcumuzdur dedim. Xahiş etdiyi şəhid ailəsi, şəhid xanımı Laçın rayonundan olan, şəhid olmuş Şahin Əhmədovun həyat yoldaşıydı. Ondan bir az əvvəl isə Afaq Rzayeva xanımla bağlı telefonuma şəhid ailəsinə dəstək göstərmək istəyən bir insanımızdan mesaj gəlmişdi və məsələdən az da olsa məlumatlıydım. Sanra Afaq xanımla danışdıq və onu ürək ağrısı ilə dinlədim.
11-08-2017, 11:31
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.
10-08-2017, 15:23
Butov.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova deyib.
4-08-2017, 10:35
Dünyanın sonu deyəndə öncə ağlımıza hansısa təbiət hadisəsi gəlir. Düşünürük ki, qlobal hər hansısa bir təbiət hadisəsi davamlı şəkildə baş verərsə deməli dünyanın sonu gəlir. Amma bir şeyi düşünmürük ki, elə dünyanın sonunu gətirən insanlar öz aramızda yaşayırlar. Cəmiyyətimizdə son zamanlarda elə bir hadisələr baş verirki, insan hər hansısa bir xəbəri eşitdiyi zaman sözün əsl mənasında dərin bir stress və şok yaşayır. Bunu deməyə isə təbii ki, əsas var.
3-08-2017, 16:18
Azərbaycan Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza ilə mümkündür.
Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə Elektron İmzanı (www.e-imza.az) “ASAN xidmət” mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıb.