DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                       
28-04-2023, 11:30
Dövlət başçısı Zərifə Əliyevanın məzarını ziyarət etdi

Dövlət başçısı Zərifə Əliyevanın məzarını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

28-04-2023, 11:00
Şəhid anasına qarşı oğurluq əməli törədildi

Şəhid anasına qarşı oğurluq əməli törədildi

Mingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib. Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

28-04-2023, 10:30
Türkiyədə keçiriləcək seçkilərin püşkatma mərasimi keçirilib

Türkiyədə keçiriləcək seçkilərin püşkatma mərasimi keçirilib

Türkiyədə seçkilərdə iştirak edəcək prezidentliyə namizədlərin TRT telekanalında təbliğat-təşviqat üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtında növbəliliyi təmin etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatma Ali Seçki Komissiyası tərəfindən təşkil olunub. Nəticələrə əsasən, namizədlərin hansı sıra ilə çıxış edəcəyi müəyyən edilib. Belə ki, ilk çıxışı müxalifətin "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, ikinci ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İtttifaqı"nın namizədi Sinan Oğan, üçüncü Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce, dördüncü çıxışı isə hazırkı prezident, hakim "Cümhur İttifaqı"nın vahid namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğan edəcək. Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda baş tutacaq.
27-04-2023, 22:00
Baydenin unutqanlığı kameraların gözündən qaçmayıb

Baydenin unutqanlığı kameraların gözündən qaçmayıb

ABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreyalı həmkarı Yun Suk Yeulla görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında diqqətçəkən detal ortaya çıxıb. Belə ki, mətbuat nümayəndələrinin sualları cavablandırılarkən Co Baydenin əlindəki kağızlar kameralara tuş gəlib. 80 yaşlı liderin əlindəki kağızlarda mətbuat konfransında sual verəcək jurnalistlərin adlarının, işlədiyi media orqanının adı və fotoşəkillərinin olduğu görünüb. Bəzi müşahidəçilər bunu Baydenin unutqanlığı ilə izah edib. Baydenin səhhəti bir çox amerikalı tərəfindən sosial mediada yenidən müzakirə mövzusu olub.

27-04-2023, 21:30
Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandı

Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandı

Azərbaycan və Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb. Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop twitter hesabında bildirib. “Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik. Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik. İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, - türkiyəli spiker qeyd edib.
27-04-2023, 20:30
Fransa XİN başçısı Paşinyanla görüşdü

Fransa XİN başçısı Paşinyanla görüşdü

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüş zamanı Laçın yolunda və Qarabağdakı vəziyyət müzakirə edilib. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının fəaliyyətinə toxunulub. Qeyd edək ki, Kolonna bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
27-04-2023, 18:30
Türkiyə nüvə enerjisinin ən ucuz mənbələrindən biri olacaq - Putin

Türkiyə nüvə enerjisinin ən ucuz mənbələrindən biri olacaq - Putin

“Türkiyə artıq nüvə enerjisinə, dünyanın ən ucuz mənbələrindən birinə malik ölkə olacaq”. Bunu Akkuyu AES-ə yanacaq tökülməsi mərasimində onlayn formatda iştirak edən Rusiya prezidenti Vladimir Putin deyib. “Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES ölkələrimiz arasında qonşuluq münasibətlərinə töhfə verəcək”, - Putin söyləyib. “Akkuyu AES-dəki sistem dünyanın ən müasir və etibarlı təhlükəsizlik sistemlərindən biridir”, - o əlavə edib.
27-04-2023, 18:00
Braziliya Ukraynaya üçün sursat göndərməkdən imtina etdi

Braziliya Ukraynaya üçün sursat göndərməkdən imtina etdi

Braziliya Ukrayna üçün Almaniyaya sursat göndərməkdən imtina edib. Bu barədə "Unian" nəşri yazıb. Bildirilib ki, Braziliya prezidenti Lula da Silva bunu “hərbi münaqişənin tərəfinə çevrilmək” istəməməsi ilə izah edib. Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolts ondan Almaniyadan alınmış tank mərmilərini Ukraynaya tədarük üçün göndərməyi xahiş edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!