20-06-2023, 16:42
Akşener “Millət İttifaqı”ndan ayrılırTürkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener həftəsonu keçiriləcək qurultayda partiyanın "Millət İttifaqı"ndan ayrıldığını elan edəcək. Bu barədə məşhur jurnalist İsmail Saymaz mənbələrinə istinadla məlumat verib. O qeyd edib ki, Akşener İYİ Partiyanın gələn il baş tutacaq bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılacağını da açıqlayacaq. "Belə olan halda İstanbul, Ankara, Hatay, Adana və Antalyada müxalifətin qələbəsi xeyli riskli hala gəlir", - jurnalist yazıb.
20-06-2023, 16:04
Qazi özünü yandıraraq ağır xəsarətlər aldıNaftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan İlkin Tağıyev ilkin müayinədən sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.
20-06-2023, 15:51
Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit əsas vermir - Peskov"Putin Ukrayna mövzusu üzrə dialoqa və təmaslara açıqdır, lakin Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit əsas vermir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Çin və ABŞ arasında proqnozlaşdırıla bilən münasibətlərin qurulmasının vacibliyini heçə saymır. Moskva ilə Pekin arasında münasibətlərin səviyyəsi Çinin digər ölkələrlə tərəfdaşlığının heç vaxt Rusiya Federasiyasına qarşı yönəlməyəcəyini təsdiq etməyə imkan verir. Məhkumların dəyişdirilməsi ilə bağlı işlər sükutla aparılmalıdır. Kreml sərhəd qoşunlarının ayrıca qurum kimi yenidən yaradılması ilə bağlı iddia edilən qərarla bağlı xəbərləri təsdiq edə bilmir. Putin və Afrika liderləri taxıl tədarükünün davam etdirilməsinin vacibliyini qeyd ediblər. Moskva Suriya nizamlanması üçün səylərini davam etdirəcək", - Rusiya prezidentinin mətbuat katibi bildirib.
20-06-2023, 15:17
Lukaşenko Ermənistan-Azərbaycan münasibətlərindən danışdıBelarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan münasibətlərindən danışıb. Lukaşenko Minskdə KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bu mövzuya toxunub. "Azərbaycan və Ermənistanın ən çətin probleminə diqqət yetirsək... Niyə ən çətin? Çünki həm orada - Azərbaycanda yaxın, əziz insanlarımız, həm də orada - Ermənistanda... Bir dövlətdə yaşamışıq. Deməli, birtəhər işə qarışmalıyıq. Məsələnin həlli üçün”, - deyə Lukaşenko bildirib.
20-06-2023, 14:59
KTMT ölkələri birgə fəaliyyət planı hazırlamalıdırlar - Lukaşenko"KTMT ölkələri birlikdə olmalı və iqtisadiyyatda birgə fəaliyyət planı hazırlamalıdırlar". Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bildirib. O deyib ki, nə qədər çətin olsa da, həll edilməli olan problemlər və vəzifələr var. "Əgər Qərbdən olan “dost-məsləhətçilərimiz” bu problemlərin həllinə qarışsa, onda nəsə etmək xeyli çətinləşəcək", - Lukaşenko əlavə edib. Belarus prezidenti xatırladıb ki, Qırğızıstan çoxdan Tacikistanla münaqişənin həllində kömək istəyir, Ermənistan da iddialarla çıxış edir: "Əgər onlar həll olunmasa, o zaman KTMT ölkələri həmişə bir-birini qınayacaq, təşkilatın işindən narazılıqlarını bildirəcəklər".
20-06-2023, 14:45
İranda spirtli içkidən 15 nəfər dünyasını dəyişdiİranda saxta spirtli içkidən 15 nəfər ölüb. Bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, İranın Əlburz vilayətində saxta spirtli içkidən zəhərlənənlərin sayı 182-yə, ölənlərin sayı 15-ə çatıb.
20-06-2023, 14:30
Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - NazirAparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. Nazir Ceyhun Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.
20-06-2023, 14:23
“BakıKart” yeni tətbiqi istifadəyə verdiAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir. Belə ki, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir. “BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki,www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifri daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
20-06-2023, 13:37
Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildiHəkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. "Elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək", - deyə nazir müavini qeyd edib.
20-06-2023, 13:23
Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müaviniDərman vasitələrinin qiymətlərinin aşağı həddinin müəyyən edilməsi məqsədəuyğun hesab edilmir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Qiymətlərinin aşağı həddinin müəyyən edilməsinin bazar qaydalarına uyğun olmadığı düşünülür. Ona görə də hazırda qiymətlərin aşağı həddinin müəyyən edilməsi uyğun deyil”, - nazir müavini deyib.