Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
20-10-2023, 22:14
ABŞ və Avropa İttifaqı səlahiyyətliləri İsrailə çağırış etdi


ABŞ və Avropa İttifaqı səlahiyyətliləri İsrailə çağırış etdi

ABŞ və Avropa İttifaqı (Aİ) səlahiyyətliləri girovların azad edilməsi ilə bağlı HƏMAS hərəkatı ilə danışıqlara vaxt qazanmaq üçün İsraili Qəzza zolağında quru əməliyyatını təxirə salmağa çağırıb.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, HƏMAS ilə danışıqlar “uğursuz ola bilər”, lakin yaraqlıların “ən azı bir neçə mülki vətəndaşı” azad etmək şansı var.
"Bloomberg"in məlumatına görə, Qərb müttəfiqlərinin təzyiqi ilə İsrail Qəzza zolağına genişmiqyaslı hücumu təxirə salmağa razılaşıb.
20-10-2023, 21:50
ABŞ Çin şirkətkərini “qara siyahı”ya saldı


ABŞ Çin şirkətkərini “qara siyahı”ya saldı

ABŞ ballistik raketlərin istehsalı üçün material və texnologiyanı Pakistana ötürdüklərini əsas gətirərək üç Çin şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
Onun yaydığı yazılı açıqlamada bildirilir ki, söhbət “General Technology Limited”, “Beijing Luo Luo Technology Development Co Ltd” və “Changzhou Utek Composite Company Ltd” şirkətlərindən gedir.
20-10-2023, 20:56
Ərdoğan misirli həmkarıyla telefon danışığı apardı


Ərdoğan misirli həmkarıyla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.
Bu barədə TRT məlumat yayıb.
Telefon danışığı zamanı İsrail-Fələstin məsələsi müzakirə olunub.
Liderlər İsrail-Fələstin münaqişəsində getdikcə ağırlaşan vəziyyət və həll yolu üçün atılacaq addımları müzakirə ediblər.
20-10-2023, 20:14
Bayden yardım üçün Konqresdən 106 milyard dollar istədi


Bayden yardım üçün Konqresdən 106 milyard dollar istədi

ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə yardım, eləcə də müdafiə-sənaye kompleksinin gücləndirilməsi üçün Konqresdən 106 milyard dollar istəyib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, bu vəsaitin 61,3 milyard dolları Ukrayna üçün nəzərdə tutulub.
Müdafiə büdcəsinə müvafiq düzəlişlər layihəsi artıq təsdiq olunmaq üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının müvəqqəti spikeri respublikaçı Patrik MakHenriyə göndərilib.
Sənədə görə, Ukraynaya yardım üçün ayrılan məbləğin 30 milyard dolları Kiyevə silah verilməsinə, 14,4 milyard dolları Ukrayna ordusuna kəşfiyyat və müdafiə dəstəyinin göstərilməsinə, 16,3 milyard dolları isə humanitar yardıma yönləndiriləcək.
20-10-2023, 19:46
Nəzakət Məmmədova barəsində həbs qətimkan tədbiri seçildi


Nəzakət Məmmədova barəsində həbs qətimkan tədbiri seçildi

Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.
20-10-2023, 18:24
Azərbaycan və Rusiyanın XİN Başçıları arasında telefon danışığı baş tutdu


Azərbaycan və Rusiyanın XİN Başçıları arasında telefon danışığı baş tutdu

Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.
Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının işini müzakirə ediblər.
20-10-2023, 17:57
Latviya prezidenti: “Biz Baltik dənizini bağlaya bilərik”


Latviya prezidenti: “Biz Baltik dənizini bağlaya bilərik”

"Finlandiya və Estoniya arasında "Balticconnector" qaz kəmərinin zədələnməsində Rusiyanın iştirakı sübuta yetirilərsə, NATO Baltik dənizini gəmilər üçün bağlamalıdır".
Bunu Latviya prezidenti Edqars Rinkevits deyib.
“Əlbəttə, bu, dəniz hüququ sahəsində bir sıra normalara təsir edən məsələdir, lakin Rusiyanın iştirakı sübuta yetirilərsə, o zaman bizim kritik infrastrukturumuzun qorunması imkanlarını müzakirə etmək lazım gələcək.
Biz Baltik dənizini bağlaya bilərik”, - deyə o izah edib.
20-10-2023, 17:42
Ödənişli yeni avtomobil yolunun açılışı oldu


Ödənişli yeni avtomobil yolunun açılışı oldu

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı olub.
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək.
Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Butov.az həmin yolun fotolarını təqdim edir:












20-10-2023, 17:33
Balasanyandan yeni xəbər: Cinayət işinə xitam verildi, oğluna qarşı iş başladı


Balasanyandan yeni xəbər: Cinayət işinə xitam verildi, oğluna qarşı iş başladı

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanla bağlı yeni xəbər var.
“Hraparak”ın məlumatına görə, Vitali Balasanyan Qarabağdan Ermənistana qaçıb gəldikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Bildirilir ki, Xankəndidə qondarma “Artsax” rejiminin onun barəsində başladığı cinayət işinə xitam verilib, oğluna qarşı da iş başlanıb.
Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.
Onun nə işlə məşğul olduğunu və niyə kölgəyə çəkildiyini bilmirlər.
“Hraparak”ın əməkdaşı oktyabrın 20-də Vitali Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, səfirlikdən çıxaraq boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib.
Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib.
Balasanyan Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” vəzifəsini tutub.
O, “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, V.Balasanyan Birinci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımovu şəxsən sorğu-sual etmiş, ona işgəncələr verdikdən sonra öldürmüşdür. Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.
20-10-2023, 16:15
Quterreş Misir-Fələstin sərhədinə daxil oldu


Quterreş Misir-Fələstin sərhədinə daxil oldu

BMT-nin baş katibi Antonio Quterreş Misirlə Qəzza zolağının sərhədində yerləşən "Rəfah" keçid məntəqəsinə gəlib.
Bu barədə "Kommersant" məlumat yayıb.
BMT-nin baş katibi nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağına ilk humanitar yüklərin çatdırılmasına nəzarət etmək üçün "Rəfah"a gəlib. Qeyd olunub ki, Misirin xüsusi texnikası artıq sərhədi keçib və İsrailin aviazərbələri zamanı dağılmış yol örtüyünün təmirinə başlayıb.
"Rəfah" keçid məntəqəsi Qəzza zolağı ilə Misir arasındakı sərhəddəki yeganə keçid məntəqəsidir. Oktyabrın 10-da İsrail hava qüvvələrinin "Rəfah" keçid məntəqəsinə endirdiyi zərbələrdən sonra sərhəd-keçid məntəqəsi bağlanıb. Misir hakimiyyəti fələstinli qaçqınların axınından ehtiyat edirdi.
Daha sonra tərəflər keçid məntəqəsinin xarici vətəndaşlar, ikili vətəndaşlığı olan fələstinlilər və humanitar yüklər üçün açılması barədə razılığa gəliblər. Lakin İsrail atəşi dayandırmayıb və keçid məntəqəsi heç açılmayıb. ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi "Rəfah" keçidi vasitəsilə humanitar dəhliz açmaq barədə razılığa gəliblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!